Erməni silahlı birləşmələrinin iriçaplı silahlardan intensiv atəşləri nəticəsində aprelin 27-dən 28-nə keçən gecə Tərtər rayonunun 10 yaşayış məntəqəsində 58 evə, iki tam orta məktəbə və digər qeyri-yaşayış obyektlərinə ciddi ziyan dəymişdir.
Ermənilər həmçinin vaxtilə Azərbaycanın vəsaiti hesabına tikilmiş Sərsəng Su Anbarından ekoloji terror vasitəsi kimi istifadə edirlər.
Onlar rayonumuzun ərazisindən keçən çaylara zəhərli maddələr axıdırlar.
Dinc əhaliyə qarşı törədilmiş bu cür hərəkətlər beynəlxalq konvensiyaya və insanlığa uyğun gəlmir