Tibb İşçilərinin Peşə Bayramı günü münasibəti ilə tədbir keçirildi.
Tədbir iştirakçıları əvvəlcə Ulu Öndərin abidəsi önünə gül-çiçək dəstələri qoyaraq, xatirəsini ehtiramla yad etdilər.
Tədbiri rayon icra hakimiyyətinin başçısı Müstəqim Məmmədov açaraq tibb işçilərini peşə bayramları münasibətilə təbrik etdi. Sonra dedi ki, möhtərəm Prezidentimiz İlham Əliyevin diqqət və qayğısı ilə nəinki paytaxt Bakıda, bölgələrdə də səhiyyə sisteminin inkişafı, bu sahənin maddi-texniki bazasının, kadr potensialının gücləndirilməsi və infrastrukturun yeniləşdirilməsi daim diqqət mərkəzində saxlanılır.
Sonra Mərkəzi Rayon Xəstə-xanasının baş həkimi Yaşar Hüseynov tibb işçilərini bayramları münasibəti ilə təbrik edərək, səhiyyənin keçmişindən və bu günündən danışdı. Daha ətraflı »
-
29İynSəhiyyə TİBB İŞÇİLƏRİ GÜNÜ üçün şərhlər bağlıdır
Teqlər: Səhiyyə
-
13İynSəhiyyə 17 iyun Səhiyyə İşçiləri Günüdür üçün şərhlər bağlıdır
İNSANLARIN SAĞLAMLIĞI HƏYATİ MƏSƏLƏDİR
İnsan üçün çox qiymətli olan, lakin çox vaxt qayğısına qalmadığı ən böyük sərvət sağlamlıqdır. Sağlamlığın keşiyində isə tibb işçiləri durur.
Azərbaycanda tibbin inkişafı daha çox XX əsrlə bağlıdır. Azərbaycan Xalq Cümhuriyyəti yaradıldıqdan sonra onun həyata keçirdiyi sosial-mədəni tədbirlərdən biri səhiyyə ilə bağlı idi. Nazirlər Şurasının 17 iyun 1918-ci il tarixli sərəncamı ilə Səhiyyə Nazirliyi təşkil olundu.
İndi Azərbaycanda öz sənətinin sirlərinə dərindən bələd olan və insanların sağlamlığının keşiyində duran minlərlə səhiyyə işçisi vardır.
Azərbaycan Respublikasının Ümummilli Lideri Heydər Əliyevin sərəncamına əsasən hər il 17 iyun ölkəmizdə tibb işçilərinin peşə bayramı günü kimi qeyd olunur.
İlk səhiyyə naziri Xudadat bəy Rəfibəyli olub. Yeni təşkil olunmuş Nazirliyin qarşısında o vaxtlar geniş yayılmış vəba, taun, qızılca, vərəm, malyariya kimi keçici xəstəliklərlə mübarizə aparmaq, xəstəxanalar və feldşer məntəqələri açmaq, ixtisaslı həkimlər və tibb bacıları hazırlamaq kimi vəzifələr dururdu. Daha ətraflı »Teqlər: Səhiyyə
-
18MaySəhiyyə Xatirələrdə daim yaşayanlar üçün şərhlər bağlıdır
KAŞ BİR AZ DA ÖMÜR EDƏYDİ!…
Hərdən düşünürəm, elə bir ixtiyar sahibi olaydım ki, el-obaya gərəkli, xalq üçün lazımlı insanları ölümün cəngindən ala biləydim, ömürlərinə ömür calayaydım. Lakin düşüncəm elə düşüncə olaraq qalır. Ona nə cəsarətim, nə gücüm çatır. Bu, yalnız Ulu Tanrıya məxsusdur.
