Dərzilik elə peşədir ki, ona həmişə ehtiyac duyulur. Müasir həyatımızda hər kəs səliqəli görünməyə, dəblə ayaqlaşmağa çalışır. Bəzən hazır alınmış paltarlarda, kostyum və paltolarda bacarıqlı dərzinin əl gəzdirməsi lazım gəlir. Belə olan halda təcrübəli, işini bilən, səliqəli dərzi axtarılır. Mehman Sadıqov həmin dərzilərdəndir. Daha ətraflı »
-
20İynDigər Bacarıqlı dərzi üçün şərhlər bağlıdır
Teqlər: Digər
-
20İynSəhiyyə TiBB BACILARI üçün şərhlər bağlıdır
Yaxın günlərin söhbətidir. Rayon uşaq xəstəxanasına ağır xəstələnmiş bir azyaşlı gətirmişdilər. Həkimlərin müayinəsindən sonra məlum olmuşdur ki, uşaqda pnevmaniya xəstəliyi var. Buna qarşı həkimin diaqnozu ilə təcili tibbi yardım göstərilməlidir. Tibb bacıları Lalə Bəxtiyarova və Gülnarə Nəsirovaya tapşırıq verilir və onlar işə başlayırlar… Daha ətraflı »
-
20İynDigər SADƏ PEŞƏ ADAMLARI üçün şərhlər bağlıdır
PEŞƏSİ İLƏ FƏXR EDİR
Mirzə İsmayılovu rayonumuzda tanımayan adam bəlkə də yoxdur. Bunu əminliklə deyirəm. Ona görə ki, 30 ilə yaxın bir vaxt ərzində elektriklə işləyən məişət avadanlıqlarının–ütü, tozsoran, ətçəkən, fen, avtotransformatorların təmir işlərini keyfiyyətlə görür. Iş yeri bazarın qarşısındadır. Onun yanına gətirilən işləməyən cihazları keyfiyyətlə təmir edib sahibinə qaytarır. Buna görə də insanlar arasında böyük hörməti var. Sənətdən söz düşəndə Mirzə deyir ki, mən peşəmlə fəxr edirəm. Çünki həyatda pis peşə, pis sənət yoxdur. Ancaq pis sənətkar var. Elələri var ki, işinə səhlənkar yanaşır, işi başdansovdu görür. Onda bu da istər-istəməz insanlarda narazılıq yaradır. Yetər ki, gördüyün işə ürəkdən yanaşasan, insanların inamını qazanasan. Bax, onda olursan yaxşı sənətkar. Daha ətraflı »
Teqlər: Digər
-
20İynDigər MÖCÜZƏLİ “YAŞIL ADA” üçün şərhlər bağlıdır
Həyatda bacarıqsız insan olmur. Sadəcə məsələ bundadır ki, hər kəs öz yerini tapa bilə. Yəni məşğul olduğu işi ürəyinin istəyi ilə seçə.
Kəngərli kəndində möcüzəli «yaşıl ada» həyatda bu fikri təsdiqləyən əyani nümunədir. Bura cəmi 0,24 hektar sahəni əhatə edir. Bu kiçik torpaq sahəsində kənd sakini Rəfi Həsənov nələr yaratmayıb?! Daha ətraflı »
Teqlər: Digər
-
20İynKənd təsərrüfatı Tingçilik gəlirli sahədir üçün şərhlər bağlıdır
KƏND SAKİNLƏRİNİN ƏSAS MƏŞĞULİYYƏTİ
Rayonumuzun iqtisadiyyatı çoxsahəlidir. Kimi taxıl, pambıq əkir, mal-qara bəsləyir, digərləri isə başqa təsərrüfat işləri ilə məşğul olurlar.
