İyunun 14-də rayonun 34 tam, 10 ümumi orta məktəbində “Son zəng” çalındı. Bu il rayon üzrə 569 nəfər şagird XI sinfi, 873 nəfər şagird isə IX sinfi bitirir.
XI sinif şagirdlərinin, məktəb rəhbərliyinin və məhdud sayda müəllimlərin iştirakı ilə ümum təhsil müəssisələrinin həyətyanı ərazilərində sosial məsafə gözlənilməklə açıq hava şəraitində təşkil olunan “Son zəng” tədbirləri Dövlət him-ninin səsləndirilməsi ilə başlandı.
Tərtər şəhər 1 saylı, 5 saylı, 6 saylı tam orta məktəblərdə və 2 saylı məktəb-liseydə təşkil olunan son zəng tədbirlərinə qatılan Tərtər Rayon İcra Hakimiyyətinin başçısı Müstəqim Məmmədov müstəqil həyata qədəm qoyan məzunlara uğurlar dilədi, dövlətimiz üçün əsl vətəndaş, ailələri üçün layiqli övlad olmalarını arzuladı. Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin və Birinci-vitse prezident Mehriban xanım Əliyevanın ölkədə təhsilin səviyyəsinin yüksəldilməsi,
təhsil müəssisələrinin əsaslı təmiri, yeni məktəblərin və məktəbəqədər müəssisələrin tikintisi, onların lazımi avadanlıqlarla təminatına və təhsil işçilərinə həmişə diqqət və qayğı göstərdiklərini qeyd etdi.
Çıxışının sonunda rayon rəhbəri bir daha məzunları təbrik edərək gələcək həyatlarında uğurlar arzuladı.