Saytın ümumi statistikası:

Saytda məqalələrin sayı - 5,697
Saytda ismarıcların sayı - 0

Arxiv

  • 22Apr

    “TÜRK DÜNYASI BİRLİYİ”

    Həbib Hüseynov adına Mamırlı kənd tam orta məktəbində coğrafiya fənn müəllimi Səbuhi Kərimov VII sinifdə “Türk dünyası birliyi” mövzusunda açıq dərs keçib.
    Əvvəlcə şagirdlər Azərbaycan Respublikasının Dövlət Himnini oxuyublar. Sonra Ulu Öndər Heydər Əliyevin, Azərbaycan Respublkasının ərazi bütövlüyü və suverenliyi uğrunda şəhid olan qəhrəman oğullarımızın və vaxtıilə məktəbdə çalışıb dünyasını dəyişən müəllimlərin əziz xatirəsi bir dəqiqəlik sükutla yad edilib.
    Proyektorda Ulu Öndər Heydər Əliyevin və ölkə Prezidenti İlham Əliyev cənablarının türk dünyasında gördükləri misilsiz xidmətlər barədə videoçarx izlənilib.
    Açıq dərs geniş resurslarla təqdim olunub. Türk dünyasını əks etdirən müxtəlif şəkillər nümayiş etdirilib. Sonra şagirdlər qrup işlərini təqdim ediblər. Dərsin bütün mərhələləri uğurla yerinə yetirilib.
    Sonda qiymətləndirmə mərhələsi müəllimlər tərəfindən aparılıb.
    Fəal iştiraklarına görə uşaqlara məktəbin direktoru Əli Əzimov tərəfindən Fəxri Fərmanlar təqdim olunub.
    Açıq dərsdə məktəbin direktoru Əli Əzimov, təqaüdçü müəllimlərdən şəhid Füzuli Qəhrəmanovun bacısı Havva müəllim, Taliyyə müəllim, şəhid Pərviz Orucovun anası, ibtidai sinif müəllimi Dilrubə Orucova, məktəbin psixoloqu Tamara Bəylərova, kitabxanaçı Məxmər Məmmədova, uşaq birliyinin rəhbəri Gülarə Allahverdiyeva, ibtidai sinif müəllimi Məhəbbət Səlimova, çağırışa-qədərki hazırlıq müəllimi Abbas Ələsgərov, Azərbaycan dili fənni müəllimi Kəmalə Cəfərova və ömrünün 50 ilini Tərtər təhsilinə həsr etmiş “İlin qabaqcıl müəllimi” Kifayət Kərimova iştirak ediblər.
    Açıq dərs Zahir Əsədov tərəfindən video çəkiliş vasitəsilə qeydə alınıb.
    Sonda Səbuhi Kərimov ona dəstək olan Tərtərin dəyərli ziyalısı Gülxar müəllimə dərin təşəkkürünü bildirib.

    “Yeni Tərtər”

    Müəllif: Redaktor, 10:04

İsmarıclar bağlıdır.