UNESKO-nun illərdir qeyd etdiyi bu günün məqsədi kitabları yaradıcı, sənaye, siyasi, milli və beynəlxalq aspektləri ilə gündəmə gətirməkdir. Kitabların qiymətli, estetik duyğulara, məlumatlara və insanlığın xəyal gücü məlumatlarına çatmasının əsas yolu olduğunu bilirik. Kitablar eyni zamanda, yaradıcılığın, informasiya və təhsilin daşıyıcısı kimi hər mədəniyyətin təməl xüsusiyyətlərinin nümayiş olunmasını və onların özünəməxsusluğunu görməyimizi təmin edir.
İspaniyanın Kataloniya bölgəsində illərdir qeyd olunan xüsusi bir gün var: “Hər kitaba bir gül”. Hər 23 apreldə kitab alan hər kəsə kitabın yanında bir də gül hədiyyə edən və küçə əyləncələri təşkil edən kataloniyalılar, ‘kitab günü’ üçün tarix təyin etməyə çalışan UNESKO-ya da fikir irəli sürmüş oldu. 23 aprel, eyni zamanda V. Şekspirin və bir neçə məşhur yazıçının həm doğum, həm ölüm günüdür.
Bütün bu ədəbi istiqa-mətləndirmələr nəticəsində, UNESKO, 23 aprelin Dünya Kitab Günü üçün ideal tarix olduğuna qərar verdi və 1995-ci ildə alınan qərarla bütün dünyaya çatdırıldı və dünyanın 100-ə qədər ölkəsində qeyd olunmağa başlandı.
-
19AprMədəniyyət ÜMUMDÜNYA KİTAB VƏ MÜƏLLİFLİK HÜQUQU GÜNÜ üçün şərhlər bağlıdır
Teqlər: Mədəniyyət
-
14MarMədəniyyət NOVRUZ GƏLDİ-YAZ GƏLDİ üçün şərhlər bağlıdır

KƏNDDƏ NOVRUZ BAYRAMI Tofiq YUSİFAxşamın sevinci od tutub yanır—
Bayram tonqalları qanada dönür.
Birinin istəyi oddan tullanır,
Bütün kənd uşağı inada dönür.Nə yaxşı bir ümman el yığnağından
Bu sısqa çeşməmsiz yaşayır hələ!
Qorxmasa o yanda yıxılmağından
Tonqaldan hoppanar qocalar belə.Bu gecə sözlərə sığal çəkilər,
Açılar gənclərin küsü düyünü.
Bir qızı yorubdu «bir az gözlə»lər,
Xınaya bükəcək bayram gününü. Daha ətraflı »Teqlər: Mədəniyyət
-
27OktMədəniyyət İstedadlılarımız üçün şərhlər bağlıdır
FİDANLAR
Səsgücləndiricidən diktorun səsi eşidilir: “Uzundərə” rəqsi, ifa edirlər Muhsi Əliyev və Şəfiqə Əliyeva”.
Səhnəyə xüsusi geyimdə 2 azyaşlı uşaq çıxır. Onları görcək tamaşaçıların alqış sədaları yüksəlir. Yaşlarına baxmayaraq rəqs fərqli bir əda ilə başlayır. Balacaların rəqsinə hamı diqqət kəsilir. Üzlərdə sevinc, təbəssüm artır. Hətta bir pıçıldaşma da olur. “Bu uşaqlar bacı-qardaşdırlar, ataları hərbiçidir”–deyirlər.
Belə bir mənzərə ilə rayonun bir neçə tədbirində rastlaşmışdım və uşaqlar marağıma səbəb olub. Ona görə də bu azyaşlıları yaxından tanımaq, onlarla söhbət etmək qərarına gəldim və redaksiyada görüşümüz oldu.
Onları redaksiyaya hicablı gənc bir qadın gətirmişdi. Dedi ki, Muhsi və Şəfiqənin anasıyam. Ataları Zaur hərbi hissədə olduğu üçün onları lazım olan yerlərə mən özüm aparıram və bu mənə qürur verir, elə ataları da çox sevinir onların uğurlarına. Daha ətraflı »Teqlər: Mədəniyyət
-
11OktMədəniyyət MARAQLI TƏDBİR üçün şərhlər bağlıdır
Ümumdünya Turizm Günü münasibəti ilə rayonumuzda Heydər Parkında tədbir keçirilib. Tədbirdə klub və kitabxana işçiləri, ictimaiyyətin nümayəndələri iştirak ediblər. Həmin gün sərgidə tarix diyarşünaslıq muzeyinin eksponatları, mərkəzi kitabxana sisteminin turizmə aid kitabları, Heydər Əliyev Mərkəzində rəsm dərnəyi üzvlərinin əl işləri nümayiş olunub.
Tədbiri Tərtər Rayon Mərkəzləşmiş Kitabxana Sisteminin direktoru Ulduzə Qurbanova açıb, bu günün tarixi barədə məlumat verib. Bura toplaşanlar sərgiyə çıxarılan bütün eksponatlara maraqla tamaşa ediblər.
Sonda Tərtər Rayon Uşaq Musiqi Məktəbi və “Tərtər” Xalq kollektivinin iştirakı ilə konsert proqramı olub.“Yeni Tərtər”
Teqlər: Mədəniyyət
-
11OktMədəniyyət Milli Musiqi Günü üçün şərhlər bağlıdır
MUĞAMIN SEHRİ

