Saytın ümumi statistikası:

Saytda məqalələrin sayı - 5,523
Saytda ismarıcların sayı - 0

Arxiv

  • 18May

    BİZ O YERLƏRƏ QAYIDACAĞIQ

    c59fuc59fa_qalasc4b110namiqAzərbaycanın Şuşa şəhərinin ermənilər tərəfindən işğal olunmasından 24 il ötür. Azərbaycanın bu qədim, zəngin tarixə və mədəniyyətə malik şəhərinin Ermənistan silahlı qüvvələri tərəfindən ələ keçirilməsi ilə Dağlıq Qarabağın işğalı başa çatdı.
    Bununla ermənilər bölgənin Azərbaycandan faktiki qoparılmasına nail oldular.
    Şuşanın işğalı nəticəsində 480 günahsız vətəndaş qətlə yetirilib, 600 nəfər yaralanıb, 22 min nəfər öz yurdundan didərgin düşüb. Əsir götürülmüş 68 soydaşımızın taleyi barədə bu günə qədər məlumat yoxdur. İşğal nəticəsində Şuşadakı bir sıra tariximədəniyyət abidələri düşmən tərəfindən talan edilib. Bu siyahıya Xan mağarası, Qaxal mağarası, Şuşa qalası da daxil olmaqla bütövlükdə 279 dini, tarixi və mədəni abidə daxildir.
    Ermənilər Azərbaycana məxsus olan bir çox abidənin məhv edilməsinə, erməniləşdirilməsinə nail olublar. Onlar Şuşada 7 məktəbəqədər uşaq müəssisəsini, 22 ümumtəhsil məktəbini, mədəni-maarif, kənd təsərrüfatı texni-kumlarını, 8 mədəniyyət evini, 14 klubu, 20 kitabxananı, 2 kinoteatırı, 3 muzeyi, Şərq musiqi alətləri fabrikini dağıdıblar.
    Ümumilikdə 1992-ci il mayın 8-də Ermənistan silahlı qüvvələrinin Şuşanı işğal etməsi nəticəsində Azərbaycanın 289 kvadratkilometr ərazisi ermənilərin nəzarətinə keçib.
    * * *
    Şuşa şəhərindən məcburi köçkün düşmüş 22 min nəfərdən biri də Tərtər şəhərində məskunlaşmış Rüstəmov Namiq Zülfiqar oğludur. Ömrünün ən gözəl çağlarını Şuşa şəhərinin Soltan bəy küçəsində yaşamışdı. Qarabağın Qala qapısı, dünyada adıyla şöhrət tapmış xarı bülbülün məskəni, igidlər oylağı Cıdır düzünün, Natavanın, Üzeyirin, Vaqifin vətəni olan Şuşa barəsində onun təəssüratlarını öyrənmək istədim. Qəribə bir qayğı ilə dilləndi:
    –Nə deyim, bir adam ki, gözünü bu cənnət məkan diyarda aça, uşaqlığının ən şıltaq dövrü, gəncliyinin qaynar çağları o gözəl yerlərdə keçə, bu gün onlara həsrət qala. Elə bu intizarı yaşamaq özü bir dərddir. İllərdir gözləyirik ki, nə vaxt yollarımız açılacaq. Aprel ayının əvvəlində ordumuzun göstərdiyi sücaətlərdən sonra inamım daha da artıb. Düşünürəm ki, yaxın bir vaxtda torpaqlarımıza qovuşa biləcəyik.
    Heç xatirimdən çıxmır. 1992-ci il mayın 8-də erməni işğalçıları tərəfindən Şuşa zəbt olunanda mən Milli Qəhrəman Ramiz Qənbərovun özünümüdafiə batalyonunda rota komandiri idim. Bizə verilmiş texnikanı Rəhim Qazıyevin tapşırığı ilə şəhərdən çıxarmışdılar. Bir-iki adamda ov tüfəngləri qalmışdı, onunla müdafiə olunurduq. Gecə camaat ermənilərin hücumuna məruz qalanda İsa bulağının meşəsi tərəfdən ayaqyalın, başaçıq vəziyyətdə Laçın rayonuna gəldik. May ayı olmasına baxmayaraq şaxtalı bir gün idi. Camaatın köməyinə çatan olmadı.
    İndi isə ordumuza inanırıq, güclü ordumuz, iradəli sərkərdəmiz var. Biz mütləq Şuşaya qayıdacağıq. Özü də lap tez!

    Elfuzə Vəliyeva

    Müəllif: Redaktor, 11:04

    Teqlər:

İsmarıclar bağlıdır.