Saytın ümumi statistikası:

Saytda məqalələrin sayı - 5,523
Saytda ismarıcların sayı - 0

Arxiv

  • 13İyn

    İNSANLARIN SAĞLAMLIĞI HƏYATİ MƏSƏLƏDİR

    İnsan üçün çox qiymətli olan, lakin çox vaxt qayğısına qalmadığı ən böyük sərvət sağlamlıqdır. Sağlamlığın keşiyində isə tibb işçiləri durur.
    Azərbaycanda tibbin inkişafı daha çox XX əsrlə bağlıdır. Azərbaycan Xalq Cümhuriyyəti yaradıldıqdan sonra onun həyata keçirdiyi sosial-mədəni tədbirlərdən biri səhiyyə ilə bağlı idi. Nazirlər Şurasının 17 iyun 1918-ci il tarixli sərəncamı ilə Səhiyyə Nazirliyi təşkil olundu.
    İndi Azərbaycanda öz sənətinin sirlərinə dərindən bələd olan və insanların sağlamlığının keşiyində duran minlərlə səhiyyə işçisi vardır.
    Azərbaycan Respublikasının Ümummilli Lideri Heydər Əliyevin sərəncamına əsasən hər il 17 iyun ölkəmizdə tibb işçilərinin peşə bayramı günü kimi qeyd olunur.
    İlk səhiyyə naziri Xudadat bəy Rəfibəyli olub. Yeni təşkil olunmuş Nazirliyin qarşısında o vaxtlar geniş yayılmış vəba, taun, qızılca, vərəm, malyariya kimi keçici xəstəliklərlə mübarizə aparmaq, xəstəxanalar və feldşer məntəqələri açmaq, ixtisaslı həkimlər və tibb bacıları hazırlamaq kimi vəzifələr dururdu. Bu məqsədlə Azərbaycan hökumətinin xarici ölkələrə oxumaq üçün göndərdiyi 100 nəfər isdedadlı gənc arasında həkimlik ixtisasına yiyələnənlər də var idi.
    Hazırda Azərbaycanda səhiyyə sahəsində dövlət proqramları uğurla yerinə yetirilir. İrsi qan xəstəliklərinin müali-cəsində ciddi irəliləyişlər var. Heydər Əliyev Fondunun Prezidenti Azərbaycanın birinci xanımı Mehriban Əliyevanın təşəbbüsü ilə Respublika Talassemiya Mərkəzinin istifadəyə verilməsi ölkəmiz üçün aktual problem olan talassemiya xəstəliklərinin müalicə imkanlarını genişləndirib.
    Səhiyyəmizin qarşısında duran ən zəruri məsələlərdən biri də uşaqların sağlamlığının qorunmasıdır. Çünki, onların sağlamlığına tibbi faktorlarla yanaşı sosial, iqtisadi, ekoloji və digər amillər də təsir göstərir. Qeyd etmək lazımdır ki, həm respublikamızın, həm də rayonumuzun tibb müəssisələrində uşaq əhalisinə göstərilən tibbi xidmət sahəsindəki uğurlar ilk növbədə möhtərəm Prezidentimizin əhalinin sağlamlığına göstərdiyi diqqət və qayğının məntiqi nəticəsidir. Hər il insanların kütləvi halda pulsuz müayinəyə cəlb olunması da məhz ölkə başçısı İlham Əliyevin bizim qarşımıza qoyduğu aktual vəzifələrdəndir.
    Rayon uşaq xəstəxanasında çalışan səhiyyə işçiləri daima uşaqların peyvənd edilməsinə, onların profilaktiki müayinə-sinə, yoluxucu xəstəliklərlə mübarizə işlərinin aparılmasına daim nəzarət edirlər.
    Səhiyyə işçilərini bu bayram günü münasibəti ilə ürəkdən təbrik edirəm, onlara möhkəm cansağlığı, işlərində daha da əzmkar olmalarını arzulayıram.

    Yeganə SƏFƏROVA,
    rayon uşaq xəstəxanasının həkimi

    Müəllif: Redaktor, 09:59

    Teqlər:

İsmarıclar bağlıdır.