Milli musiqimizin tacı sayılan muğamlar Azərbaycan musiqisinin özülünü təşkil edir. İnsanda ülvi hisslər oyadır, həyatda, mənəvi aləmimizdə nur çələnginə bənzəyir muğam. Muğamlarımıza qulaq asdıqca zənginləşirik, bəsit fikirlərdən uzaqlaşaraq büllurlaşıb, paklaşırıq, xeyir-xahlığa can atırıq, bu qarışıq həyatımızda qəhrəmanlıq salnaməsinə çevrilir muğam.
Azərbaycan muğamları ifaçıdan–ifaçıya ötürülərək inkişaf etdirilmiş, bu günümüzə kimi gəlib çıxaraq milli sərvətimizə çevrilmişdir.
Azərbaycan musiqisinin banisi Üzeyir Hacıbəyov yeddi əsas muğamların psixoloji-emosional təsirindən bəhs edərək qeyd edir ki, “Rast” dinləyicilərdə mərdlik və gümrahlıq hissi, “Şur” şən, lirik əhval-ruhiyyə, “Segah” məhəbbət hissi, “Şüştər” dərin kədər, “Cahargah” həyacan və ehtiras, “Bayatı-Şiraz” qəmginlik, “Humayun” daha dərin bir kədər hissi oyadır. Daha ətraflı »Teqlər: Mədəniyyət
-
11OktMədəniyyət BALACA RƏQQASƏ üçün şərhlər bağlıdır
Bu gün sizə bir qızcığazdan söhbət açmaq istəyirəm. Öz rəqsi ilə tədbirlərdə iştirak edən Nərmin balamızdan.
Nərmin Həsənli hal-hazırda Buruc kənd tam orta məktəbinin V sinif şagirdidir. 2015-ci ildən uşaq yaradıcılıq mərkəzində “rəqs” dərnəyinin üzvüdür. Lap kiçik yaşlarından rəqsə böyük marağı olub. O, rəqslə yanaşı həm də rəsm çəkmək qabiliyyətinə malikdir. Öz xəyallarındakı nağılları rəsmlərində canlandırır. Sanki rənglərin dilini bilir.
Tərtər rayonunda keçrilən konsert proqramlarında tez-tez iştirak edir. Nərmin bacarığına görə uşaq yaradıcılıq mərkəzinin fəxri fərmanı ilə təltif olunub. Daha ətraflı »Teqlər: Mədəniyyət
-
19MayMədəniyyət SİRLİ DÜNYASI OLAN İNSAN üçün şərhlər bağlıdır
Yaddaşlarda qalan insanlar var ki, onlar öz peşələri, sənətləri ilə xatırlanır, gördükləri hər bir işdə məsuliyyətləri və bacarıqları, sadəlikləri və təvazökarlıqları ilə iz buraxırlar. Yaxşı yadımdadır. Gəncliyimin, necə deyərlər, “allı-güllü” vaxtları– 1970-1980-ci illər idi. Ölkəmizdə pambıq yığımının gəlhagəl dövrləri idi. Mövsüm ərzində, demək olar ki, hər gün camaatı tarlalara səsləyən, gündəlik pambıq yığımının nəticələrini rayon əhalisinə çatdıran, təşviqat maşınında şəhəri dörd dolanan o zaman rayon mədəniyyət evində metodist işləyən Mirzə Məmmədov idi. Beynəlxalq Mədəniyyət Günü münasibətilə onunla görüşüb söhbət etdim. Yaddaşımda qalan bu insanı daha yaxından tanımağa çalışdım. Heç deməyəsən Mirzə müəllimin bir sirli dünyası varıymış. Bunu söhbət zamanı hiss etdim.
Bütün müsahibələrim kimi onun da həyatı ilə maraqlandım.
–Mirzə müəllim, öncə özünüz haqqında bir az məlumat verin. Kimsiniz? Harda doğulub, yaşamısınız? Təhsiliniz nədir? Daha ətraflı »Teqlər: Mədəniyyət
-
15MarMədəniyyət MİLLİ TEATR GÜNÜ MÜNASİBƏTİ İLƏ TƏDBİR KEÇİRİLDİ üçün şərhlər bağlıdır

