Görüşdə əvvəlcə Ələsgərli kənd İnzibati Ərazi Dairəsi üzrə nümayəndə Kamran Əhmədov kəndin əhalisi, onların məşğuliyyəti və sosial-iqtisadi inkişafı ilə bağlı görülən işlər barədə məlumat verdi.
Sonra sakinlərdən Yusif Muradov, Qəzənfər Baxışov, Gilas Əsədova, Əbülfət İbrahimov, Rahiyyə Məmmədova, Əfruz Hüseynova və digərləri çıxış dərək kəndin mavi ya-nacaq və içməli su ilə təmin olunduğundan, hər bir evə telefon xəttinin çəkildiyindən, müasir asfalt yolun salındığından, eləcə də son aylarda rayo-numuzda geniş vüsət alan abadlıq-quruculuq işlərindən razılıqla danışdılar.
Sakinlər əsasən suvarma su təminatının yaxşılaşdırılması, köhnəlmiş elektrik dirəklərinin və naqillərinin dəyişdirilməsi, kənddə olan ibtidai məktəb üçün yeni binanın tikilməsi ilə bağlı məsələlərin həllinə köməklik göstərilməsini xahiş etdilər.
Səyyar görüş qəbulu yekunlaşdıran Tərtər Rayon İcra Hakimiyyətinin Başçısı Müstəqim Məmmədov bildirdi ki, bu tədbirdə məqsəd kənd ərazisində yaşayan əhalinin problemlərinin yerindəcə öyrənilməsi və onların həllinin təmin olunmasıdır.
Görüşdə sakinlər tərəfindən qaldırılan məsələlərin böyük əksəriyyəti yerindəcə həllini tapdı. Digər məsələlərin həlli istiqamətində isə aidiyyəti qurumların rəhbərlərinə tapşırıqlar verilmişdir.