İki gün davam edən tədbirin açılışında Azərbaycan Prezidenti İlham Əliyev çıxış edib.
Qurultayda 49 ölkədən 500-dən çox diaspor nümayəndəsi və qonaq iştirak edib. Qonaqların içərisində xarici ölkələrin Azərbaycana dost münasibətilə tanınan nüfuzlu siyasətçiləri, ictimai xadimləri, elm adamları və bir neçə ölkənin yüksək vəzifəli şəxsləri, parlament üzvləri də olub. Xaricdən dəvət edilən qonaqlarla yanaşı, qurultayın işinə Azərbaycanın müxtəlif dövlət və hökumət strukturlarının, qeyri-hökumət təşkilatlarının, elm, təhsil, mədəniyyət və digər yaradıcı qurumların, siyasi partiyaların təmsilçilərindən ibarət 360 nəfərlik nümayəndə heyəti də qatılıb.
Qurultaydakı nitqində Prezident İlham Əliyev deyib ki, xaricdə fəaliyyət göstərən diaspor təşkilatları bir nöqtəyə vurmalı, birləşməlidirlər. Çünki birlik əsas məsələdir.
Dövlətimizin başçısı xaricdə yaşayan azərbaycanlıları ölkəmizə sərmayə qoymağa çağırıb. O qeyd edib ki, sərmayə qoyuluşu üçün Azərbaycan dünya miqyasında ən cəlbedici ölkələrdən biridir. Daha ətraflı »
-
13İynXəbərlər BAKIDA DÜNYA AZƏRBAYCANLILARININ IV QURULTAYI KEÇİRİLİB üçün şərhlər bağlıdır
Teqlər: Xəbərlər
-
13İynSosial QARABAĞ MÜHARİBƏSİ ƏLİLLƏRİNƏ VƏ ŞƏHİD AİLƏLƏRİNƏ YENİ EVLƏR VERİLDİ üçün şərhlər bağlıdır
Tərtər rayonunda Qarabağ Müharibəsi əlilləri və şəhid ailələri üçün Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi tərəfindən inşa edilmiş 4 fərdi yaşayış evinin açılışı oldu.
Rayonun Poladlı kəndində II qrup Qarabağ müharibəsi əlili Azad Abbasov üçün tikilən evdə keçirilən tədbirdə Tərtər rayon İcra Hakimiyyətinin Başçısı Müstəqim Məmmədov, Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin Dövlət Sosial Təminat Xidmətinin rəis müavini Sərdar Xıdırov, rayonun aidiyyatı idarə, müəssisə və təşkilatlarının rəhbərləri, kənd ictimaiyyətinin nümayəndələri iştirak etdilər.
Tədbiri giriş sözü ilə Mamırlı kənd İƏD üzrə nümayəndə Şikar Əliyev açaraq nümayəndəlik haqqında ətraflı məlumat verdi. Sonra kənd ağsaqqalı Asif Abbasov, ikinci qrup Qarabağ müharibəsi əlili Azad Abbasov, Mamırlı kənd tam orta məktəbin direktoru Məzahir Cəfərov çıxış edərək müharibə veteranlarına, əlil və şəhid ailələrinə göstərilən diqqət və qayğıya görə respublika Prezidentinə öz minnətdarlıqlarını bildirdilər.
Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin Dövlət Sosial Təminat Xidmətinin rəis müavini Sərdar Xıdırov çıxış edərək bildirdi ki, Azərbaycan Prezidenti cənab İlham Əliyevin uğurlu sosial siyasət kursu hər bir vətəndaşın rifahının yaxşılaşmasına, eyni zamanda sosial cəhətdən həssas təbəqələrdən olan şəxslərin sosial müdafiəsinin gücləndirilməsinə şərait yaratmışdır. Daha ətraflı »Teqlər: Sosial
-
13İynTərtər RİH-də Xarici qonaqların Tərtər rayonuna səfəri üçün şərhlər bağlıdır
İSRAİL-AZƏRBAYCAN DOSTLUQ CƏMİYYƏTİNİN ÜZVÜ AVİNOAM İDAM
İsrail-Azərbaycan Dostluq Cəmiyyətinin üzvü, Hayfa Universitetinin professoru və Vaşinqtondakı Cons Hopkins Universitetinin Mərkəzi Asiya və Qafqaz İnstitutunun tədqiqatçısı Avinoam İdam Tərtər rayonunda səfərdə olub. Səfər Azərbaycan Xarici İşlər Nazirliyinin (XİN) təşkilatçılığı ilə reallaşıb.