Tərtər Rayon Mədəniyyət Mərkəzində Milli Teatr Günü münasibəti ilə Yevlax Mədəniyyət Mərkəzinin Kukla Xalq Teatrı tədbir keçirdi.
Tədbirdə bildirildi ki, bu gün Azərbaycan teatrı yaranmasının 144-cü ildönümü qeyd edilir. Azərbaycan teatr sənəti qədim və zəngin tarixi yol keçib.
1873-cü il martın 10-da Bakı realnı məktəbinin teatr həvəskarları truppası tərəfindən M. F. Axundzadənin “Sərgüzəşti-vəziri-xani-Lənkəran” komediyası nümayiş etdirilib. Bu tamaşa ilə Azərbaycanda milli teatrın əsası qoyulub. Bu şərəfli işdə Həsən bəy Zərdabi və Nəcəf bəy Vəzirov mühüm rol oynayıblar.
Uzun və şərəfli tarixi yol keçmiş Azərbaycan teatrının inkişafında son illərdə yeni mərhələ başlayıb.
Teatrlarımızın yeni inkişaf yoluna çıxmasında Azərbaycan xalqının Ümummilli Lideri Heydər Əliyevin xidmətləri misilsizdir. Ulu Öndərin bu siyasəti hazırda Azərbaycan Prezidenti İlham Əliyev tərəfindən uğurla davam etdirilir. 2009-cu il mayın 18-də dövlət başçısı “Azərbaycan teatrı 2009-2019-cu illərdə” Dövlət Proqramını təsdiq edib. Daha ətraflı »Teqlər: Mədəniyyət
-
27DekMədəniyyət NƏĞMƏLİ QONAQLAR TƏRTƏRDƏ üçün şərhlər bağlıdır

Əsaslı təmirdən sonra yeni istifadəyə verilmiş Tərtər Rayon Mədəniyyət Mərkəzində Azərbaycan Respublikasının Əməkdar artistləri Gülüstan Əliyeva və Teyyub Aslanın iştirakı ilə “Ey Vətən” adlı konsert oldu.
Əvvəlcə rayon icra hakimiyyətinin başçısı Müstəqim Məmmədov Prezident İlham Əliyevin rəhbərliyi ilə ölkəmizdə, o cümlədən Tərtərdə gedən sosial-iqtisadi inkişafdan danışdı. Sonra incəsənət ustalarına öz təşəkkürünü bildirdi və tədbir iştirakçılarını 31 dekabr Dünya Azərbaycanlılarının Həmrəyliyi Günü və Yeni il bayramları münasibəti ilə təbrik etdi. Daha ətraflı »Teqlər: Mədəniyyət
-
28SenMədəniyyət Milli Musiqi Günü üçün şərhlər bağlıdır
MUSİQİNİN BƏXŞ ETDİYİ XOŞBƏXTLİK
Milli Musiqi Günü münasibətilə Tərtər Rayon Musiqi Məktəbinin müəllimi Sevil Teymurova ilə əlaqə saxladım. Musiqimizdəki uğurlardan söhbət açdıq. Sevil müəllım bildirdi ki, hələ orta məktəbin aşağı siniflərində oxuyarkən musiqiyə bağlı insan olub. Rəqsə gedib, milli rəqslərimzi ifa edib. Böyüdükcə bu həvəs daha da çoxalıb. Bunu görən böyükləri onu yeddiillik musiqi məktəbinin fortepiano şöbəsinə gətiriblər. Burada təcrübəli müəllimlərdən dərs alıb. Sonralar təhsilini Asəf Zeynallı adına musiqi kollecində davam etdirib, 1976-cı ildən rayon musiqi məktəbində müəllim işləyir. 1998-ci ildən isə məktəbdə fəaliyyət göstərən iki şöbədən birinə–fortepiano şöbəsinə rəhbərlik edir. Artıq qırx ildir ki, burada müəllim kimi fəaliyyət göstərir.
Sevil müəllim deyir ki, Azərbaycan musiqisi çox zəngindir. Bizim muğamımız, xalq və bəstəkar mahnılarımız, aşıq havalarımız var. Milli Musiqi günü isə dahi bəstəkar, milli operamızın banisi Üzeyir Hacıbəyovun doğum günü qeyd edilir. Hamıya məlumdur ki, gündən-günə musiqimiz inkişaf edir. Dahi bəstəkarımız Üzeyir Hacıbəyovun yazdığı muğam operaları “Leyli və Məcnun”, “Şeyx Sənan”, “Əsli və Kərəm”, “Rüstəm və Söhrab”, “Şah Abbas və Xurşudbanu”, Zülfüqar Hacıbəyovun “Aşıq Qərib”, Müslüm Maqomayevin “Şah İsmayıl” operaları musiqi tariximizə daxil olmuş yaradıcılıq nümunələridir. Daha ətraflı »Teqlər: Mədəniyyət


Yeni ismarıclar