Ermənistan silahlı bölmələrinin Tərtər rayonunun Əskipara kəndi ərazisinə beynəlxalq konvensiyalarla qadağan edilən ağ fosforlu top mərmisi atması faktı ilə yerində tanış olmaq məqsədilə xarici ölkələrin Azərbaycanda akkreditə olunan hərbi attaşeləri mayın 11-də Tərtər rayonunda olublar.
Müdafiə və Xarici İşlər nazirliklərinin birgə təşkil etdiyi səfərdə 13 ölkənin hərbi attaşeliyinin 20-dən çox təmsilçisi, həmçinin ATƏT-in fəaliyyətdə olan sədrinin şəxsi nümayəndəsinin səhra köməkçiləri iştirak ediblər.
Tərtər rayonunun Əskipara kəndinə gələn hərbi attaşelər Ermənistan silahlı qüvvələrinin ağ fosforlu top mərmisi atdığı əraziyə baxış keçiriblər.
ANAMA-nın partlayıcı vasitələrin zərərsizləşdirilməsi (EOD) əməliyyatları üzrə meneceri Mədət Məmmədov məlumat verib ki, mayın 10-da Tərtər rayonunun Əskipara kəndi istiqamətində partlamamış ağ fosforlu mərmi aşkarlanıb. Daha ətraflı »
-
18MayTərtər RİH-də Xarici ölkələrin attaşeləri Ermənistan ordusunun ağ fosforlu mərmi atdığı Əskipara kəndində vəziyyəti öz gözlərilə görüblər üçün şərhlər bağlıdır
Teqlər: Tərtər RİH-də
-
18MayTərtər RİH-də Milli Məclisin deputat nümayəndə heyəti ilə birgə hərbi hissədə olmuşdur üçün şərhlər bağlıdır
Milli Məclisin deputatı, YAP Nizami rayon təşkilatının sədri Sədaqət Abdullayeva rayonun ictimaiyyət nümayəndələri və ağsaqqalları ilə birlikdə Tərtər rayonunda olmuşlar. Nümayəndə heyətini rayon icra hakimiyyəti və YAP rayon təşkilatının nümayəndələri qarşılamışlar. Onlar əvvəlcə Ulu Öndərin abidəsi önünə gül-çiçək dəstələri qoyaraq, xatirəsini yad etmişlər. Sonra nümayəndələr “N” saylı hərbi hissədə hərbçilərlə görüşmüşlər.
Tərtər Rayon İcra Hakimiyyətinin başçısı Müstəqim Məmmədov qonaqları, əsgər və zabit heyətini salamlamış, sonra Tərtərin düşmən üçün alınmaz qala olmasından, əsgərlərimizin döyüş şücaətindən söhbət açmış, 1-5 aprel tarixlərində Milli Ordumuzun düşmən təxribatlarına layiqli cavab verdiyini bildirmişdir. Sonra Milli Məclisin deputatı Sədaqət xanım Abdullayeva çıxış edərək zabit və əsgərləri salamlamış, onları Vətənin müdafiəsində ayıq-sayıq olmağa səsləmiş, ordudakı yüksək əhval-ruhiyyəni alqışlayaraq “Siz vətən uğrunda döyüşlərə ölməyə deyil, öldürməyə gedirsiniz”,- demişdir. Hərbçilər deputatın çıxışını alqışlarla qarşılamışlar. Daha ətraflı »Teqlər: Tərtər RİH-də
-
18MayMilli-mənəvi dəyərlər ONLARA DÖVLƏT TƏRƏFİNDƏN QAYĞI GÖSTƏRİLİR üçün şərhlər bağlıdır
Ikinci dünya müharibəsindən bizi 71 il ayırır. Illər ötdükcə müharibədə şücaət göstərib evlərinə qayıdan Böyük Vətən müharibəsi iştirakçılarının sayı azalır.
Əgər 2012-ci ildə rayonumuzda 15 nəfər müharibə veteranı vardısa, indi onların sayı 7 nəfərdir. Ümumiyyətlə isə Böyük Vətən müharibəsi başlayanda Tərtər rayonundan mü-haribəyə 2417 nəfər getmişdi, onların 1650 nəfəri müharibədən qayıtmayıb.
Azərbaycanımızın bütün bölgələrində ikinci dünya müharibəsinin sağ qalan iştirakçılarına dövlət tərəfindən daim lazımi diqqət və qayğı göstərilir.
