04May
QADINLAR DÖVLƏTİMİZİN, DÖVLƏTÇİLİYİMİZİN, MÜSTƏQİLLİYİMİZİN, BUGÜNÜMÜZÜN,
GƏLƏCƏYİMİZİN DAYAĞIDIR
Dünya siyasət aləminin ən görkəmli şəxsiyyətlərindən biri, Azərbaycan xalqının Ümummilli Lideri, polad iradəli insan Heydər Əliyevi qadınlara qarşı xüsusi bir münasibət fərqləndirirdi–sonsuz qayğı, həssaslıq, mehribançılıq və məhəbbət. İstər öz ailəsinin üzvləri olsun, istərsə də hər bir Azərbaycan qadını–onlar Ulu Öndər üçün ən uca zirvədə dayanan insanlar idi. Ən ümdə məqsədlərindən birini də qadınların həyat şəraitinin daha da yaxşılaşdırılmasında görürdü. Çünki bu bir həqiqətdir ki, əgər qadın cəmiyyətdə qayğı və diqqətlə əhatə olunubsa, bu ölkədə böyüyən gənc nəsil də, bütövlükdə cəmiyyətin özü də xoşbəxt ola bilər.
Tərtərli qadınlar Ulu Öndərin hələ Sovetlər birliyi dövründə Azərbaycana rəhbərlik etdiyi zaman rayonumuza səfərlərini yaxşı xatırlayırlar. O, kolxozlarda olarkən pambıqçı qadınlarla görüşür, hər biri ilə ayrıca söhbət edir, onları narahat edən məsələləri öyrənir və dərhal həllinə nail olurdu. O dövrdə sürücü-mexanik işləyən Ofelya Səfərova Heydər Əliyevi mənəvi ata hesab edirdi. Bütün ömrü boyu bu səmimi münasibətin həyatını işıqlandırdığını söyləyirdi. Daha ətraflı »
Teqlər: Milli-mənəvi dəyərlər
04May
Rayon icra hakimiyyəti YAP rayon təşkilatı və mərkəzi rayon xəstəxanasının kollektivi ilə birlikdə görkəmli oftalmoloq-alim Zərifə xanım Əliyevanın anadan olmasının 93-cü ildönümünə həsr olunmuş tədbir keçirmişdir.
Yığıncaqda rayon icra hakimiyyətinin, YAP rayon təşkilatının, səhiyyə və kütləvi informasiya vasitələrinin nümayəndələri iştirak etmişlər.
Tədbiri giriş sözü ilə rayon icra hakimiyyətinin başçısı Müstəqim Məmmədov açmışdır. Qarabağ uğrunda döyüşlərdə həlak olmuş şəhidlərin və görkəmli oftalmoloq-alim, akademik Zərifə xanım Əliyevanın xatirəsi bir dəqiqəlik sükutla yad edilmişdir.
Mərkəzi rayon xəstəxanasının baş həkimi Yaşar Hüseynov görkəmli alim və ictimai xadim Zərifə xanım Əliyevanın həyat və fəaliyyəti haqqında geniş məlumat vermişdir. Qeyd etmişdir ki, o, 1985-ci ildə aprel ayının 15-də Moskva şəhərində vəfat etmişdir. 1994-cü ildə onun cənazəsi Bakıya gətirilərək Fəxri Xiyabanda atasının qəbrinin yanında dəfn edilmişdir. Böyük alimin adı əbədiləşdirilmişdir. Daha ətraflı »
Teqlər: Milli-mənəvi dəyərlər
04May
Heydər Əliyev Mərkəzində yuxarı sinif şagirdlərinin Ulu Öndər Heydər Əliyevin zəngin siyasi irsi ilə daha yaxından tanış olmaları məqsədilə ardıcıl iş aparılır. Məktəblilərin Mərkəzə ekskursiyaları təşkil edilir, onlar Ümummilli Liderin həyat və fəaliyyətini əks etdirən əvəzsiz eksponatlarla tanış olur, eyni zamanda “Dəyirmi masa” ətrafında bu barədə mühazirələri dinləyirlər. Şagirdlərin vətənpərvərlik tərbiyəsini daha da gücləndirmək məqsədilə hərbi vətənpərvərlik mövzusunda filmlər nümayiş etdirilir. Azərbaycanın Milli Qəhrəmanları, şəhidlər barədə məlumat verilir.
