NƏSİLLƏRƏ NÜMUNƏ

Kim bu cənnət vətə-nin uğrunda olmaz ki fəda?
Şühəda fışqıracaq torpağı sıxsan şühəda!
Mehmet Akif Ərsoy
Biz qəhrəmanlıq tariximizi kitablardan oxumuşduq. Günlərin bir günü bu tarixi özümüzün yazacağımızı bilməzdik. Tarix yazan oğullarla eyni məkanda yaşayacağımızı ağlımıza belə gətirməzdik.
Elə ki, dağların başında tonqal alovlandı, demək, Vətən dardadır. Vətən çağırır, Vətən bizə oğul deyir.
Mənim yaşadığım rayon cəbhə xəttində yerləşirdi. Demək olar ki, Tərtər 30 ildən çox müddətdə topun ağzında yaşadı. Tərtərdə hər kəs müharibə iştirakçısıdır. Çünki biz müharibəni yaşamışıq… müharibəni görmüşük. Son 44 günlük İkinci Qarabağ savaşında Tərtərə “İkinci Stalinqrad” deyirdilər.
Atam bizi uşaqlıqdan vətənpərvər böyüdüb. Mənim və qardaşımın kitabla ilk tanışlığımız Cavanşir Məmmədovun müəllifi olduğu “Tərtər şəhidləri” kitabı olmuşdur. Mən Tərtərin qəhrəmanları haqqında məlumatları tək kitablardan öyrənməmişəm, atamın xatirələrindən dinləmişəm, o xatirələrlə böyümüşəm. Atam hər zaman o xatirələri necə danışırdısa, sanki mən də özümü orada olduğum kimi hiss etmişəm. Atamın müharibə haqqında, keçdiyi döyüş yolu haqqında uzun-uzun danışması üçün ona bir sual verməyimiz bəs edirdi hər zaman.

Mən bu yazını Azərbaycanın Milli Qəhrəmanı, uşaqlıqdan həmişə haqqında atamın xatirələrini dinləyərək böyüdüyüm əfsanəvi Qəhrəman Vəzir Orucov haqqında yazıram.
Vəzir Orucov 26 dekar 1956- ci ildə Tərtər rayonunun Xoruzlu kəndində anadan olmuşdur. Qarabağ müharibəsi başlayanda, o, Rusiyanın Arxangelsk vilayətində yaşayırdı.
1992-ci ildə Vətənə qayıdır və Tərtər Özünümüdafiə Batalyonuna qatılır. O, Həsənqaya, Göyarx, Madagiz (Suqovuşan), Akop Kamari, Sərsəng Su Anbarı, Çıldıran uğrunda gedən döyüşlərdə iştirak etmişdir.
Atam Vəzir Orucovun doyüş yoldaşı, onun qəhrəmanlıqlarının şahidi olub. Ona görə də ondan – Qarabağ müharibəsi iştirakçısı, Qarabağ Müharibəsi Veteranları və Şəhid Ailələri İctimai Birliyinin sədri Suliddin Yusibovdan müsahibə aldım:
– Ata, mən Vəzir Orucovdan yazıram. Bu ad sənə nə deyir?
– Qəhrəmanlıq! Cəsurluq!
–Onunla çiyin-çiyinə vuruşmusan, videoda görmüşəm, döyüşçü kimi necə idi?
– Kaş ki, mənim kimi 50 döyüşçü həlak olardı, Vəzir sağ qalardı. Yüzlərlə erməni öldürüb, yüzlərlə adamı xilas edib. Səkkiz əməliyyat keçirdik, 24 gün döyüşdük, heç 20 şəhidimiz olmadı. Çardaxlı, Ayı heykəli, Drambom, Levonarx, Alışan meşəsi və onlarla ərazidə birlikdə döyüşdük. Vəzir Orucov təkbaşına kəşfiyyata gedər, düşmən mövqelərini dəqiqləşdirərdi, əsgərlərini güdaza veməzdi. Bir dəfə Vəzirə dedim ki, biz bunları qırırıq, onlar da bizimkiləri şəhid edirlər. Ölən düşmənlərin yerinə Xankəndidən yenə ermənilər gələcəklər. Dedi ki, narahat olma, onları da məhv edəcəyik. Uzaqgörənliklə deyilmiş fikir… Daha ətraflı »



