Tərtər Rayon İcra Hakimiyyəti YAP Tərtər Rayon Təşkilatı ilə birlikdə Heydər Əliyev Mərkəzində Milli Qurtuluş Gününə həsr olunmuş rayon gənclərinin yığıncağını keçirib
Tədbir iştirakçıları əvvəlcə Ulu Öndərin Heydər Əliyev Mərkəzindəki büstü önünə gül-çiçək dəstələri qoyaraq, onun xatirəsini ehtiramla yad ediblər.
Tədbiri giriş sözü ilə YAP rayon təşkilatı aparatının rəhbəri Kamil Məmmədov açıb və Qurtuluş Gününün mahiyyətindən danışıb.
Sonra rayon Gənclər və İdman İdarəsinin rəis müavini Səadət Hüseynova, YAP rayon təşkilatı Gənclər Birliyinin sədri Emin Pənahov, Heydər Əliyev Mərkəzinin direktoru Səlimə Yusifova, şəhər 1 saylı tam orta məktəbinin Uşaq və Gənclər Birliyinin sədri Turanə Bayramlı, şəhər 2 saylı məktəb-liseyin direktor mü-avini Məlahət Nuriyeva, DSMF-nin rayon şöbəsinin aparıcı-məsləhətçisi Anar Rüstəmov, YAP rayon təşkilatının işçisi Arzu Yaqubova çıxış edərək öz fikirlərini bildiriblər.
-
20İyn
Müəllif: Redaktor, 10:13
Teqlər: Xəbərlər