Belə bir kövrək notda köklənməyimin bir səbəbi var: təkcə ailəsi üçün deyil, xalq üçün gərəkli bir insanın itkisidir. Tanıdığım, həyatda yoxluğuna təəssüfləndiyim, Tərtərimiz və onun sakinləri üçün gərəkli olan bir həkimin–pediatr Zahid Kərimovun həyatdan gedişi hamı kimi məni də məyus etdi…
Zahid həkim kimiydi? Yaxşı bilirəm ki, o, uzun müddət rayon uşaq xəstəxanasında həkim və baş həkim işləmişdi. Savadlı, qayğıkeş, hər bir xəstə uşağa həssaslıqla yanaşan pediatr idi. Hələ heç zaman eşitməmişdim ki, Zahid həkimdən narazılıq edən olsun. Hətta bu insan ölümün pəncəsində çırpınan bəzi uşaqlara öz qanından köçürdərək, həyata qaytarıb. Azyaşlı uşağı xəstələnən valideynlər həmişə Zahid həkimi axtarmış, ondan məsləhət almışlar. Bir sözlə, xalqın arxalandığı, güvəndiyi bir insana, həkimə çevrilmişdi Zahid Kərimov. Daha ətraflı »Teqlər: Səhiyyə
-
19AprSəhiyyə ƏHALİ TİBBİ MÜAYİNƏDƏN KEÇİRİLİR üçün şərhlər bağlıdır
Rayonumuzda bu il də tibbi müayinə mütəşəkkil qaydada keçirilir. Müayinəyə gələ bilməyən yaşlı, qoca, xəstə insanların tibbi baxışdan keçirilməsi üçün rayon üzrə 9 həkim briqadası ayrılıb.
Aprelin 14-dək 41 min 683 nəfər rayon sakini həkimlərə müraciət etmiş, 137 nəfərdə xəstəlik ilkin olaraq aşkarlanmış, bir nəfər müalicə üçün Bakı şəhərinə göndərilmişdir.
Bundan əlavə, tibbi müayinədən sonra 2871 nəfər ambulator müalicə almış, 53 nəfər isə yerli stasionarda müalicəyə cəlb olunmuşdur.
Rayon ərazisində məskunlaşan qaçqın və məcburi köçkün soydaşlarımız da bu aksiyada diqqətdən kənarda qalmırlar.Mirzə NƏSİR
Teqlər: Səhiyyə
-
29MarSəhiyyə 7 APREL ÜMUMDÜNYA SAĞLAMLIQ GÜNÜDÜR üçün şərhlər bağlıdır
1948-ci ildə birinci Ümumdünya Səhiyyə Assambleyası, Ümumdünya Səhiyyə Təşkilatının yaradılmasını qeyd etmək üçün Ümumdünya Sağlamlıq Gününün təsis edilməsi təşəbbüsü ilə çıxış etdi. Hər il Ümumdünya Sağlamlıq Gününün mövzusu ÜST üçün prioritet sayılan bir problemi diqqət mərkəzinə gətirir.
1950-ci ildən başlayaraq Ümumdünya Sağlamlıq Günü hər il aprelin 7-də müxtəlif mövzular üzrə qeyd edilir. Bu günün mövzusu Dünya Səhiyyə Təşkilatı (DST) üçün qarşıya qoyulan Beynəlxalq əhəmiyyətli məsələ kimi qiymətləndirilir.
Ümumdünya Sağlamlıq Günü diqqəti əsas ictimai səhiyyə məsələlərinə yönəltmək üçün qlobal bir imkandır. DST-nın Avropa Bürosu xüsusi tədbirlər keçirir, eləcə də siyasətçilər və digər tərəfdaşlar arasında müzakirələr aparılmasına şərait yaradır. Daha ətraflı »Teqlər: Səhiyyə
-
14MarSəhiyyə BÖYÜK VƏTƏN MÜHARİBƏSİ VETERANLARI TİBBİ MÜAYİNƏDƏN KEÇİRİLİB üçün şərhlər bağlıdır
Rayonumuzda Böyük Vətən müharibəsi veteranları daim diqqətdə saxlanılır.