Səfər çərçivəsində qonaq Tərtər Rayon İcra Hakimiyyətinin Başçısı Müstəqim Məmmədovla görüşüb. Rayon rəhbəri cəbhədə baş verən son atışmalar nəticəsində dinc əhalinin üzləşdiyi çətinliklər, yaranan problemlər barədə məlumat verib.
Sonra Avinoam İdam və rayon rəhbəri ermənilərin güclü artilleriya atəşi nəticəsində Tərtər şəhərində və rayonun Qapanlı kəndində dağılmış evlərdə, şəhər 6 saylı tam orta məktəbdə olublar. Qeyd edilib ki, əhaliyə dəymiş ziyanın aradan qaldırılması üçün ölkə Prezidentinin sərəncamı əsasında bütün lazımi tədbirlər görülür.Teqlər: Tərtər RİH-də
-
13İynXəbərlər MELİORATORLAR PEŞƏ BAYRAMLARINI QEYD EDİBLƏR üçün şərhlər bağlıdır
Su Təsərrüfatı və Meliorasiya İşçilərinin peşə bayramı münasibəti ilə tədbir keçirilib. Əvvəlcə tədbir iştirakçıları Ulu Öndərin abidəsini ziyarət edərək, abidənin önünə gül-çiçək dəstələri qoyublar.
Sonra tədbir rayon icra hakimiyyətinin iclas zalında davam etdirilib. Rayon icra hakimiyyətinin başçısı Müstəqim Məmmədov su təsərrüfatı və meliorasiya işçilərini peşə bayramı və “Azərsu” ASC-nin yaradılmasının 12 illiyi münasibəti ilə təbrik edib, hər birinə cansağlığı, Azərbaycan xalqının xoş gələcəyi naminə qarşıya qoyulmuş vəzifələrin icrasında yeni-yeni uğurlar arzulayıb. Tədbirdə rayon subartezian quyularının istismarı idarəsinin rəisi Əli Əliyev və rayon icra hakimiyyəti başçısı aparatında sosial-iqtisadi inkişafın təhlili və proqnozlaşdırması şöbəsinin müdir müavini Xatirə Məmmədova çıxış ediblər. Sonra rayon icra hakimiyyətinin başçısı tərəfindən bir qrup su təsərrüfatı və meliorasiya işçisinə Fəxri Fərman və qiymətli hədiyyələr təqdim olunub.Teqlər: Xəbərlər
-
13İynTərtər RİH-də FRANSIZ TƏDQİQATÇI DİDYE ŞODE üçün şərhlər bağlıdır
Xarici Siyasətin Analitik Təhlili Mərkəzinin təsisçisi, Qarabağ həqiqətlərini dünya ictimaiyyətinə olduğu kimi çatdıqmaq məqsədi ilə Qarabağ münaqişəsi haqqında kitab yazan fransalı müstəqil tədqiqatçı Didye Şode Tərtər rayonuna səfər edib.