“Müharibə ana fəryadıdır, qara örpəklər və bu örpəklər altında gəlinlərin ağaran saçları, ata həsrətli körpələrin nisgilidir”. Bu sözləri şəhid Polad Ərəbovun qardaşı, müharibə veteranı, keçmiş məcburi köçkün Nemət Ərəbov deyir.
1972-ci il avqust ayının 4-də Tərtər rayonunun Sarov kəndində anadan olub. Həmin kənddə orta məktəbi bitirib. 1990-cı ilin noyabr ayından 1992-ci ilin əvvəlinədək keçmiş Sovet Ordusu sıralarında həqiqi hərbi xidmətdə olmuşdur. SSRİ-nin dağılması ilə əlaqədar olaraq Sovet Ordusu sıralarından qayıtdıqdan sonra erməni işğalçılarına qarşı mübarizə aparmaq üçün Milli Orduya daxil olub. 703 saylı hərbi hissədə Tərtər batalyonunun tərkibində Ağdərə bölgəsində erməni işğalçılarına qarşı aparılan döyüşlərdə iştirak edib. 1992-ci il noyabr ayının 17-də Ağdərə bölgəsinin Vəng kəndi ərazisində gedən döyüşlərdə şəhid olub. Həmin gün onun cəsədini döyüş yerindən götürmək mümkün olmamışdı. Digər 13 nəfərlə birlikdə 2 ay sonra, 17-18 yanvar 1993-cü il tarixdə bu ərazi düşməndən azad edildikdən sonra onun cəsədi oradan götürülüb doğma kəndə gətirilib orada torpağa tapşırıldı. Sarov kənd qəbiristanlığında dəfn edilib.
1970-ci il avqust ayının 30-da Tərtər rayonunun Poladlı kəndində anadan olub. Mamırlı kənd orta məktəbində orta təhsil alıb. Orta təhsilini başa vurduqdan sonra 1987-1989-cu illərdə keçmiş Sovet Ordusu sıralarında həqiqi hərbi xidmətdə olub. 1992-ci ildən Milli Ordu sıralarında erməni quldurlarına qarşı mübarizəyə başlayıb. Milli Ordu sıralarında xidmət etdiyi müddətdə Ağdərə rayonunun yaşayış məntəqələrinin erməni işğalçılarından təmizlənməsi uğrunda gedən döyüşlərdə iştirak edib. 1993-cü il aprel ayının 3-də Ağdərə bölgəsinin “Qlobus” yüksəkliyi uğrunda gedən ağır döyüşlərdə şəhid olub. Poladlı kənd qəbiristanlığında dəfn edilib.
Birinci Qarabağ müharibəsində itkin düşmüş və şəxsiyyəti müəyyənləşdirilən şəhidlərdən olan Mustafayev Möhübbət Qənimət oğlu Tərtər rayonunda dəfn edilib.
Cahangir Surxayzadə 1996-cı il iyulun 9-da rayonumuzun Qaynaq kəndində doğulmuşdu. Ailədə iki qardaş idilər. Böyüyü Babək, kiçiyi isə Cahangir idi.
Mülki şəhid Anar Quliyevin ailəsindəyik. Bizi şəhidin ömür-gün yoldaşı Esmira xa-nım qarşılayır. Uşaqlar hələ məktəbdədirlər. Ancaq hiss edirik ki, bu lal sükutun içində Esmira xanım tək deyil. Dörd tərəfə vurulmuş şəkillərdən Anarın qayğılı baxışları ona zillənib, sanki ürəkləndirir, “möhkəm ol”,– deyir.
Hər nə qədər və harada ya-şamağımızdan asılı olmayaraq, doğulduğumuz məkan qədər gözəl bir yer yoxdur. Bu yaxınlarda kəndimizə –Rəcəbliyə getmişdim. Yolun kənarında şəhid Şahin Eyvazovun şəklini gördüm. Çox təsirləndim. Bir anlıq gözlərim doldu. Şəkildən sanki üzümüzə gülümsəyirdi. Maşından düşüb, şəklin önündə bir xeyli dayandım. Fikirləşdim ki, görəsən o, gözlərilə nə demək istəyir? Bircə şeyi bilirəm ki, indi şəhidlərimizin hər birinin ruhu şaddır. Biz bu gün onları qürurla anırıq.
Tərtər Rayon İcra Hakimiyyətinin başçısı Müstəqim Məmmədov YAP Tərtər rayon Təşkilatının sədri Eldar Əsədovla birlikdə Qaynaq kəndində 60 illik yubileyi münasibəti ilə şəhid Surxayzadə Cahangirin atası Hətəm Əliyevi ziyarət edərək, onu təbrik edib, şəhid ailəsinin qayğıları ilə maraqlanıb.
“Zəif olmağa haqqım yoxdur, Aysənanın övladlarını onun arzuladığı kimi böyütməliyəm”

Sükutu Təkminə xanım pozdu:
Yeni ismarıclar