Tərtər Rayon İcra Hakimiyyətinin, Müharibə, Əmək və Silahlı Qüvvələr Veteranları rayon təşkilatının nümayəndələri Böyük Vətən müharibəsi iştirakçılarının evlərinə gedərək onların problemləri ilə maraqlanıblar.
Tərtər Rayon Mərkəzi Xəstəxanasının nevropatoloq, okulist, terapevt, otorinolorinqoloq və digər ixtisaslı həkimlərdən ibarət xüsusi briqadası tərəfindən müharibə veteranları tibbi müayinədən keçirilib və lazımi dərman preparatları ilə təmin edilib. Veteranlar göstərilən qayğıya görə minnətdarlıqlarını bildiriblər. Daha ətraflı »Teqlər: Səhiyyə
-
29DekSəhiyyə BAYRAM GÜNLƏRİ İNSANLARIN SAĞLAMLIĞI KEŞİYİNDƏ DURANLAR üçün şərhlər bağlıdır
Yeni il insanların həmişə səbirsizliklə gözlədiyi ən əziz bayramlardan biridir. Bu bayram məişətimizə elə daxil olub ki, hələ gəlməsinə xeyli qalmış onu təmtəraqla qarşılamağa hazırlaşan insanlar Yeni il yolkası qurur, budaqlarından müxtəlif çılçıraqlar asır, uşaqlar Şaxta Baba və Qar Qızın yolunu gözləyirlər. Yeni il gecəsi hamı süfrə başına toplaşır, bayram təamlarından yeyir, deyir-gülür, danışır, şənlik edir.
Elə insanlar da var ki, onlar Yeni il gecəsində iş başında olur, növbə çəkir, əhalinin sağlamlığı keşiyində dururlar. Həkimlər kimi.
Rayon mərkəzi xəstəxanasında baş həkimin müavini Sevda Əliyeva bildirdi ki, bizim tibb personalımız bir qayda olaraq bayram günlərində–xüsusən də yeni ildə gecə-gündüz növbə çəkir, insanların sağlamlığı keşiyində dayanırlar. Cərrahiyyə, terapiya, doğum evi, ağ ciyər xəsləlikləri şöbəsi, yoluxucu xəstəliklər, təcili yardım və qəbul şöbəsi üzrə hər biri 5 nəfər olmaqla gücləndirilmiş iş rejimində işləyirlər. Biz bu siyahını yeni ilə bir neçə gün qalmış tərtib edib, həkim və tibb işçilərini məlumatlandırırıq. Daha ətraflı »Teqlər: Səhiyyə
-
11DekSəhiyyə İXTİSASLI HƏKİMLƏRDƏN İBARƏT SƏYYAR BRİQADA TƏRTƏRDƏ OLUB üçün şərhlər bağlıdır
Cəbhə bölgəsində yaşayan əhalinin tibbi müayinəsi üçün ixtisaslı həkimlərdən ibarət səyyar briqada Tərtərə səfər edib. Mərkəzi Rayon Xəstəxanasında keçirilən humanitar aksiyada Azərbaycan Tibb Universitetinin əməkdaşları professor Nuru Bayramov, dosent Cəfər Nəsirli, tibb üzrə fəlsəfə doktoru Yaqub Məmmədov, Mərkəzi Klinikanın uroloq həkimi, tibb üzrə fəlsəfə doktoru Elbəyi Daşdəmirov, Mərkəzi Gömrük Hospitalının həkimi, mama-ginekoloq Təranə Bayramova rayon sakinlərinə tibbi xidmət göstəriblər. Tərtər Mərkəzi Rayon Xəstəxanasında tibbi yoxlamanın keçirilməsi üçün zəruri şərait yaradılıb. Ultrasəs və digər diaqnostikadan sonra ehtiyacı olanlara müalicə kursu təyin edilib. Cərrah, uroloq, ultrasəs mütəxəssisi və mama-ginekoloq həkimlər belə səfərlərdə həvəslə iştirak etdiklərini bildiriblər. Briqada üzvləri bu aksiyanın cəbhə bölgəsində yaşayanlara mənəvi dəstək olduğunu və cəbhəyanı bölgələrə səfərlərinin mütəmadi davam etdiriləcəyini də qeyd ediblər. Aksiyadan 100-ə yaxın rayon sakini yararlanıb.
