Saytın ümumi statistikası:

Saytda məqalələrin sayı - 5,523
Saytda ismarıcların sayı - 0

Arxiv

  • 30Sen

                                                              Fatimə Hacızadə-605 bal

    Hacızadə Fatimə Zülfüqr qızı Hüsənli kənd tam orta məktəbində təhsil alıb. O təhsil aldığı illərdə müəllim kollektivinin və məktəb rəhbərliyinin etimadını qazanıb. Keçilən dərsləri yaxşı mənimsəməsi üçün müəllimlərə diqqətlə fikir verib, əlaçı şagirdlərdən olub. Oxuduğu illərdə dərslərə və müəllimlərin tapşırıqlarına məsuliyyətlə əməl edərək gələcəkdə həkim olmaq arzusu ilə yaşayıb. Artıq 11 illik məktəb həyatı arxada qalıb. O, ali məktəbə qəbul olmaq üçün IV qrupda imtahan verib, yüksək balla –605 balla Azərbaycan Tibb Universitetinin müalicə işi fakültəsinə qəbul olub. Fatimə bu xəbərin sevincini ilk olaraq anası Ülviyyə və kimya fənnini ona sevdirən Məsləhət müəllimlə bölüşüb. Sonra bütün doğmaları, qohumları, qonşuları, dostları onun bu sevincinə şərik olublar.
    Fatimə ilə söhbətdə bildirdi ki, Ali təhsil almaq üçün hazırlaşan vaxt çox həyəcanlanırdım, qəbul ola bilməyəcəyimdən qorxurdum. Lakin, ata-anam inad edirdilər ki, hökmən həkim olmalısan. Onların bu inadı mənim daha çox çalışmağıma səbəb olurdu. İndi sevinirəm ki, valideynlərimin dəstəyindən istifadə edərək çalışdım və qəbul oldum. Sevinirəm ki, onların da arzusunu yerinə yetirmişəm. Qeyd edirəm ki, bizim sinifdə oxuyan 18 nəfər şagirdin 4-ü Universitetə qəbul olunub. Bu bizim müəllimlərimizin zəhmətinin bəhrəsidir. Ona görə də bu müvəffəqiyyəti qazanmaqda zəhməti olan bütün müəllimlərimə və valideynlərimə təşəkkürümü bildirirəm. Calışacagam ki, Universitet illərində də daha yaxşı oxuyub, hər birinin etimadını doğruldaraq savadlı bir həkim olum.
    Bu yolda Fatiməyə uğurlar arzulayıram!

    Yazıları hazırladı: Elfuzə Vəliyeva

    Müəllif: Redaktor, 09:23

İsmarıclar bağlıdır.