Dünyanı bürümüş karo-navirus pandemiyası bütün sahələrdə olduğu kimi, təhsil sahəsində də bir sıra çətinliklərin yaranmasına öz təsirini göstərir. Lakin onlayn dərslərin keçirilməsi bu çətinliklərin qarşısını qismən aldı, təhsilin davam etdirilməsinə kömək oldu. Bunun nəticəsini keçirilən olimpiadalarda, respublika fənn yarışmalarında görmək olur.
Mamırlı kənd tam orta məktəbinin şagirdi Murad Qarayevin Respublika fənn olimpiadasında qazandığı uğur təkcə həmin məktəbin uğuru deyildir. Əlbətdə, burada həm də müəllim–şagird birgə zəhmətinin nəticəsi vardır. Fənn müəllimi Səbuhi Kərimovun altıncı sinifdən şagirdinə coğrafiya fənnini sevdirməsi pedaqoji təcrübənin
yerində olmasından xəbər verir. Məhz bunun nəticəsi məktəbin, ailənin, bütünlükdə bir təhsil ocağının və sonda rayonun müvəffəqiyyətinə səbəb olur.
Qazanılmış “Diplom” və bürünc medal münasibə-tilə Səbuhi Kərimovu və onun şagirdi Murad Qarayevi təbrik edib, hər birinə gələcəkdə daha böyük uğurlar arzulayırıq!
Ülviyyə Akif qızı
-
20İylTəhsil MÜƏLLİM ZƏHMƏTİNİN BƏHRƏSİ üçün şərhlər bağlıdır
-
30İynTəhsil BURAXILIŞ (QƏBUL) İMTAHANLARI KEÇİRİLİB üçün şərhlər bağlıdır
Dövlət İmtahan Mərkəzinin iyunun 19-da qurumun Bərdə regional bölməsinin əhatə etdiyi Füzuli və Tərtər rayonlarında keçirdiyi buraxılış (qəbul) imtahanları başa çatıb.
İmtahanların keçirilməsi üçün bu rayonlarda, ümumilikdə, 6 bina ayrılıb. Buraxılış (qəbul) imtahanları Tərtər şəhər 1, 6 nömrəli və Şıxarx qəsəbə 2 nömrəli tam orta məktəblərdə təşkil olunub. İmtahanlarda Tərtər rayonu üzrə 741 nəfər şagirdin iştirakı nəzərdə tutulmuşdur. İmtahanlar iki rayon üzrə 19 imtahan rəhbəri, 149 nəzarətçi müəllim, 6 ümumi imtahan rəhbəri tərəfindən idarə olunub. Tərtərdə, həmçinin Azərbaycan dilindən fərqli dildə təhsil alan cari ilin 9-cu sinif məzunları üçün Azərbaycan dili (dövlət dili) imtahanları keçirilib. Daha ətraflı » -
03İynTəhsil İCRA BAŞÇISI MƏKTƏBLƏRDƏ OLUB üçün şərhlər bağlıdır
Nazirlər Kabineti tərəfindən koronavirus (COVID-19) infeksiyasının ölkə ərazisində yayılmasının və onun törədə biləcəyi fəsadların qarşısının alınması məqsədilə görülən işlər, Azərbaycan Respublikası ərazisində xüsusi karantin rejimi müddətinin daha da uzadılması, o cümlədən təhsil müəssisələrində tədris, təlim-tərbiyə prosesinin dayandırılması Azərbaycan Respublikasının Dövlət İmtahan Mərkəzinin fəaliyyət istiqamətlərinə uyğun həyata keçirilən tədbirlərdə mü-əyyən dəyişikliklərin edilməsini zəruri edib. Yaranmış vəziyyətlə əlaqədar buraxılış və qəbul imtahanları qaydalarında müəyyən dəyişikliklər edilib. Belə ki, 2020-ci ildə keçiriləcək imtahan və tədbirlərə dair müvəqqəti müddəalar təqdim olunub. Bütün imtahanlar yeni sanitar-gigiyenik qaydaları əsasında aparılacaq. İmtahan zallarında 15 nəfərdən çox olmamaq şərti ilə hər masa arxasında 1 şagird (abituriyent) əyləşəcək. Nazirlər Kabineti yanında Operativ Qərargahın qərarlarından asılı olaraq imtahanların bölgələr üzrə keçirilməsi nəzərdə tutulur. Daha ətraflı »
-
24FevTəhsil BİLİK YARIŞMASI KEÇİRİLDİ üçün şərhlər bağlıdır
Şəhid Sarvan Quliyev adına Şıxarx 2 saylı tam orta məktəbində keçirilən yarışma uşaqların bilik səviyyəsinin artırılınası məqsədini daşıyırdı. Müsabiqə Azərbaycan dili və ədəbiyyat, riyaziyyat və ingilis dili fənləri üzrə təşkil olunmuşdu. Məktəbin fiziki tərbiyə müəllimi Faiq Məmmədovun və sinif rəhbəri Kəmalə Əliyevanın təşəbbüsü ilə keçirilən bu yarışmada 13 nəfər 5-ci sinif şagirdi iştirak edirdi. Tədbir valideynlərin iştirakı ilə aparılırdı. Daha ətraflı »
-
24FevTəhsil OLİMPİADANIN QALİBİ üçün şərhlər bağlıdır
Həbib Hüseynov adına Mamırlı kənd tam orta məktəbinin direktoru Məzahir Cəfərov
2019-2020-ci tədris ilində Coğrafiya Fənn Olimpiadasının Rayon turunda şagirdi yüksək nəticə gös-tərdiyi üçün məktəbin coğrafiya müəllimi Kərimov Səbuhi Sabir oğlunu fəxri fərmanla təltif etmişdir. Məktəbin 9-cu sinif şagirdi Qarayev Murad Rövşən oğlu Fənn Olimpiadasının rayon turunda yer tutaraq növbəti mərhələdə iştirak etmək hüququ qazanıb. Bu uğurun əldə olunmasında Səbuhi müəllimin xüsusi zəhməti olub.
