Saytın ümumi statistikası:

Saytda məqalələrin sayı - 5,523
Saytda ismarıcların sayı - 0

Arxiv

  • 18May

    Bu gün hamı məni bir şəhid anası kimi tanıyır. Oğlum mərd, qorxmaz, qeyrətli bir oğlan– kapitan İnqilab Ağayev idi. Indi mənim qəlbim balamın həsrəti ilə alovlansa da, qürurlanıram ki, oğlum sağlığında olduğu kimi ölümü ilə də valideynlərinə, ailəsinə, övladlarına, ən başlıcası vətəninə başucalığı gətirdi. O, artıq bir ata-ananın deyil, Azərbaycan xalqının övladına çevrilib, Vətən torpaqlarının müdafiəsi uğrunda şəhid olub.
    İllərdir ki, əzəli, əbədi torpaqlarımız mənfur düşmənin tapdağında inləyir, hünərvər oğlanlarının yolunu gözləyir. Aprelin əvvəlində ordumuzun Ermənistana həddini göstərməsi bir daha bizim oğullarımızın dəyanətindən xəbər verir. Inanıram ki, ölkə rəhbərimiz, Ali Baş Komandan İlham Əliyevin əmri ilə ordumuz Vətənimizin ərazi bütöv-lüyünü təmin edəcək və torpaqlarımızın azadlığına nail olacaqdır. O zaman mənim oğlum kimi torpaqlarımız uğ-runda şəhid olmuş yüzlərlə igidlərimizin ruhları rahat uyuyacaqdır.
    Bu inam təkcə bir ananın yox, Azərbaycanın hər bir vətəndaşının qəlbində vardır. Yaxşı bilirik ki, bizim ordumuz 20-25 il əvvəlki ordu deyil. Indi bizim güclü ordumuz və ağıllı, uzaq-görən sərkərdəmiz var. Artıq ölkəmiz başqa sahələrdə qazandığı uğurların siyahısına bir uğurun da qatılması astanasındadır. Bu, bizim Qələbəmiz olacaqdır. Bu hər bir vətəndaşımız kimi, bütün şəhid analarının arzusudur. Inşallah, o günü görəcəyik.

    Sədaqət Ağayeva

    Müəllif: Redaktor, 10:39

    Teqlər:

İsmarıclar bağlıdır.