30Apr
Erməni silahlı birləşmələrinin iriçaplı silahlardan intensiv atəşləri nəticəsində aprelin 27-dən 28-nə keçən gecə Tərtər rayonunun 10 yaşayış məntəqəsində 58 evə, iki tam orta məktəbə və digər qeyri-yaşayış obyektlərinə ciddi ziyan dəymişdir.
Ermənilər həmçinin vaxtilə Azərbaycanın vəsaiti hesabına tikilmiş Sərsəng Su Anbarından ekoloji terror vasitəsi kimi istifadə edirlər. Daha ətraflı »
Teqlər: Xəbərlər
29Apr
Azərbaycan Respublikasının millətlərarası, multikulturalizm və dini məsələlər üzrə Dövlət müşaviri Kamal Abdullayev Bakıda keçirilmiş BMT-nin Sivilizasiyalar Alyansının VII Qlobal Forumu çərçivəsində ölkəmizdə səfərdə olan Fransa Milli Assambleyasının üzvü, Azərbaycanın Dostları Assosiasiyasının prezidenti Jan-Fransua Mansel ilə görüşüb.Bakı Beynəlxalq Multikulturalizm Mərkəzində keçirilən görüşdə Dövlət müşaviri, akademik Kamal Abdullayev Azərbaycanda tarixi köklərə malik multikulturalizm və tolerantlıq mədəniyyətinin bu gün dövlət siyasətinin tərkib hissəsinə çevrilməsindən və bu istiqamətdə ölkə Prezidenti İlham Əliyev tərəfindən ölkəmizdəki milli, dini icmalara göstərilən bərabər münasibətdən, multikulturalizmin Azərbaycan modelinin dünya ictimaiyyətinə tanıdılması üçün atılan addımlardan, Bakı Beynəlxalq Multikulturalizm Mərkəzinin fəaliyyətindən ətraflı söz açıb. Daha ətraflı »
Teqlər: Xəbərlər
27Apr
Aprelin əvvəllərində cəbhə xəttində erməni silahlı birləşmələrinin təxribat əməllərinə Azərbaycan Ordusunun layiqincə cavab verməsi, düşmənin canlı qüvvəsi və hərbi texnikasının darmadağın edilməsi, strateji əhəmiyyətə malik bir neçə yüksəkliyin işğaldan azad edilməsi xalqımızda böyük ruh yüksəkliyi yaradıb.
Tərtər şəhərində Müdafiə Nazirliyinin və Tərtər Rayon İcra Hakimiyyətinin təşkilatçı-lığı ilə “Hər anımız Vətən deyir” adlı kütləvi hərbi şöhrət bayramı keçirilib. Tədbir iştirakçıları əvvəlcə Ümummilli Lider Heydər Əliyevin şəhərin mərkəzi meydanındakı abidəsi önünə gül dəstələri düzərək, dahi rəhbərin xatirəsinə ehtiramlarını bildirib, Azərbaycanın dövlət himnini ifa ediblər. Daha ətraflı »
Teqlər: Xəbərlər
27Apr
Ölkə iqtisadiyyatında, məşğulluğun təmin olunmasında sahibkarlığın müstəsna əhəmiyyətini nəzərə alaraq Respublika Prezidenti cənab İlham Əliyev 21 aprel 2016-cı il tarixdə “Sahibkarlar Günü”- nün təsis edilməsi ilə bağlı Sərəncam imzalamışdır. Sərəncama əsasən hər il aprel ayının 25-i “Sahibkarlar Günü” kimi qeyd ediləcək.
Dövlət tərəfindən bu sahənin inkişafına göstərilən diqqət və qayğı tərtərli sahibkarları da ürəkdən sevindirmiş-dır. Bayramlarını qeyd etmək üçün onlar rayon icra hakimiyyətinin təşkilatçılığı ilə bir araya toplaşmışlar.
Tədbir iştirakçıları əvvəlcə Ulu Öndərin abidəsi önünə gül-çiçək dəstələri qoymuş, sonra isə yığıncaq rayon Gənclər Mərkəzinin zalında davam etdirilmişdir.
Tədbiri giriş sözü ilə açan rayon icra hakimiyyətinin başçısı Müstəqim Məmmədov əvvəlcə sahibkarları ilk peşə bayramları münasibəti ilə təbrik etmiş, ölkə iqtisadiyyatının davamlı və tarazlı inkişafının təmin edilməsində onların rolundan danışmışdır. Daha ətraflı »
Teqlər: Xəbərlər
27Apr
GÖZƏL ALİM VƏ MÜQƏDDƏS ANA
Aprelin 28-i görkəmli oftalmoloq-alim, akademik Zərifə xanım Əliyevanın xatirə günüdür. O, yaddaşlarda gözəl alim, qayğıkeş insan, ləyaqətli ziyalı, sədaqətli ömür yoldaşı, gözəl ana kimi əbədiləşib.