Həmişə olduğu kimi bu il də ölkə Prezidenti möhtərəm İlham Əliyev Qələbənin 71-ci ildönümü münasibəti ilə sağ qalan hər bir müharibə iştirakçısına 1000 (min) manat, onların dul qalmış qadınlarına 700 manat, müharibə vaxtı arxa cəbhədə işləyənlərin hər birinə 500 manat verilməsi haqqında sərəncam imzalamışdır.
Bundan əlavə veteranların əksəriyyəti minik maşınları ilə təmin olunub. Daha ətraflı »Teqlər: Milli-mənəvi dəyərlər
-
18MayDigər ŞUŞANIN İŞĞALINDAN 24 İL ÖTÜR üçün şərhlər bağlıdır
BİZ O YERLƏRƏ QAYIDACAĞIQ
Azərbaycanın Şuşa şəhərinin ermənilər tərəfindən işğal olunmasından 24 il ötür. Azərbaycanın bu qədim, zəngin tarixə və mədəniyyətə malik şəhərinin Ermənistan silahlı qüvvələri tərəfindən ələ keçirilməsi ilə Dağlıq Qarabağın işğalı başa çatdı.
Bununla ermənilər bölgənin Azərbaycandan faktiki qoparılmasına nail oldular.
Şuşanın işğalı nəticəsində 480 günahsız vətəndaş qətlə yetirilib, 600 nəfər yaralanıb, 22 min nəfər öz yurdundan didərgin düşüb. Əsir götürülmüş 68 soydaşımızın taleyi barədə bu günə qədər məlumat yoxdur. İşğal nəticəsində Şuşadakı bir sıra tariximədəniyyət abidələri düşmən tərəfindən talan edilib. Bu siyahıya Xan mağarası, Qaxal mağarası, Şuşa qalası da daxil olmaqla bütövlükdə 279 dini, tarixi və mədəni abidə daxildir.
Ermənilər Azərbaycana məxsus olan bir çox abidənin məhv edilməsinə, erməniləşdirilməsinə nail olublar. Onlar Şuşada 7 məktəbəqədər uşaq müəssisəsini, 22 ümumtəhsil məktəbini, mədəni-maarif, kənd təsərrüfatı texni-kumlarını, 8 mədəniyyət evini, 14 klubu, 20 kitabxananı, 2 kinoteatırı, 3 muzeyi, Şərq musiqi alətləri fabrikini dağıdıblar. Daha ətraflı »Teqlər: Digər
-
18MayDigər ŞƏHİD ANASININ ARZUSU üçün şərhlər bağlıdır
Bu gün hamı məni bir şəhid anası kimi tanıyır. Oğlum mərd, qorxmaz, qeyrətli bir oğlan– kapitan İnqilab Ağayev idi. Indi mənim qəlbim balamın həsrəti ilə alovlansa da, qürurlanıram ki, oğlum sağlığında olduğu kimi ölümü ilə də valideynlərinə, ailəsinə, övladlarına, ən başlıcası vətəninə başucalığı gətirdi. O, artıq bir ata-ananın deyil, Azərbaycan xalqının övladına çevrilib, Vətən torpaqlarının müdafiəsi uğrunda şəhid olub.
İllərdir ki, əzəli, əbədi torpaqlarımız mənfur düşmənin tapdağında inləyir, hünərvər oğlanlarının yolunu gözləyir. Aprelin əvvəlində ordumuzun Ermənistana həddini göstərməsi bir daha bizim oğullarımızın dəyanətindən xəbər verir. Inanıram ki, ölkə rəhbərimiz, Ali Baş Komandan İlham Əliyevin əmri ilə ordumuz Vətənimizin ərazi bütöv-lüyünü təmin edəcək və torpaqlarımızın azadlığına nail olacaqdır. O zaman mənim oğlum kimi torpaqlarımız uğ-runda şəhid olmuş yüzlərlə igidlərimizin ruhları rahat uyuyacaqdır.
