“Dəyirmi masa” Tərtər rayonunda “Əmək bazarının sosial-iqtisadi inkişaf tempinə və xüsusiyyətlərinə uyğunlaşma mexanizminin müasir səviyyədə qurulması” mövzusuna həsr olunmuşdu.
Tədbirə Tərtər rayonunda fəaliyyət göstərən idarə, müəssisə və təşkilatların nümayəndələri
dəvət olunmuşdular.
“Dəyirmi masa”nı giriş sözü ilə Tərtər Rayon Məşğulluq Mərkəzinin direktoru Azər Ağayev açdı. Mövzu haqqında ətraflı məlumat verərək bildirdi ki, əhalinin məşğulluğunun təmin olunmasında işəgötürənlərin fəaliyyəti çox səmərəli olduğundan bu tədbir 13-cü dəfədir ki, rayonumuzda təşkil olunur. Keçirilmiş dəyirmi masalar nəticələri işəgötürənlərlə məşğulluq xidməti arasında əlaqələrin daha da yaxşılaşdırılmasına öz töhfəsini verir. Belə ki, sosial tərəfdaşların məşğulluq mərkəzi ilə daha sıx əlaqə saxlamaları buna əsaslı sübutdur.
Mərkəzin aparıcı məsləhətçısı Qədir Ələkbərov öz çıxışında rayon icra hakimiyyətinin sərəncamı ilə təsdiq olunmuş 2016-cı il üçün Ərazi Məşğulluq Proqramında bazarının tələblərinə uyğun olaraq mərkəzdə cari ilin 10 ayı ərzində görülmüş işlər, baş məsləhətçi Sənan Səmədzadə işə götürənlərin məşğulluq mərkəzinə hər ay təqdim etdikləri statistik hesabat formalarının düzgün işlənməsi, vaxtında təqdim olunması, işaxtaran və işsiz vətəndaşların sosial müdafiəsi sektorunun müdiri Tağı Məmmədov rayonumuzun əmək bazarında yaranmış gərginliklə bağlı məşğulluq mərkəzinə müraciət edən işsiz və iş axtaran vətəndaşların sosial müdafiəsinin gücləndirilməsi, onların məşğulluğunun təmin olunması ilə əlaqədar mərkəzin gördüyü işlər barədə tədbir iştirakçılarına ətraflı məlumat verdilər.
Sonda, “Dəyirmi masa”nı mərkəzin direktoru Azər Ağayev yekunlaşdırdı.
Mirzə Nəsir