Bu işıqdan neçə-neçə ömrə pay düşüb


Təqaüdçü müəllim Baba Aslanovun 85 illik yubileyinə həsr olunmuş tədbirdə yubilyarın doğmaları ilə birlikdə rayon icra hakimiyyətinin, YAP rayon təşkilatının, ”Yeni Tərtər” qəzetinin əməkdaşları, məktəbin pedaqoji kollektivi, məktəbin məzunları da iştirak ediblər.
Tədbirin ssenari müəllifi və aparıcısı Ağdam Dövlət Dram Teatrının rejissoru, Baba müəllimin şagirdi Elmir Hümbətov olub.
Tədbirdə əvvəlcə torpaqlarımız uğrunda canından keçmiş şəhidlərin, dünyasını dəyişmiş müəllimlərin və təyyarə qəzasında həlak olanların xatirəsi bir dəqiqəlik sükutla yad edilib.
Sonra aparıcı uzun illər ömrünü-gününü şagirdlərinin təhsili yolunda şam kimi əridən Aslanov Baba Allahverdi oğlunun həyat və fəaliyyəti barədə danışıb.
Tərtər Rayon İcra Hakimiyyətinin əməkdaşı Svetlana Əzizova, YAP rayon təşkilatının əməkdaşı Əli Paşayev, “Yeni Tərtər” qəzetinin redaktoru Svetlana Bağırova, vaxtı ilə Baba müəllimlə birgə işləmiş müəllimlərdən Cümşüd Həsənov, Bəsti Məmmədova, Həmayıl Bayramova, İlyas Hümbətov, Fatma Əhmədova, Məlahət Zeynalova çıxış edərək Baba müəllimi təbrik edib, ona sağlıqlı ömür arzulayıblar. Çıxışlarda Baba Aslanovun müəllimlik fəaliyyəti dövründən maraqlı, yaddaqalan xatitələr dilə gəlib, onun aktyorluq istedadından, səhnələşdirdiyi tamaşalardan, musiqi istedadından–kamançada etdiyi gözəl ifalardan da danışılıb.
Baba müəllimin ziyası işığına toplaşmış keçmiş şagirdləri – şair Xəqani Abbasov, şairə Səidə Əşrəf qızı, Ədalət Nuriyev, Xəlil Məmmədov, Pərviz Ağayev sevimli müəllimlərini təbrik ediblər, məktəbin şagirdləri müəllim ömrünə həsr olunmuş şeirlər söyləyiblər, maraqlı səhnələr göstərilib. Daha ətraflı »


Müəllim əməyilə tanışlığım ötən əsrin 90-cı illərinin əvvəlində başlayıb. 1991-ci ildə hazırda 100-dən çox yaşı olan Tərtər şəhər 1 saylı orta məktəbinin birinci sinfinə getmişəm. İki addımlığımızda nankor qonşularımız vardı. Şəhərimiz və ətraf kəndlər daimi olaraq atəşə tutulurdu. Valideynlər uşaqları məktəbə gətirib geri qayıtmağa qorxurdular. Daimi olaraq başımızın üzərindəki təhlükədən heç kim sığortalanmamışdı. Ermənilərin atdıqları “Alazan” raketləri bizi evdə də, məktəbdə də tapa bilərdi və tapırdı da.
Əsəd Məmmədov adına şəhər 1 saylı tam orta məktəb nəinki Tərtər rayonunda, eləcə də respublikamızda ən qədim təhsil müəssisələrindən biridir. Cari ildə 121 yaşı tamam olan bu təhsil ocağının məzunları arasında elm xadimləri, generallar, xalq şairi, vətən yolunda canından keçən əbədiyaşar şəhidlərimiz var.

Azərbaycanın inkişafının müasir mərhələsində Prezident İlham Əliyevin diqqəti və məqsədyönlü göstərişləri əsasında atılan addımlar, qəbul edilən Dövlət Proqramları təhsilin, eləcə də peşə təhsilinin səviyyəsinin yüksəlməsinə xidmət edir. Xüsusən də 44 günlük Vətən müharibəsində əldə etdiyimiz möhtəşəm Zəfərdən sonra doğma Qarabağ torpaqlarında bərpa və quruculuq işlərinin aparılması, burada ağıllı kənd və şəhərlərin inşası savadlı, peşəkar kadrlara olan tələbatı daha da artırıb.
Elə bir insan tapılmaz ki, ilk müəlliminin adı çəkiləndə duyğulanmasın, uşaqlığına qayıtmasın. Bəzən deyirlər ki, biz hətta xasiyyətcə də ibtidai sinif müəllimlərinə bənzəyirik. Sakit, təmkinli pedaqoqların şagirdləri də belə olur, çılğın, səsli-küylü siniflər isə eynən müəllimləri kimidirlər.



Hümbətzadə Vüsal Nurəddin oğlu. Onunla məni Tərtər Rayon İcra Hakimiyyətinin başçısı Müstəqim Məmmədov tanış etdi. Bildirdi ki, rayonumuzun Hacıqərvənd kəndindəndir, Azərbaycan Dillər Universitetinin Beynəlxalq münasibətlər fakültəsini bu il bitirib və İsveçrənin Sürix Universitetinin Beynəlxalq hüquq fakültəsinə qəbul olub. Ancaq təhsilini hərbi xidmətdən sonra davam etdirəcək.
“Beynəlxalq Etimad Kral Elmlər Akademiyası (“RASIT”)” qeyri-hökumət təşkilatı ilə Elm və Təhsil Nazirliyinin, Elm və Ali Təhsil üzrə Dövlət Agentliyinin (EATDA) və Təhsil İnsitutunun nümayəndələri arasında onlayn görüş keçirilib.
Cari tədris ili məktəbimizin kollektivi üçün sevincli hadisələrlə yadda qaldı. Belə ki, dərslərə Elm və Təhsil Nazirliyi tərəfindən əsaslı təmir olunan binada başladıq. Məktəb binasının özü ilə yanaşı, bütün avadanlıqlar da yenilənib. Sinif otaqlarında, idman zalında, fizika laboratoiyasında uşaqların yaxşı oxumaları və sağlam böyümələri üçün hər cür şərait yaradılıb.



Yeni ismarıclar