Ələsgərli kənd sakinlərinin məşğuliyyəti isə əsasən tingçilik-calaqçılıqdır. Müstəqillik dövründə torpaq islahatı keçiriləndən sonra sahibkarlar və ailə-fermer təsərrüfatlarının üzvləri nəinki həyətyanı sahələrdə, həm də pay torpaqlarında ting əkib becərməklə məşğul olurlar. Kənd sakinlərindən Vahid Allahverdiyevi, Elxan Kazımovu, Mahir Quliyevi, bəzi digər sakinləri hamı usta calaqçı kimi tanıyır. Bu insanların hər biri hər il pay torpaqlarında 15-20 min ting əkib, calayır və satırlar. Ailələrin qazancı əsasən bu sahədən götürülür. Daha ətraflı »
Teqlər: Digər
-
20İynDigər HƏQİQƏTLƏRƏ KÖLGƏ SALAN RİYAKARLIQ PƏRDƏSİ üçün şərhlər bağlıdır
Erməni xisləti
Dünyanın hər yerində erməni məkri, erməni xisləti çayır kimi yayılıb artmaqdadır. Harada erməni varsa, orada qan var, qada var. Bu, tarixin isbatladığı danılmaz gerçəklikdir. Lakin erməni fitnəsinin, erməni vəhşiliyinin ən ağır zərbəsi zaman- zaman Azərbaycana və onun doğma qardaşı Türkiyəyə dəymişdir. Özləri dünyada görünməyən fəlakətlər–müharibələr, terror aktları, soyqırımlar törədir, sonra da utanmadan günahı başlarına ən dəhşətli faciələr gətirdikləri xalqların üstlərinə atırlar və fağır bir millət görkəmi alıb, dünyaya hayhəşir salırlar. Daha ətraflı »
Teqlər: Digər
-
20İynKənd təsərrüfatı Tarla seminarı üçün şərhlər bağlıdır
Milli Aviasiya Akademiyası, Kənd Təsərrüfatı Nazirliyi və AMEA-nın Genetik Ehtiyatlar İnstitutunun təşkilatçılığı ilə keçirilən tədbirdə Tərtər Rayon İcra Hakimiyyətinin, Aqrar Elm Mərkəzinin, aidiyyəti elmitədqiqat institutlarının, Dövlət Aqrar Universitetinin, regionda fəaliyyət göstərən bitki mühafizəsi idarələrinin, “Azərsun Holdinq” MMC və “Azərtoxum” MMC-nin nümayəndələri, toxum müfəttişləri, taxıl toxumçuluğu ilə məşğul olan qabaqcıl fermerlər iştirak ediblər. Daha ətraflı »
Teqlər: Xəbərlər
-
20İynXəbərlər Bayram konserti üçün şərhlər bağlıdır
Tədbir Zəminə Kazımovanın söylədiyi “Xalq Heydər söyləyəcək” şeiri ilə başladı. Sonra Müşviq Qurbanovun, Vəliyəddin Qasımovun, Lalə Əliyevanın, Ülkər Abdullayevanın, İkram Əsgərlinin, İntiqam Qasımovun, Novruz Qorxmazoğlunun, Aytac Süleymanzadənin, Maarif Əsgərovun ifalarında muğam, təsnif və xalq mahnıları və Aşıq Ruhinin sazda çaldığı aşıq havaları ilə davam etdi. Daha ətraflı »
Teqlər: Xəbərlər
-
20İynXəbərlər Gənclər Milli Qurtuluş Gününü qeyd etdilər üçün şərhlər bağlıdır
Tərtər Rayon İcra Hakimiyyəti YAP Tərtər Rayon Təşkilatı ilə birlikdə Heydər Əliyev Mərkəzində Milli Qurtuluş Gününə həsr olunmuş rayon gənclərinin yığıncağını keçirib
Tədbir iştirakçıları əvvəlcə Ulu Öndərin Heydər Əliyev Mərkəzindəki büstü önünə gül-çiçək dəstələri qoyaraq, onun xatirəsini ehtiramla yad ediblər.
Tədbiri giriş sözü ilə YAP rayon təşkilatı aparatının rəhbəri Kamil Məmmədov açıb və Qurtuluş Gününün mahiyyətindən danışıb. Daha ətraflı »Teqlər: Xəbərlər
-
20İynTərtər RİH-də Bayandur kəndində səyyar görüş-qəbul üçün şərhlər bağlıdır
Görüşdə əvvəlcə Ələsgərli kənd İnzibati Ərazi Dairəsi üzrə nümayəndə Kamran Əhmədov kəndin əhalisi, onların məşğuliyyəti və sosial-iqtisadi inkişafı ilə bağlı görülən işlər barədə məlumat verdi.
Sonra sakinlərdən Yusif Muradov, Qəzənfər Baxışov, Gilas Əsədova, Əbülfət İbrahimov, Rahiyyə Məmmədova, Əfruz Hüseynova və digərləri çıxış dərək kəndin mavi ya-nacaq və içməli su ilə təmin olunduğundan, hər bir evə telefon xəttinin çəkildiyindən, müasir asfalt yolun salındığından, eləcə də son aylarda rayo-numuzda geniş vüsət alan abadlıq-quruculuq işlərindən razılıqla danışdılar. Daha ətraflı »Teqlər: Tərtər ŞİH-də
Yeni ismarıclar