Alsu Əsədova-627 bal
Əsədova Alsu Xəqani qızı şəhər 1 saylı tam orta məktəbin rus bölməsində təhsil alıb. Oxuduğu sinifdə o, həmişə yoldaşlarından fərqlənib. Müəllimlərin gündəlik tapşırıqlarını məsuliyyətlə yerinə yetirər, həmişə dərslərə hazırlıqlı olardı. Qarşısına məqsəd qoymuşdu ki, böyüyəndə qanunların keşiyində duracaq – hüquqşünas olacaq. 11 illik qayğılı illər artıq arxada qalıb. Alsu ali məktəblərə qəbul olmaq məqsədi ilə imtahan verib və yüksək balla – 627 balla ADA universitetinin hüquqşünas fakültəsinə qəbul olub.
Alsu ailənin tək övladıdır. Buna baxmayaraq anası Billurə müəllim qızının ali təhsil olması üçün ciddi tələbkarlıq göstərib. Bu gün isə bir valideyn olaraq onun zəhməti öz bəhrəsini verib. Qızı universitet tələbəsi adını qazanıb.
Alsu özü isə belə deyir:
– Əvvəla mən bu il universitetlərə qəbul olunaraq tələbə adı qazanmış bütün məzunlarımızı təbrik edib, gələcək təhsil illərində onlara uğurlar arzulayıram. Sonda isə mənim müvəffəqiyyət qazanmağımda zəhməti olan – Rima, Rəna, Məlahət, Könül və Solmaz müəllimlərimə öz minnətdarlığımı bildirirəm. Çünki onlar həm mənim sinif, həm də repititor müəllimlərim olublar. Həmin müəllimlərin zəhmətləri sayəsində mən yüksək nəticəyə nail olmuşam.
Alsu ADA universitetinə qəbul olunmaq sevincini ilk olaraq valideyn və müəl-limləri ilə, sonra isə dostları ilə bölüşüb. Mən də onun sevincinə şərik olaraq arzulayıram ki, tələbəlik illərində daha böyük uğurlar qazansın. Gələcəkdə savadlı bir hüquqşünas olasan, Alsu!