Ölkə iqtisadiyyatında, məşğulluğun təmin olunmasında sahibkarlığın müstəsna əhəmiyyətini nəzərə alaraq Respublika Prezidenti cənab İlham Əliyev 21 aprel 2016-cı il tarixdə “Sahibkarlar Günü”- nün təsis edilməsi ilə bağlı Sərəncam imzalamışdır. Sərəncama əsasən hər il aprel ayının 25-i “Sahibkarlar Günü” kimi qeyd ediləcək.
Dövlət tərəfindən bu sahənin inkişafına göstərilən diqqət və qayğı tərtərli sahibkarları da ürəkdən sevindirmiş-dır. Bayramlarını qeyd etmək üçün onlar rayon icra hakimiyyətinin təşkilatçılığı ilə bir araya toplaşmışlar.
Tədbir iştirakçıları əvvəlcə Ulu Öndərin abidəsi önünə gül-çiçək dəstələri qoymuş, sonra isə yığıncaq rayon Gənclər Mərkəzinin zalında davam etdirilmişdir.
Tədbiri giriş sözü ilə açan rayon icra hakimiyyətinin başçısı Müstəqim Məmmədov əvvəlcə sahibkarları ilk peşə bayramları münasibəti ilə təbrik etmiş, ölkə iqtisadiyyatının davamlı və tarazlı inkişafının təmin edilməsində onların rolundan danışmışdır. Bildirmişdir ki, Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin ölkədə sahibkarlığıın inkişaf etdirilməsi, əhalinin məşğulluq səviyyəsinin artırılması, yeni iş yerlərinin açılması, sərmayələrin cəlb edilməsi ilə bağlı tapşırıqlarının icrasını təmin etmək məqsədilə Tərtər Rayon İcra Hakimiyyətində fəaliyyət göstərən qərargah tərəfindən bu istiqamətdə işlər davam etdirilir. Yeni iş yerləri yaradılır, kiçik sahibkarlığın inkişafına dəstək verilir.
İcra başçısı rayon əhalisi, o cümlədən sahibkarlar adından göstərilən diqqət və qayğıya görə Prezident İlham Əliyevə öz minnətdarlığını bildirmişdir.
Sonra sahibkarlardan Borsunlu kəndindən İlham Məmmədov, Bəyimsarovdan Habil İbrahimov, Ələsgərlidən Məhəmməd Şirinov, rayon İstehsal istehlak kooperativ cəmiyyətinin sədri Mərziyyə Qəndilova, eksperimental cins damazlıq fermer təsərrüfatının rəhbəri Məhərrəm Əliyev, İrəvanlıdan Tahir Abdullayev və 11 saylı Yevlax Ərazi Vergilər Departamentinin rəis müavini, Baş Vergi Xidməti müşaviri Rübail Rzayev çıxış etmişlər.
Onlar sahibkarlığın inkişafına göstərilən diqqət və qayğıya görə ölkə rəhbərinə öz minnətdarlıqlarını bildirmişlər.
Tədbirin sonunda rayon icra hakimiyyəti tərəfindən bir qrup sahibkar Fəxri Fərmanla təltif edilmiş, qiymətli hadiyyələr verilmişdir
-
27Apr
Müəllif: Redaktor, 14:52
Teqlər: Xəbərlər