Qonaq əvvəlcə rayon icra hakimiyyətinə gələrək, Tərtər Rayon İcra Hakimiyyətinin Başçısı Müstəqim Məmmədovla görüşüb. Rayon rəhbəri Tərtərin düşmənlə 48 km məsafədə təmas xəttinin olduğunu bildirib. Qeyd edib ki, düşmən heç vaxt öz təxribatçı əməllərindən əl çəkmir, rayonun təmas xəttinə yaxın olan yaşayış məntəqələrini daima atəş altında saxlayır, dinc əhalinin təsərrüfat işləri ilə məşğul olmasına mane olur. Aprel ayı ərzində erməni silahlı qüvvələrinin atəşkəsi pozması nəticəsində rayonun təmas xəttinə yaxın, eləcə də təmas xəttindən 15-20 kilometr məsafədə yerləşən yaşayış məntəqələri ağır artilleriya atəşinə məruz qalıb. Hətta ermənilər insanların sıx yaşadığı yaşayış məntəqələrimizə qadağan olunmuş ağ fosforlu bombalar da atıblar. Nəticədə evlər dağılıb, mülki əhali həlak olub, elektrik təsərrüfatına, kommunikasiya xətlərinə və kənd təsərrüfatına ciddi ziyan dəyib.
Sonra qonaq Tərtər şəhərində, Qapanlı kəndində erməni artilleriyasının atəşi nəticəsində dağıntıya məruz qalmış mənzillərdə olub, sakinlərlə söhbət edib, dəymiş ziyanın aradan qaldırılması üçün görülən işlərlə tanış olub.Teqlər: Tərtər RİH-də
-
13İynXəbərlər BORSUNLU KƏNDİNDƏ SƏYYAR GÖRÜŞ-QƏBUL üçün şərhlər bağlıdır
Borsunlu kəndində rayon icra hakimiyyətinin başçısı Müstəqim Məmmədovun sakinlərlə səyyar görüş-qəbulu keçirilib. Görüşdə rayonun hüquq-mühafizə orqanlarının, səhiyyə, təhsil, mədəniyyət, digər xidmət təşkilatlarının rəhbərləri, ərazi icra nümayəndələri və bələdiyyə sədrləri, kənd sakinləri iştirak ediblər.
Əvvəlcə qonaqlar kənddə şəhidlərin xatirəsinə ucaldılmış abidənin önünə gül dəstələri düzüb, şəhidlərin xatirəsini ehtiramla yad ediblər. Sonra Borsunlu kənd İnzibati Ərazi Dairəsi üzrə nümayəndə Xaləddin Qarayev görülən işlər barədə məlumat verib.
Sakinlərdən Vaqif Qədimov, Məhruzə İsmayılova, Tuğay Axundov, Nəyahət İsmayılova su təminatının yaxşılaşdırılması, kəndə gələn əsas yola asfalt örtüyünün salınması, köhnəlmiş elektrik dirəklərinin, naqillərin dəyişdirilməsi ilə bağlı məsələ qaldırıblar
Kənd sakinləri əhalinin problemlərinin həlli istiqamətində həyata keçirilən tədbirlərdən, rayonda aparılan abadlıq-quruculuq işlərindən razılıq edib, göstərilən diqqət və qayğıya görə dövlətimizin başçısı cənab İlham Əliyevə öz minnətdarlıqlarını bildiriblər.“Yeni Tərtər”
Teqlər: Xəbərlər
-
13İynXəbərlər “TƏHLÜKƏSİZ OYUN MEYDANÇASI” UŞAQLARIN İSTİFADƏSİNƏ VERİLİB üçün şərhlər bağlıdır
Borsunlu kənd tam orta məktəbinin həyətində Almaniya Qızıl Xaç Cəmiyyətinin əməkdaşlığı sayəsində Azərbaycan Qızıl Aypara Cəmiyyəti tərəfindən tikilmiş “Təhlükəsiz Oyun Meydançası”nın açılış mərasimi keçirilib.
Açılış mərasimində rayon ictimaiyyətinin nümayəndələri, Almaniyanın Azərbaycandakı səfirliyinin birinci katibi Raul Ammon, Almaniyanın Qızıl Xaç Cəmiyyətinin nümayəndəsi xanım Mik Pixend, Azərbaycan Qızıl Aypara Cəmiyyətinin icraçı katibi Ceyhun Mirzəyev, cəmiyyətin yerli bölməsinin nümayəndələri, kənd sakinləri, məktəblilər iştirak ediblər.