Rayon icra hakimiyyətinin başçısı Müstəqim Məmmədov əhalini müayinədən keçirən tibb personalına və onların çalışdığı müəssisələrin rəhbərliklərinə cəbhə bölgəsində yaşayan tərtərlilər adından minnətdarlığını bildirib.Teqlər: Səhiyyə
-
30NoySəhiyyə 1 dekabr Ümumdünya QİÇS-lə Mübarizə Günüdür üçün şərhlər bağlıdır
SAĞLAMLIQ HƏR ŞEY DEYİL, SAĞLAMLIĞI İTİRMƏK İSƏ HƏR ŞEYİ İTİRMƏK DEMƏKDİR
Hər il dekabrın 1-i Ümumdünya QİÇS-lə Mübarizə Günü kimi qeyd edilir. (“İİV” infeksiyası) QİÇS pandemiyası dünya səhiyyəsinin infeksion xəstəliklər sahəsində ən ciddi problemlərindən biridir. Dünyada təxminən 40 milyona yaxın insan İİV daşıyıcısıdır. Qazanılmış İmmun Çatışmazlığı Sindromu (QİÇS) insanın sonrakı fəaliyyəti nəticəsində “qazandığı”, bilərəkdən və ya bilməyərəkdən tutulduğu bəladır.
1988-ci ildə əhalinin immun çatışmazlığı ilə əlaqədar keçirilmiş dünya ölkələrinin Səhiyyə Nazirlərinin Sammitindən sonra BMT-in dəstəyi ilə hər il dekabrın 1-i Ümumdünya QİÇS-lə Mübarizə Günü elan edildi. Bununla dünyanın hər yerində əhalinin diqqəti bu problemə yönəldilir, insanlar maarifləndirilir.
Azərbaycanda da problem ak-tual olaraq daim Səhiyyə Nazirliyinin nəzarətindədir. QİÇS-lə mübarizə istiqamətində beynəlxalq təcrübədən istifadə edən Azərbaycan İİV-lə yoluxma səviyyəsi aşağı olan ölkələr sırasındadır və burada epidemiya əsasən infeksion narkotik istifadəçiləri arasında yayılıb. Azərbaycanda ilk dəfə 1987-ci ildə virus daşıyıcısı aşkarlanıb. Daha ətraflı »Teqlər: Səhiyyə
-
18AvqSəhiyyə Həkim məsləhəti üçün şərhlər bağlıdır
YAY MÖVSÜMÜNÜN GÖZ XƏSTƏLİKLƏRİ
İnsan orqanizmində orqan və toxumaların xəstəlikləri arasında, göz xəstəlikləri və xəsarəti də çoxluq təşkil edir. Bütün xəstəliklər kimi göz xəstəliklərində də mövsümi fəallıq müşahidə edilir.
Yaz, yay fəsillərində aşağıda adları çəkilən xəstəliklər–göz allergiyası, konyunktvit (göz iltihabı), gözlərin qızarması (bletarit,) göz quruluğu, gənə xəstəliyi (demodekoz) daha çox təsadüf edilir.
Göz allergiyası əslində ciddi fəsadlara yol açmasa da, insanı narahat edən problemdir. Yayın gəlişi ilə əlaqədar bu problem özünü daha qabarıq göstərir. Bu xəstəlik gözün ağ hissəsinin və qapağının qızarması ilə meydana çıxır. Qızarma, sulanma, yanma hissiyatı, göz qapağının şişməsi, işığa həssaslıq xəstəliyin əsas əlamətləridir. Məişət tozları, gül-çiçəklərdə gedən tozlanma prosesi, ev heyvanları ilə kontaktda olmaq göz allerigiyasının yaranmasına səbəb ola bilər. Daha ətraflı »Teqlər: Səhiyyə
Yeni ismarıclar