Bu inam təkcə bir ananın yox, Azərbaycanın hər bir vətəndaşının qəlbində vardır. Yaxşı bilirik ki, bizim ordumuz 20-25 il əvvəlki ordu deyil. Indi bizim güclü ordumuz və ağıllı, uzaq-görən sərkərdəmiz var. Artıq ölkəmiz başqa sahələrdə qazandığı uğurların siyahısına bir uğurun da qatılması astanasındadır. Bu, bizim Qələbəmiz olacaqdır. Bu hər bir vətəndaşımız kimi, bütün şəhid analarının arzusudur. Inşallah, o günü görəcəyik.Sədaqət Ağayeva
Teqlər: Digər
-
18MayMilli-mənəvi dəyərlər ƏMƏK VETERANININ HƏDİYYƏSİ üçün şərhlər bağlıdır
Tərtər (o zamankı Mirbəşir) Elektromexanika Zavodunun keçmiş kollektivi–əmək vete-ranları Ulu Öndərin anadan olmasının 93 illiyi münasibətilə Heydər Əliyev Mərkəzinə gəlmişlər. Veteranlar əvvəlcə Ümummilli Liderin mərkəzdəki büstü önünə gül qoymuş, sonra “dəyirmi masa” ətrafında söhbətlərini davam etdirmişlər.
Tədbiri Heydər Əliyev Mərkəzinin direktoru Səlimə Yusibova açmışdır. Elektromexani-ka zavodunun keçmiş direktoru Rauf Həsənzadə Ulu Öndərlə bağlı xatirələrini danışmışdır. O göstərmişdir ki, vaxtilə rəhbərlik etdiyi müəssisə məhz Heydər Əliyevin yaxından köməkliyi və qayğısı nəticəsində nəinki Azərbaycanda, keçmiş SSRİ-də ən iri zavodlardan biri olmuşdur. Ulu Öndər dəfələrlə zavodun kollektivi ilə şəxsən görüşmüş, müəssisənin işinin daha da təkmilləşdirilməsi məqsədilə lazımi tədbirlər görmüşdür. O zaman zavodda min nəfərə yaxın tərtərli işləyirdi.
Ulu Öndərin xalqımız qarşısında misilsiz xidmətlərindən danışan Rauf Həsənzadə göstərmişdir ki, Heydər Əliyevin 1993-cü ildə ikinci dəfə hakimiyyətə gəlişi Azərbaycanı xaos və anarxiyadan, parçalanmadan xilas etdi.
Daha ətraflı »Teqlər: Milli-mənəvi dəyərlər
-
18MaySosial İNSANLARIN SOSİAL MÜDAFİƏSİNƏ HESABLANMIŞ TƏDBİRLƏR üçün şərhlər bağlıdır
Azərbaycanda yoxsulluq səviyyəsinin getdikcə aşağı enməsinin əsas səbəblərindən biri yeni iş yerlərinin yaradılmasına xüsusi diqqət yetirilməsidir. Dövlət başçısı əhalinin məşğulluq məsələlərində problemlərin olmaması məqsədilə Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi ilə dövlət şirkətlərinə birgə işləməyi tapşırmışdır. Regionların 2014-2018-ci illərdə sosial-iqtisadi inkişafı Dövlət Proqramının icrasının ikinci ilinin yekunlarına həsr olunmuş konfransda Prezident məşğulluq idarələrinə müraciət edən insanların işlə təmin olunması üçün dövlət şirkətlərinin yeni vakansiyalar açmalı olduğunu bildirmişdir. Dövlət şirkətlərinə və sözügedən nazirliyə Bakıda və bütün bölgələrdə əhalinin işlə təminatında birlikdə nümunə göstərməyi tövsiyə etmişdir.