Tədbiri Azərbaycan Qızıl Aypara Cəmiyyətinin icraçı katibi Ceyhun Mirzəyev açıb. Bildirib ki, layihənin məqsədi cəbhə xəttinə yaxın olan kəndlərdə uşaqların oynaması üçün təhlükəsiz meydançalar yaratmaq və onların asudə vaxtlarının keçirmələri üçün qorxusuz yerlərlə təmin etməkdir.
Tədbirdə iştirak edən Tərtər Rayon İcra Hakimiyyətinin Başçısı Müstəqim Məmmədov da layihənin əhəmiyyətindən danışıb. Qeyd edib ki, bu meydançalar uşaqların sağlamlığını, psixoloji və sosial inkişafını dəstəkləmək baxımından əhəmiyyətlidir. Sonra rayon rəhbəri düşmənin törətdiyi təxribatlar, bunun nəticəsində dinc əhaliyə dəyən ziyan barədə qonaqlara ətraflı məlumat verib. Daha ətraflı »Teqlər: Xəbərlər
-
13İynXəbərlər ELMİ-PRAKTİK SEMİNAR KEÇİRİLİB üçün şərhlər bağlıdır
Azərbaycan Kənd Təsərrüfatı Nazirliyinin Aqrar Elm və İnformasiya Məsləhət Mərkəzi, Kənd Təsərrüfatı Nazirliyi yanında Kənd Təsərrüfatı Layihələri və Kreditlərinin İdarə Edilməsi üzrə Dövlət Xidməti, Tərtər Regional Elm və İnformasiya Məsləhət Mərkəzi və Əkinçilik Elmi-Tədqiqat İnstitutu tərəfindən Tərtər rayonunda “Taxılçılıqda yeni sortlar və mütərəqqi becərilmə texnologiyaları mövzusuna həsr olunmuş elmi-praktik seminar keçirilib.
Seminarda Azərbaycanın bir sıra rayonlarından–Kürdəmir, Ağdaş, Beyləqan, Samux, Füzuli, Ağcabədi, Göygöl, İmişli, Bərdə, Saatlı və Zərdab rayonlarından təsərrüfat rəhbərləri və fermerlər iştirak ediblər.
Tədbiri Aqrar Elm və İnformasiya Məsləhət Mərkəzinin baş direktoru Rəsul Balayev açaraq, iştirakçıları salamlayıb. O, kənd təsərrüfatı sahəsində informasiya-məsləhət xidmətinin təşkili barədə seminar iştirakçılarına ətraflı məlumat verib.
Sonra Tərtər Rayon İcra Hakimiyyətinin Başçısı Müstəqim Məmmədov çıxış edib. Deyib ki, bu gün sizi Qəhrəman Tərtər torpağında görməyimdən çox məmnunam. Rayonumuzun mənfur qonşularımızla təmas xətti 48 km təşkil edir. Ermənilər yaşayış məntəqələrimizi “Qrad” və ağır top mərmilərindən atəşə tutublar, insanlar həlak olub, evlər dağılıb. Bütün bunlara baxmayaraq, Tərtərdə həyat öz axarı ilə davam edir. Daha ətraflı »Teqlər: Xəbərlər
-
13İynMilli-mənəvi dəyərlər “APREL MÜHARİBƏSİ”NİN AZƏRBAYCAN CƏMİYYƏTİNDƏ DOĞURDUĞU AB-HAVA üçün şərhlər bağlıdır
“Aprel döyüşləri dövlətimizin və ordumuzun gücünü, xalqımızın birliyini, həmrəyliyini və vətənpərvərliyini nümayiş etdirmişdir”.