“Yeni Tərtər” -
24FevTəhsil TƏLƏBƏLƏR TƏRTƏRDƏ üçün şərhlər bağlıdır
Beynəlxalq Avrasiya Mətbuat fondunun “Tərtəri tanı və tanıt” adlı lahiyəsi çərçivəsində Azərbaycan Dövlət İqtisad Universitetinin tələbə həmkarlar ittifaqının nümayəndələri Tərtər rayonuna səfər ediblər. Səfər çərçivəsində qonaqlar Tərtər Rayon İcra Hakimiyyətinin başçısı Müstəqim Məmmədovla görüşüblər. Çox səmimi və maraqlı keçən görüşdə rayon rəhbəri tələbələrə Tərtər rayonunun tarixi, bu günü və kənd təsərrüfatı sahəsində son illərdə əldə olunan nailiyyətlər barədə ətraflı məlumat verib, tələbələri maraqlandıran sualları cavablandırıb.
Sonra tələbələr rayon ərazisində fəaliyyət göstərən istehsal müəssisələri, tarix-diyarşünaslıq müzeyi, “Marağa-150” abidəsi və digər obyektlərlə tanış olublar.
“Yeni Tərtər” -
10Fev
Tərtər şəhərinin Aslan Kərimov adına 3 saylı ümumi orta məktəbində “Unutsaq, unudularıq” mövzusunda tədbir keçirildi.
Məktəbin tarix müəllimi Kifayət Kərimova tədbiri açıq elan etdi.
Tədbirdə məktəbin bütün müəllimləri, şagirdləri, təhsil şöbəsinin nümayəndəsi, valideynlər iştirak edirdi.
Məktəbin direktoru Dilşad Məmmədova, dərs hissə müdiri İlahə Şirinova, ədəbiyyat mü-əllimləri Sevil İsmayılova, Lüdmila Hümbətova çıxış etdilər. Daha ətraflı » -
10FevTəhsil QARABAĞ MÜHARİBƏSİ ŞƏHİDLƏRİNİN ANIM GÜNLƏRİ KEÇİRİLDİ üçün şərhlər bağlıdır
“Torpaq əgər uğrunda ölən varsa vətəndir”. Vətən bizim anamız, and yerimiz, güvəncimiz,
taleyimizdir. Dünyaya gələndə beşiyimiz, dünyadan köçəndə məzarımız Vətəndir. Vətən yolunda şəhidlik ən ali bir zirvədir. Əsl qeyrət, hünər və mərdlik, şərəf və ləyaqət zirvəsidir. Daha ətraflı » -
10FevTəhsil İNTELLEKTUAL SƏVİYYƏLİ GƏNC üçün şərhlər bağlıdır
Şəhərimizin mərkəzində yerləşən, ölkə Prezidenti İlham Əliyevin yaxından qayğısı sayəsində tikilib istifadəyə verilmiş yaraşıqlı bir bina var. O bina görkəmi ilə diqqəti cəlb edir, yeniyetmə və gənclərimizi öz əhatəsinə toplayır. Bu yaraşıqlı bina son illərdə istifadəyə verilib. Qapılarını sakinlərin – xüsusilə yeniyetmə və gənclərimizin üzünə açdığı gündən onlara doğma, isti qucağa çevrilib. Bu isti qucaqlı ünvan Uşaq Gənclər İdman Şahmat Məktəbidir. Quliyev Emin Arzu oğlu bu isti qucaqlı ünvanın rəhbəridir–direktorudur. Onunla görüşüb söhbət etdik. Daha ətraflı »
-
30YanTəhsil XALQIMIZIN QƏHRƏMANLIQ SALNAMƏSİ üçün şərhlər bağlıdır
Tərtər Rayon İcra Hakimiyyətinin tədbirlər planına əsasən rayon Təhsil şöbəsi tərəfindən UGİŞM-də “20 yanvar xalqımızın qəhrəmanlıq salnaməsidir” mövzusunda inşa yazı müsabiqəsi keçirilib, müsabiqədə rayonun 44 məktəbindən 44 şagird iştirak edib. Səhlabad kənd tam orta məktəbinin XI sinif şagirdi Fatimə Ağazadə müsabiqənin birincisi olub. O, rayon icra hakimiyyəti tərəfindən Diplomla təltif olunub. Həmin yazını sizə təqdim edirik
Heç güllərin ağladığını görmüsünüzmü?
Qərənfilləri matəm çiçəyinə çevirən 20 Yanvar! Güllərin son mənzilini şəhid məzarına çevirən məsum gün şəhid qanından qıpqırmızı qana bələndi, gözlərindən damla yaş axıtdı. Şəhərimizə qərənfil yağışı yağdı. Daha ətraflı »
Yeni ismarıclar