28Noy
Azərbaycanın birinci xanımı, Heydər Əliyev Fondunun prezidenti Mehriban Əliyevanın İSESKO-nun xoşməramlı səfiri seçilməsinin 10 ili tamam olmuşdur. Bu müddət ərzində Heydər Əliyev Fondu və İSESKO tərəfindən bir sıra birgə layihələr həyata keçirilmiş, əməkdaşlıq əlaqələri genişləndirilmişdir. Azərbaycan 1992-ci ildən İSESKO-nun üzvü olsa da, Mehriban xanım səfir seçilənədək, təşkilatla münasibətlərimiz o qədər də sıx olmayıb. Heydər Əliyev Fondu ilə İSESKO-nun keçirdiyi işlər eyni istiqamətli olduğu üçün, bu təşkilatlar arasında əməkdaşlıq haqqında saziş imzalanıb.
Həyata keçirilən tədbirlər sırasında uşaqlara qayğı göstərilməsi başlıca yer tutur. İSESKO tərəfindən bu istiqamətdə müxtəlif proqramlar həyata keçirilir. Bu istiqamətdə daha çox diqqət mərkəzində xüsusi qayğıya ehtiyacı olan uşaqlarla iş dayanır. Sağlamlıq imkanı məhdud uşaqların problemlərinə həsr olunan müxtəlif tədbirlər, konfranslar keçirilir.
Bu gün Mehriban xanım Əliyeva təkcə Azəbaycanda deyil, bütün dünyada xeyirxahlıq, humanizm simvolu kimi tanınır. İSESKO-dakı fəaliyyəti ona bu missiyanı daha geniş miqyasda həyata keçirməyə imkan yaradır.
“Yeni Tərtər”
Teqlər: Digər
28Noy
Azərbaycan Mətbuat Şurası Tərtər Rayon İcra Hakimiyyəti ilə birgə vətənpərvərlik mövzusunda dərc olunan yazıların mükafatlandırılması üçün “Qarabağ” media mükafatı təsis etmiş, ilk olaraq bu mükafatın təqdimetmə mərasimi Tərtər rayonunda keçirilmişdir. Tədbirdə media nümayəndələri ilə birgə rayon ziyalıları da iştirak etmişlər.
Əvvəlcə tədbir iştirakçıları Ulu Öndərin abidəsi önünə gül dəstələri qoymuş, xatirəsini ehtiramla yad etmişlər. Sonra tədbir rayon icra hakimiyyətində davam etdirilmişdir.
Rayon icra hakimiyyətinin başçısı Müstəqim Məmmədov müharibə dövründə Tərtərin düşmən üçün alınmaz bir qala olduğunu, ordu və xalqın sarsılmaz monolit birlik nümayiş et-dirdiyini bildirmiş, tərtərlilərin döyüş gedə-gedə tikinti-abadlıq, quruculuq işləri ilə də məşğul olduğunu, düşmənə bununla mənəvi zərbə vurduğunu qeyd etmişdir. Daha ətraflı »
Teqlər: Tərtər RİH-də
28Noy
BMT Uşaq Fondu (UNICEF) və Beynəlxalq Avrasiya Mətbuat Fondu arasında bağlanmış müqaviləyə əsasən UNICEF-in maliyyə dəstəyi ilə BAMF tərəfindən “Azərbaycan Gənclərinə Dəstək Proqramı” layihəsinin icrasına başlanılmışdır. Bu məqsədlə UNICEF-in nümayəndələri Tərtərdə olmuş, rayon icra hakimiyyətinin başçısı Müstəqim Məmmədovla görüşmüşlər. Görüşdə məqsəd rayon icra hakimiyyəti nəzdində Gənclərin Məşvərət Şurasının yaradılması və icra hakimiyyəti ilə onların əməkdaşlığının möhkəmləndirilməsidir.
