Saytın ümumi statistikası:

Saytda məqalələrin sayı - 5,523
Saytda ismarıcların sayı - 0

Arxiv

  • 10Avq

    Peşəmizdən, çalışdığımız sahədən asılı olmayaraq hər birimizin qarşısında bir məqsəd durur–məsuliyyətli olmaq, xalqa xidmət etmək. Bu, hər bir bəşər övladının müqəddəs vəzifəsidir. Lakin elə insanlar da var ki, onlar bədbəxt hadisələr zamanı, canımızın ağrı-acılı anlarında, qəfləti qəzalarla qarşılaşanda köməkçimizə çevrilərək, hər kəsi düçar olduğu bədbəxtliyin və ya ağrı-acının cəngindən almağa çalışar, həyatda yaşamamıza səbəb olarlar. Bu insanlar “Təcili yardım”ın işçiləridir. Bu sahənin nümayəndələri ümid yerimizə çevrilir, əlac tapmağımıza səbəb olurlar. 

    Çox uzağa getməyək, elə öz rayonumuzda çalışan, çağırışımıza özlərini vaxtında çatdıran “Təcili yardım” şöbəsi ilə bir anlıq tanış olaq .
    Müsahibim “Təcili yardım” şöbəsinin müdiri Gülsarə Camalovadır. Sadəliyi, səmimiliyi ilə fərqlənən həkimlərimizdən biridir. O, təcrübəli bir həkim olmaqla yanaşı ona müraciət edənlərin etimadını qazanıb. Hər bir çağırışda göstərdiyi ilk yardım, həmişə öz müsbət nəticəsini verir. Çalışdığı kollektivdə səmimi bir mühitin yaranmasına nail olub.
    Tərtər rayon Mərkəzi Xəstəxanasının “Təcili yardım” şöbəsi uzun illərdir fəaliyyət göstərir. Hazırda şöbədə 4 həkim, 10 feldşer, 7 sürücü, 2 xadimə işləyir. Hər kəs öz üzərinə düşən işin məsuliyyətini dərk edir.
    Şöbəyə hər gün dəfələrlə çağırışlar gəlir, nə qədər ürək, qan-damar, qan təzyiqi xəstələrinin, epileptik tutmalar, yol qəzası hadisələrinin üstünə, doğumla bağlı neçə-neçə evlərə yardıma gediblər. Bir çoxlarına öz qayğılarını əsirgəməyiblər, bəzilərinin işə lazımi xəstəxanalara aparılmasına yardımçı olublar.
    Gülsarə həkim söhbət zamanı camaat arasında öz zəhməti ilə fərqlənən həkimlər Könül Baxşalıyevanın, Samirə və Gülşən Bayramovaların, feldşerlər Azər Əhmədlinin, İlhamə Qaçayevanın, Məftumə Abbasovanın, sürücülər Fədai İbrahimovun, Vaqif Hüseynovun, Abutalıb Haqverdiyevin adlarını xüsusilə qeyd elədi.
    Biz “Təcili yardım” şöbəsində olduğumuz yarım saatda çağırış üçün neçə-neçə zəng gəldi. Üzürxahlıq edib yubanmadan həkim, feldşer və sürücu “Ambulans”la yola düşdülər. Bu onu göstərir ki, bir an gecikmək olmaz. Belə xeyirxah insanlara sağlamlığımızı etibar etməyə haqlıyıq. Bunun üçün də “Təcili yardım” şöbəsinin kollektivinə öz minnətdarlığımızı bildiririk. Çünki onlar çağırışımıza tələsənlərdir.
    Elfuzə VƏLİYEVA

    Müəllif: Redaktor, 09:43

    Teqlər:

İsmarıclar bağlıdır.