Saytın ümumi statistikası:

Saytda məqalələrin sayı - 5,523
Saytda ismarıcların sayı - 0

Arxiv

  • 13İyn

    DSC_6376 (Копировать)DSC_6444 (Копировать)Azərbaycan Kənd Təsərrüfatı Nazirliyinin Aqrar Elm və İnformasiya Məsləhət Mərkəzi, Kənd Təsərrüfatı Nazirliyi yanında Kənd Təsərrüfatı Layihələri və Kreditlərinin İdarə Edilməsi üzrə Dövlət Xidməti, Tərtər Regional Elm və İnformasiya Məsləhət Mərkəzi və Əkinçilik Elmi-Tədqiqat İnstitutu tərəfindən Tərtər rayonunda “Taxılçılıqda yeni sortlar və mütərəqqi becərilmə texnologiyaları mövzusuna həsr olunmuş elmi-praktik seminar keçirilib.
    Seminarda Azərbaycanın bir sıra rayonlarından–Kürdəmir, Ağdaş, Beyləqan, Samux, Füzuli, Ağcabədi, Göygöl, İmişli, Bərdə, Saatlı və Zərdab rayonlarından təsərrüfat rəhbərləri və fermerlər iştirak ediblər.
    Tədbiri Aqrar Elm və İnformasiya Məsləhət Mərkəzinin baş direktoru Rəsul Balayev açaraq, iştirakçıları salamlayıb. O, kənd təsərrüfatı sahəsində informasiya-məsləhət xidmətinin təşkili barədə seminar iştirakçılarına ətraflı məlumat verib.
    Sonra Tərtər Rayon İcra Hakimiyyətinin Başçısı Müstəqim Məmmədov çıxış edib. Deyib ki, bu gün sizi Qəhrəman Tərtər torpağında görməyimdən çox məmnunam. Rayonumuzun mənfur qonşularımızla təmas xətti 48 km təşkil edir. Ermənilər yaşayış məntəqələrimizi “Qrad” və ağır top mərmilərindən atəşə tutublar, insanlar həlak olub, evlər dağılıb. Bütün bunlara baxmayaraq, Tərtərdə həyat öz axarı ilə davam edir.
    Sonra seminarda iştirak edən Əkinçilik Elmi-Tədqiqat İnstitutunun direktoru Cavanşir Təlai “Yeni taxıl sortlarının suvarma şəraitində potensial məhsuldarlığı və ona təsir edən amillər” mövzusunda danışıb. Əkinçilik İnstitutunun seleksiya şöbəsinin müdiri Əsəd Musayev bildirib ki, mən Tərtərlə uzun illərdir tanışam. Tərtər Zona Təcrübə Stansiyasını toxumçuluq sahəsində Azərbaycanın Məkkəsi adlandırardım.
    Sonra o, burada uzun illərdən bəri becərilib bol məhsul verən sortlardan, onları hasilə gətirən seleksiyaçıların işin-dən maraqla danışıb.
    Rəsmi hissə başa çatandan sonra seminar iştirakçıları Tərtər Bölgə Təcrübə Stansiyasında nizamla əkilmiş taxıl zəmilərinə baxış keçiriblər. Bu zaman Əkinçilik Elmi-Tədqiqat İnstitutunun Tərtər Bitki Seleksiyası şöbəsinin müdiri Həqiqət Həşimova və Tərtər BTS-nin direktoru Mehman Babayev zəmilərə baxış keçirən qonaqlara becərilən məhsuldar toxum sortları haqqında ətraflı məlumat veriblər.
    Qonaqlar seminarın işindən razı qaldıqlarını bildiriblər.

    Əvəz Nəsirov

    Müəllif: Redaktor, 12:15

    Teqlər:

İsmarıclar bağlıdır.