Azərbaycan Respublikası Prezidentinin müvafiq tapşırığına uyğun olaraq əhalinin məşğulluğunu artırmaq məqsədi ilə qısa müddət ərzində rayonumuzda da xeyli iş görülmüşdür. Belə ki, dövlət şirkətlərinin rayon ərazisində yerləşən idarələrində 160, rayon icra hakimiyyəti tərəfindən aparılan abadlıq və təmir-tikinti sahələrində 170 iş yeri açılaraq, ümumilikdə 330 iş yeri məşğulluq mərkəzinə təqdim edilmişdir. Daha ətraflı »Teqlər: Sosial
-
04MayMilli-mənəvi dəyərlər HEYDƏR ƏLİYEV VƏ ORDU QURUCULUĞU üçün şərhlər bağlıdır
Qəhrəmanlığına, sərkərdəlik məharətinə və hərbi bacarığına görə bir çox görkəmli şəxslərin adları (Cavanşir, Babək, Şah İsmayıl Xətai,Cəfərqulu ağa Bakıxanov, Əsəd bəy Talışxanov, Həsən bəy Ağalarov, Balakişi bəy Ərəblinski, Səməd bəy Mehmandarov, Əliağa Şıxlinski, Hüseynxan Naxçıvanski, İbrahim ağa Usubov, Həmid Qaytabaşı, Kazım Qacar, Cavad bəy Şıxlinski, Həbib bəy Səlimov, Həzi Aslanov, Mehdi Hüseynzadə, İsrafil Məmmədov, Gəray Əsədov, Məlik Məhərrəmov və s.) Azərbaycanın hərb tarixinə düşmüşdür. Xidmətlərinə görə Azərbaycanın hərb tarixinə düşmüş şəxsiyyətlərdən biri də Ümummilli Lider Heydər Əliyevdir. Heydər Əliyev SSRİ dövründə və müstəqil olduqdan sonra Azərbaycana rəhbərlik edərkən ordu quruculuğu, hərbi kadrların hazırlığı məsələsinə xüsusi diqqət yetirmişdir. Heydər Əliyev Azərbaycan SSR-ə rəhbərlik edərkən onu narahat edən məsələlərdən biri də hərbi kadrların çox az olması idi. Hələ Çar Rusiyası dövründə azərbaycanlıların azadlıq eşqinin məhv edilməsi üçün gənclər hərbi xidmətə cəlb edilmir, onlara mübarizə əzmini unutdurmağa çalışırdılar. Bu siyasət sovet hökuməti dövründə də davam etdirilirdi. Daha ətraflı »
Teqlər: Milli-mənəvi dəyərlər
-
04MayXəbərlər AZƏRBAYCAN RESPUBLİKASININ PREZİDENTİ TƏRTƏRDƏ üçün şərhlər bağlıdır
Prezident İlham Əliyev və xanımı Mehriban Əliyeva Ermənistan silahlı qüvvələri ilə təmas xəttində yerləşən Tərtər rayonunda olmuşlar.
Dövlət başçısı əvvəlcə Tərtər rayonundakı “N” saylı hərbi hissəyə gedərək hərbi hissənin qərargahı ilə tanış olmuşdur.
Müdafiə naziri Zakir Həsənov təmas xəttindəki son vəziyyət barədə Ali Baş Komandan İlham Əliyevə məlumat vermişdir.
Dövlət başçısı hərbi hissənin müasir standartlara cavab verən yeməkxanası, kazarması ilə də tanış olmuşdur.
Sonra Ali Baş Komandan hərbi hissənin şəxsi heyəti ilə görüşmüşdür.
Prezident İlham Əliyev təmas xəttində baş verən son hadisələrdən danışaraq dedi ki, həmişə Ermənistana beynəlxalq təzyiqlər artan zaman işğalçı dövlət danışıqlar prosesindən yayınmaq üçün atəşkəs rejimini pozur və təxribata əl atır. Daha ətraflı »Teqlər: Xəbərlər
-
04MayTərtər RİH-də CƏBHƏ BÖLGƏSİNDƏ: “VƏTƏNİN MÜDAFİƏSİNƏ HAZIRAM!” üçün şərhlər bağlıdır
Cəbhə bölgəsi olan Tərtər rayonunda Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidməti rayon icra hakimiyyəti ilə birlikdə “Vətənin müdafiəsinə hazıram!” mövzusunda tədbir keçirmişdir. Tədbirdə məqsəd Azərbaycan vətəndaşlarının hərbi-vətənpərvərlik tərbiyəsi, yeniyetmə və gənclərdə vətəndaşlıq hisslərinin yüksəldilməsi, onların AZƏRBAYCANIN müstəqilliyi və ərazi bütövlüyü uğrunda mübarizəyə hazırlıq ruhunda tərbiyə edilməsidir.
Yığıncaqda rayon icra hakimiyyətinin nümayəndələri, Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətinin Tərtər rayon şöbəsinin şəxsi heyəti, orta məktəblərin yuxarı sinif şagirdləri, şəhid ailələrinin üzvləri, Qarabağ müharibəsi veteranları iştirak etmişlər.
Tədbir iştirakçıları əvvəlcə Ulu Öndərin abidəsi önünə gül-çiçək dəstələri qoymuş, onun xatirəsini yad etmişlər. Daha ətraflı »Teqlər: Tərtər RİH-də
Yeni ismarıclar