UNICEF-in nümayəndələri ilə rayon icra hakimiyyəti başçısının görüşündə rayon rəhbərinin fikir və təklifləri dinlənilmişdir. Sonra nümayəndələr 20 nəfər yeniyetmə və gənclərdən ibarət Məşvərət Şurasının üzvləri ilə görüşmüş, onların arzu və təklifləri ilə maraqlanmışlar.
Sonda xatirə şəkli çəkilmişdir.
Teqlər: Tərtər RİH-də
28Noy
Tərtər rayonunun təbii qazla təmin olunan kəndləri sırasına Seydimli kəndi də əlavə olunub.
Kəndə təbii qazın verilməsi münasibətilə keçirilən mərasimdə Tərtər Rayon İcra Hakimiyyətinin başçısı Müstəqim Məmmədov, Milli Məclisin deputatı Sahib Alıyev, “Azəri-qaz” İstehsalat Birliyinin təmsilçiləri, ictimaiyyət nümayəndələri və kənd sakinləri iştirak ediblər.
Seydimli kənd İnzibati Ərazi Dairəsi üzrə nümayəndə əvəzi Nərmin Vəliyeva tədbiri açaraq tədbir iştirakçılarına kənd haqqında məlumat verib. Bildirib ki, 2733 nəfər əhalisi olan kəndin qazlaşdırılması üçün birpilləli sistem əsasında 28656 metr müxtəlif diametrli metal borularla daşıyıcı və məhəllədaxili qaz xətləri çəkilib, abonentlərin mənzillərində 625 ədəd sayğac və fərdi tənzimləyici quraşdırılıb.
Açılışda iştirak edən rayon icra hakimiyyətinin başçısı Müstəqim Məmmədov rayonda gedən sosial-iqtisadi inki-şafdan, həyata keçirilən layihələrdən danışıb. Qeyd edib ki, Tərtər rayonunun 51 yaşayış məntəqəsindən 43-ü təbii qazla təmin olunub. Hazırda rayonun qaz olmayan digər yaşayış məntəqələrində də qaz çəkilişi işləri davam etdirilir. Daha ətraflı »
Teqlər: Kəndlərimiz
28Noy
Tərtər Rayon İcra Hakimiyyəti və Yeni Azərbaycan Partiyası Tərtər Rayon Təşkilatının birgə təşkilatçılığı ilə Yeni Azərbaycan Partiyasının yaradılmasının 24-cü ildönümünə həsr olunmuş tədbir keçirilib.
Öncə tədbir iştirakçıları rayonun Mərkəzi Meydanında Ulu Öndərin abidəsi önünə tər gül
dəstələri qoyaraq, əziz xatirəsini ehtiramla yad ediblər.
Tədbiri giriş sözü ilə açan YAP Tərtər Rayon Təşkilatının sədri Ramiz Şabanov Yeni Azərbaycan Partiyasının respublikanın aparıcı siyasi qüvvəsi olduğunu qeyd edib, onun yaradılmasını isə tarixi zərurətdən doğmuş böyük tarixi hadisə kimi dəyərləndirib. Ramiz.Şabanov olduqca çətin bir şəraitdə yaranmış partiyanın çox qısa bir müddətdə əsl siyasi qüvvə kimi formalaşmasının, minlərlə vicdanlı və əqidəli insanın onun sıralarında birləşməsinin Heydər Əliyev fenomeninin, dühasının misilsiz qüdrətindən xəbər verdiyini diqqətə çatdırıb.