Akademik Zərifə Əziz qızı Əliyeva XX əsrin payına düşən görkəmli Azərbaycan qadınlarından və alimlərindən biri idi. Onun 28 aprel 1923-cü il Şərur rayonu Şaxtaxtlı kəndindən başlayan ömür yolu olduqca zəngin və yalnız parlaq səhifələrlə dolu bir ömür oldu. O, Yaradanın xoş saatında doğulan bir insan idi. Əvvəla, Zərifə xanım Əziz Əliyev kimi görkəmli bir alimin, elm adamının, vətənpərvər bir ziyalının, SSRİ-də böyük nüfuz qazanmış bir dövlət xadiminin ailəsində dünyaya göz açdı, zəngin mənəvi mühitdə tərbiyə aldı. Və nəsil şəcərəsinə, ailəsinə, valideynlərinə layiq övlad oldu. Dünya siyasətində ən uca zirvələrdən birində dayanan Heydər Əliyev kimi bir dahinin həyat yoldaşı olması, əsil məhəbbət, sevgi adlı imtahanda da sınanaraq qəlbən, ruhən bağlı olduğu ömür-gün yoldaşına, Ulu Öndərə bu uca zirvəyə çatmaqda yorulmaz silahdaşa, mənəvi dayağa çevrilməsi Zərifə xanımın ikinci xoşbəxtliyi idi. Daha ətraflı »
Teqlər: Milli-mənəvi dəyərlər
27Apr
Tərtər rayonunun təbii qazla təmin olunan yaşayış məntəqələrinin sırasına İlxıçılar kəndi də əlavə olunub. Kəndə təbii qazın verilməsi münasibətilə keçirilən tədbirə rayon icra hakimiyyətinin nümayəndələri, “Azəriqaz” İstehsalat Birliyinin təmsilçiləri və kənd sakinləri böyük sevinclə qatıldılar.
Azadqaraqoyunlu kənd İƏD üzrə nümayəndə Nazim Xəlilov, Tərtər Regional Qaz İstismar İdarəsinin rəis müavini Elməddin Cəfərov, kənd ağsaqqalı Arif Hüseynov, sakinlərdən Namiq Rəcəbov, Elmira Hüseynova çıxış edərək regionların sosial-iqtisadi inkişafına, əhalinin sosial problemlərinin həllinə dövlət tərəfindən göstərilən diqqət və qayğıdan danışdılar.
Tədbirdə iştirak edən Tərtər Rayon İcra Hakimiyyətinin Başçısı Müstəqim Məmmədov təbii qazın verilməsi münasibəti ilə sakinləri təbrik etdi.
Sonra Müstəqim Məmmədov ağsaqqalların iştirakı ilə “mavi alov”un açılışını bildirən rəmzi məşəli alovlandırdı və kənd sakini Natiq Əliyevin fərdi yaşayış evində təbii qazın alovlandırılmasında iştirak etdi.
* * *
Həmin gün İlxıçılar kəndində rayon rəhbərinin səyyar görüş-qəbulu da keçirildi.
“Yeni Tərtər”
Teqlər: Açılışlar
27Apr
TƏRTƏRDƏ QURUCULUQ İŞLƏRİ SAKİNLƏRƏ RAHATLIQ GƏTİRİR
Təmas xəttində yaşayan tərtərlilər hətta cəbhədə vəziyyətin
gərginləşdiyi vaxtda belə, tikinti-abadlıq işlərini davam etdirirlər. Bu işgüzarlığın sayəsində rayon ilbəil abadlaşır, əhalinin həyat şəraiti yaxşılaşır, sosial problemlər həll olunur.
Tərtər şəhərinin Heydər Əliyev prospektinə və bir sıra küçələrinə asfalt-beton örtüyü salınması üçün hazırlıq işləri aparılır. E.Hüseynov küçəsi və küçənin davamı olan magistral yol isə Şıxarx qəsəbəsinədək artıq asfaltlanmağa başlanmışdır. Bundan əlavə, Tərtər çayı sahilində salınacaq yeni parkın ərazisi təmizlənir, ağaclar budanır. Ərazidən keçən yüksək gərginlikli elektrik hava xətti kənarlaşdırılmışdır. İndi park ərazisindən keçən Buruc arxı betonla üzlənir.
Şəhərdəki çoxmərtəbəli ictimai yaşayış binalarının fasad və daxili hissələrinin suvanıb rənglənməsi, inşa edilən 100 yerlik körpələr evi-uşaq bağçasında, tikilən şahmat məktəbi və kənd təsərrüfatı idarəsinin inzibati binasında işlərin davam etməsi də rayonda aparılan tikinti-abadlıq tədbirləri sırasındadır. Daha ətraflı »
Teqlər: Xəbərlər
27Apr
AĞILLI OLMAĞIN VAXTI DEYİLMİ?
