Saytın ümumi statistikası:

Saytda məqalələrin sayı - 5,523
Saytda ismarıcların sayı - 0

Arxiv

  • 20Avq

    Səhiyyə Nazirliyinin Elmi-Tədqiqat Hemotologiya və Transfiziologiya İnstitutunun və Tərtər Rayon İcra Hakimiyyətinin birgə təşkilatçılığı ilə rayon mərkəzi xəstəxanasında talassemiyalı və hemofiliyalı xəstələrə dəstək olmaq məqsədilə qanvermə aksiyası keçirilib. Aksiyada rayonda fəaliyyət göstərən idarə, müəssisə və təşkilatların kollektivləri, hüquq-mühafizə orqanlarının əməkdaşları, ictimaiyyət nümayəndələri, gənclər iştirak edib.
    Aksiyada 165 nəfər qan verib.
    Aksiyada iştirak edən rayon icra hakimiyyətinin başçısı Müstəqim Məmmədov bildirib ki, həyatının davamı üçün başqalarının köməyinə ehtiyacı olan insanlara yardım etmək hər birimizin vətəndaşlıq borcudur.
    Elmi-Tədqiqat Hematologiya və Transfiziologiya İnstitutunun Mərkəzi Qan Bankının əməkdaşları tərəfindən toplanan qan ehtiyacı olan xəstələrin müalicəsində istifadə olunacaq.

    “Yeni Tərtər”

    Müəllif: Redaktor, 10:14

    Teqlər:

İsmarıclar bağlıdır.