Tədbirdə iştirak edən Tərtər Rayon İcra Hakimiyyətinin başçısı Müstəqim Məmmədov Yeni Azərbaycan Partiyasının böyük çətinliklərə sinə gərərək, həyata keçirdiyi uğurlu siyasətlə xalqın partiyası imicini qazanaraq, öz adında böyük bir mənanı, məqsədi birləşdirdiyini söyləyib. Daha ətraflı »
Teqlər: Digər
28Noy
Heydər Əliyev Mərkəzi rayonumuzda 2012-ci il oktyabr ayından fəaliyyət göstərir. Burada Ümummilli Lider, əbədiyaşar insan Heydər Əliyevin ideyalarının təbliği, tədqiqi işi həyata keçirilir. Təşkil etdiyimiz “Dəyirmi masa” tədbirlərində dövlətə və dövlətçiliyə sədaqət, inam önə çəkilir. Vətən, vətənpərvərlik mövzuları geniş təbliğ edilir.
Milli-mənəvi dəyərlərimizin qorunub-saxlanılması da fəaliyyətimizin tərkib hissəsidir. Bu müqəddəs ocaqda yeni ailə quran gənclərin nikah mərasimlərinin təşkili də əbəs deyil.
Ailə kiçik dövlətdir. Onun təməli nə qədər möhkəm olarsa, ömrü də o qədər uzun olar. Belə mərasimlərin Heydər Əliyev Mərkəzində keçirilməsi ənənə halını alıb.
2016-cı il ərzində Mərkəzdə 3 nikah mərasimi təşkil edilmişdir.
Gənclər buranı ziyarət etdikləri zaman dahi şəxsiyyətin mükəmməl ailə modelini, valideynlərinə və ailə üzvlərinə olan hörmət, ehtiramın mümunəsini görürlər.
Beləcə yeni qurulacaq ailənin məsuliyyətini hiss edir, onun qorunub saxlanılması yolunda fədakar olacaqlarına söz verirlər. Sonrakı illərdə bu nikahların uğurlu olduğu özünü təsdiq edir.
Rayonumuzun nikaha hazırlaşan gənclərinə müraciət edirik. “Uğurlu nikahların sayını artırmaq üçün nikah mərasimlərinizi Heydər Əliyev Mərkəzində gerçəkləşdirin.”
Səlimə Yusibova,
Heydər Əliyev Mərkəzinin direktoru
Teqlər: Digər
28Noy
ONUN DƏYƏRLİ İRSİ ÖYRƏNİLİR
Azərbaycan Mətbuat Şurasının təşəbbüsü ilə hər il Həsən bəy Zərdabinin dünyadan köçdüyü 28 noyabr tarixinin böyük şəxsiyyətin anım günü kimi qeyd edilməsi ölkəmizdə ənənəyə çevrilib.
Həm “Əkinçi” qəzetinin ilk nömrəsinin çapdan çıxdığı 22 iyul–Milli Mətbuat Günündə, həm də 28 noyabrda bu dahi şəxsiyyətin həyatı, onun Azərbaycan xalqı qarşısında misilsiz xidmətləri haqqında söhbət açılır, yaradıcılığının hər zaman–bu gün də, gələcəkdə də bizlərə lazımlı olduğu qeyd edilir. Təsadüfi deyil ki, Həsən bəy Zərdabinin dəyərli irsi indi də tədqiqatçılarımız tərəfindən öyrənilir, araş-dırılır və xalqa çatdırılır. İctimai televiziyada onun həyat və fəaliyyətindən bəhs edən film də çəkilmişdir.
Həsən bəy Zərdabinin ən böyük arzusu xalqını müstəqil, azad, dünyadakı sivil dəyərlərə yiyələnmiş görmək idi. Bu gün onun arzuları gerçəkləşib.
Teqlər: Ədəbiyyat
28Noy
“Dəyirmi masa” Tərtər rayonunda “Əmək bazarının sosial-iqtisadi inkişaf tempinə və xüsusiyyətlərinə uyğunlaşma mexanizminin müasir səviyyədə qurulması” mövzusuna həsr olunmuşdu.
Tədbirə Tərtər rayonunda fəaliyyət göstərən idarə, müəssisə və təşkilatların nümayəndələri
dəvət olunmuşdular.