Dünya gözəl dünyadır. Onu bərbad edən biz insanlarıq.
Bir körpə qığıltısı bu dünyanın laylasıdır. Bir uşaq gülüşü bu dünyaya saçılan Günəş işığıdır. Bir insan ömrü bu dünyanın ən dəyərli zinətidir.
Varlığın fəlsəfəsi olumla ölümün arasındadır və bu, ən qısa zaman kəsiyidir. Ömür deyilən bir kirpik çalımı həyat yoludur. Allahın payı hesab edənlər gərək onu elə yaşasınlar ki, sonradan dizlərinə döyüb heyifslənməsinlər. Azərbaycanın azman şairi Bəxtiyar Vahabzadə demişdi:
Yaşamaq yanmaqdır, yanasan gərək,
Həyatın mənası yalnız ondadır.
Və yaxud:
Bir ömrü illərlə ölçmək düz deyil,
Ömürlə illəri ölçəsən gərək.
Belə yaşamaq üçün isə sakit və rahat dünya lazımdır. Amma… Dünyanı qurub gözəlləşdirən də biz, vurub dağıdan da biz. Daha ətraflı »
Teqlər: Milli-mənəvi dəyərlər
27Apr
QƏLƏBƏ MÜJDƏSİ İLƏ QARŞILADIQ
Aprelin 2-də erməni silahlı qüvvələrinin başladığı hücum əməliyyatları Azərbaycan Ordusu tərəfindən qətiyyətlə alındı. Ermənilər cəsur əsgərlərimizin əkszərbələri qarşısında tab gətirməyərək geri çəkilməyə məcbur oldular. Bir neçə mühüm strateji yüksəklik ordumuzun nəzarəti altına keçdi.
Belə bir vəziyyətdə ordu ilə yanaşı media nümayəndələrinin üzərinə böyük məsuliyyət düşdü. Tərtər hələ heç zaman bu qədər jurnalist ordusunu qəbul etməmişdir. Bunların arasında yerli KİV-lərin nümayəndələri ilə yanaşı, xarici xəbər agentliklərinin də təmsilçiləri çox idi.
Əlbəttə ki, rayon qəzeti olaraq kollektivimiz də bu günlərdə üzərinə düşən vəzifələri yerinə yetirməyə çalışdı. Foto-müxbirimiz Kənan Hüseynzadə gecə-gündüz ən qaynar nöqtələrdə oldu, onun çəkdiyi şəkillər öz qəzetimizlə yanaşı müxtəlif mətbuat orqanlarında dərc edildi.
Qəzetimizin ilk nömrəsinin çapdan çıxmasının 82 illiyini beləcə qarşıladıq. Bu ildönümü ilə yanaşı Böyük Qələbəmizin başlanğıcını ruh yüksəkliyi ilə qeyd etdik. Xalqla ordumuzun möhkəm birliyinin, bir-birinə arxa-dayaq durduğunun şahidi olduq. Daha ətraflı »
Teqlər: Milli-mənəvi dəyərlər
27Apr
Bu tarix 1935-ci il aprelin 15-də Vaşinqtonda «Bədii, elmi müəssisə və tarixi abidələrin mühafizəsi və qorunması haqqında» imzalanmış müqavilə ilə əlaqədar təsis olunub. O vaxtdan dünyanın bir çox ölkəsində 15 aprel Mədəniyyət Günü kimi qeyd olunur. Bu gün beynəlxalq hüquq təcrübəsində Rerix Paktı kimi də tanınır.
Çünki Ümumdünya Mədəniyyət Gününün qeyd olunması təklifini ilk dəfə 1931-ci ildə Bel-çikanın Bryuqqe şəhərində keçirilən konfransda rəssam Nikolay Rerix təklif edib.
2008-ci ilin dekabrında Rusiya, İtaliya, İspaniya, Arqentina, Meksika, Kuba, Latviya, Litvanın ictimai təşkilatlarının təşəbbüsü ilə 15 aprelin Dünya bayrağı altında Ümumdünya Mədəniyyət Günü kimi təsdiqi üçün Beynəlxalq hərəkat yaranıb.
Təəssüf ki, dünya ictimaiyyəti Azərbaycanın işğal olunmuş ərazilərində yüzlərlə tarixi abidəmizin, incəsənət əsərinin, kitabxanaların və digər mədəni irsimizin talan edilməsinə göz yumur. Azərbaycan əsgəri 20 ildən artıq işğal altında olan torpaqlara ayaq basdı. Deməli, Qələbə Günü uzaqda deyil. Biz o yerlərə qayıdacağıq və düşmən öz əməlinə görə cavab verəcək.
Teqlər: Milli-mənəvi dəyərlər
Yeni ismarıclar