İlham Əliyev,
Azərbaycan Respublikasının PrezidentiMüharibə hər bir ölkə üçün fəlakət, faciə, iqtisadiyyatın zəifləməsi deməkdir. Ancaq müharibələr də bir-birindən fərqlidir. Xüsusən də cəbhə bölgəsində yaşayan insanlardan ötrü.
Tərtərlilər I Qarabağ müharibəsini yaxşı xatırlayırlar. Elə gün olmurdu ki, hansısa bir evə, ailəyə şəhid, yaxud yaralı gətirilməsin. Bununla yanaşı şəhər və kəndlərimiz müntəzəm atəşə tutulur, evlər dağıdılır, dinc insanlar, hətta qocalar və körpələr belə həlak olurdular. O zaman milli ordumuz hələ formalaşmamışdı. Xarici havadarlarının köməyi ilə təpədən dırnağadək silahlanmış düşmənin qarşısında yerli özünümüdafiə batalyonunun döyüşçüləri yalnız öz qəhrəmanlıqları, sonsuz vətən sevgisi hesabına dayanır və onları qarış-qarış Tərtərdən uzaqlaşdırırdılar.
İgid əsgərlərimizin şücaətinə baxmayaraq, mülki əhali arasında daimi olaraq ümidsizlik hissi hökm sürürdü. Dağlıq Qarabağın və ətraf 7 rayonun bir-birinin ardınca işğal edilməsi Tərtər üçün də real təhlükə idi.
Ulu Öndər Heydər Əliyevin ikinci dəfə hakimiyyətə gəlişi ilə ilk növbədə cəbhədə atəşkəsin elan edilməsinə nail olundu. Bununla da müstəqil ölkə kimi kövrək addımlarını atan Azərbaycan qüdrətli milli ordunun formalaşdırılması üçün vaxt qazandı, həm də bütün sahələr üzrə quruculuq işlərinə başlandı. Ölkə iqtisadiyyatı günü-gündən möhkəmləndi, Azərbaycan regionda lider dövlətə çevrildi. Daha ətraflı »Teqlər: Milli-mənəvi dəyərlər
-
13İynXəbərlər Ermənilərin açdıqları atəş nəticəsində dağılmış evlər bərpa olunur üçün şərhlər bağlıdır
SAKİNLƏR BU İŞDƏN RAZIDIRLAR
Həmsöhbətim Ağdərə rayonunun Kərəmli kənd sakini, 1991-ci ildən ailəlikcə məcburi köçkün düşən Qarayeva Rəbiyyə Abbas qızıdır. Rəbiyyə bacının danışdığını həyəcansız dinləmək olmur. Deyir ki, bizim kəndimiz başıqarlı Murov dağının ətəyində yerləşirdi. Uşaqlıqdan valideynlərimiz burada yaşayıblar. Sonra elə mən özüm də ailə həyatı qurdum. Gözəl güzəranımız, hər cür şəraiti olan ev-eşiyimiz vardı. Sanki, qəflətən bu gözəllikdən əsər-əlamət qalmadı. 1991-ci ilin sentyabrında mənfur ermənilər kəndimizi iriçaplı silahlardan, “Alazan” tipli raketlərdən atəşə tutdular. Hətta evlərə od vurub yandırdılar. Neçə-neçə insan evinin içində yanıb kül oldu. Belə vəhşilik heç zaman görünməyib. Həmin vaxt kəndə vertolyot endi. Uşaqları, qocaları vertolyotla Tərtərə yola saldıq. Qalan kənd sakinləri isə Murov yolu ilə Tərtərə gəldilər. Tərtərin Hüləbətli kəndində köhnə tanışlarımız vardı. Bir müddət orada yaşadıq. Sonra böyük qızım Fəxrəndə indiki Fikrət Əmirov küçəsində 9 nömrəli həyəti aldı. Orada iki otaq və geniş seyvandan ibarət ev tikdirdi. Onun 3 uşağı var. Daha ətraflı »
Teqlər: Xəbərlər
Yeni ismarıclar