“Dəyirmi masa”nı giriş sözü ilə Tərtər Rayon Məşğulluq Mərkəzinin direktoru Azər Ağayev açdı. Mövzu haqqında ətraflı məlumat verərək bildirdi ki, əhalinin məşğulluğunun təmin olunmasında işəgötürənlərin fəaliyyəti çox səmərəli olduğundan bu tədbir 13-cü dəfədir ki, rayonumuzda təşkil olunur. Keçirilmiş dəyirmi masalar nəticələri işəgötürənlərlə məşğulluq xidməti arasında əlaqələrin daha da yaxşılaşdırılmasına öz töhfəsini verir. Belə ki, sosial tərəfdaşların məşğulluq mərkəzi ilə daha sıx əlaqə saxlamaları buna əsaslı sübutdur. Daha ətraflı »
Teqlər: Xəbərlər
28Noy
Azərbaycan Prezidenti İlham Əliyevin tapşırığına əsasən ölkəmizin tarixinin, mədəniyyətinin, adət-ənənələrinin, müstəqillik illərində əldə edilmiş nailiyyətlərin dərindən öyrənilməsi məqsədilə “Ölkəmizi tanıyaq!” adı ilə keçirilən maarifləndirici tur-aksiyaya Tərtər rayonunun məktəbliləri də qoşulublar.
Rayonun məktəblilərindən ibarət qrupun Lənkəran-Masallı-Astara istiqaməti üzrə tur-aksiyada iştirak etmək üçün yola salınması mərasimi keçirilib.
Heydər Əliyev Mərkəzində təşkil olunan mərasimdə Tərtər Rayon İcra Hakimiyyətinin başçısı Müstəqim Məmmədov çıxış edərək, bildirib ki, dövlət başçısının tapşırığına əsasən 2014-cü ildən etibarən 9-11-ci sinif şagirdləri üçün “Ölkəmizi tanıyaq!” devizi altında keçirilən maarifləndirici tur-aksiyalar məktəblilərin dünyagörüşünün formalaşmasında mühüm rol oynayır.
Tur-aksiya iştirakçıları Ümummilli Lider Heydər Əliyevin abidəsini ziyarət etdikdən sonra avtobuslarla respublikamızın cənub bölgəsinə yola düşüblər.
Teqlər: Xəbərlər
28Noy
Hər il noyabr ayında planetimizdə Ümumdünya Uşaq Günü qeyd edilir. 1954-cü ildə BMT-nin Baş Məclisi uşaqların rifahının yaxşılaşdırılmasına yönəldilən fəaliyyətə həsr edilən bu günü qeyd etməyi bütün dünya ölkələrinə məsləhət görüb. 1959-cu il noyabrın 20-də baş məclis uşaq hüquqları bəyannaməsini, 1989-cu ilin həmin günündə isə uşaq hüquqları haqqında konvensiyanı qəbul edib. Beynəlxalq statistikaya əsasən, hər il beş yaşına çatmamış on bir milyon uşaq dünyasını dəyişir. On milyonlarla uşaq isə yaşamaq və inkişaf etmək imkanı olmayan fiziki və ruhi xəstə olurlar. Uşaq hüquqlarının qorunması, onların rifah halının yaxşılaşdırılması məsələləri Heydər Əliyev Fondunun da daim məşğul olduğu məsələdir. Bu istiqamətdə işlər təkcə Azərbaycanda deyil, onun hüdudlarından kənarda da görülür.
Heydər Əliyev Fondu hesabına Tərtər rayonunda da bir neçə müasir məktəb binası tikilib istifadəyə verilmişdir. Hazırda isə şəhərin Nizami küçəsində inşa olunan yaraşıqlı, hər cür şəraiti olan körpələr evi-uşaq bağçası istifadəyə verilmək üzrədir. Bütün bunlar dövlətimizin öz kiçik vətəndaşlarına olan qayğısının təzahürüdür.
“Yeni Tərtər”
Teqlər: Digər
Yeni ismarıclar