Aprelin 1-dən 2-nə keçən gecədən başlanan erməni təxribatına Azərbaycan Ordusunun verdiyi layiqli cavab, ordumuzun gündən-günə möhkəmlənməsi də gənclərdə ruh yüksəkliyinin artmasına səbəb olur. Onların hər biri Vətənin müdafiəsinə hazır olduqlarını bildirir.
“Yeni Tərtər”
Teqlər: Milli-mənəvi dəyərlər
27Apr
GÖZƏL ALİM VƏ MÜQƏDDƏS ANA
Aprelin 28-i görkəmli oftalmoloq-alim, akademik Zərifə xanım Əliyevanın xatirə günüdür. O, yaddaşlarda gözəl alim, qayğıkeş insan, ləyaqətli ziyalı, sədaqətli ömür yoldaşı, gözəl ana kimi əbədiləşib.
Akademik Zərifə Əziz qızı Əliyeva XX əsrin payına düşən görkəmli Azərbaycan qadınlarından və alimlərindən biri idi. Onun 28 aprel 1923-cü il Şərur rayonu Şaxtaxtlı kəndindən başlayan ömür yolu olduqca zəngin və yalnız parlaq səhifələrlə dolu bir ömür oldu. O, Yaradanın xoş saatında doğulan bir insan idi. Əvvəla, Zərifə xanım Əziz Əliyev kimi görkəmli bir alimin, elm adamının, vətənpərvər bir ziyalının, SSRİ-də böyük nüfuz qazanmış bir dövlət xadiminin ailəsində dünyaya göz açdı, zəngin mənəvi mühitdə tərbiyə aldı. Və nəsil şəcərəsinə, ailəsinə, valideynlərinə layiq övlad oldu. Dünya siyasətində ən uca zirvələrdən birində dayanan Heydər Əliyev kimi bir dahinin həyat yoldaşı olması, əsil məhəbbət, sevgi adlı imtahanda da sınanaraq qəlbən, ruhən bağlı olduğu ömür-gün yoldaşına, Ulu Öndərə bu uca zirvəyə çatmaqda yorulmaz silahdaşa, mənəvi dayağa çevrilməsi Zərifə xanımın ikinci xoşbəxtliyi idi. Daha ətraflı »
Teqlər: Milli-mənəvi dəyərlər
27Apr
AĞILLI OLMAĞIN VAXTI DEYİLMİ?

Dünya gözəl dünyadır. Onu bərbad edən biz insanlarıq.
Bir körpə qığıltısı bu dünyanın laylasıdır. Bir uşaq gülüşü bu dünyaya saçılan Günəş işığıdır. Bir insan ömrü bu dünyanın ən dəyərli zinətidir.
Varlığın fəlsəfəsi olumla ölümün arasındadır və bu, ən qısa zaman kəsiyidir. Ömür deyilən bir kirpik çalımı həyat yoludur. Allahın payı hesab edənlər gərək onu elə yaşasınlar ki, sonradan dizlərinə döyüb heyifslənməsinlər. Azərbaycanın azman şairi Bəxtiyar Vahabzadə demişdi:
Yaşamaq yanmaqdır, yanasan gərək,
Həyatın mənası yalnız ondadır.
Və yaxud:
Bir ömrü illərlə ölçmək düz deyil,
Ömürlə illəri ölçəsən gərək.
Belə yaşamaq üçün isə sakit və rahat dünya lazımdır. Amma… Dünyanı qurub gözəlləşdirən də biz, vurub dağıdan da biz. Daha ətraflı »
Teqlər: Milli-mənəvi dəyərlər
27Apr
QƏLƏBƏ MÜJDƏSİ İLƏ QARŞILADIQ
Aprelin 2-də erməni silahlı qüvvələrinin başladığı hücum əməliyyatları Azərbaycan Ordusu tərəfindən qətiyyətlə alındı. Ermənilər cəsur əsgərlərimizin əkszərbələri qarşısında tab gətirməyərək geri çəkilməyə məcbur oldular. Bir neçə mühüm strateji yüksəklik ordumuzun nəzarəti altına keçdi.
Belə bir vəziyyətdə ordu ilə yanaşı media nümayəndələrinin üzərinə böyük məsuliyyət düşdü. Tərtər hələ heç zaman bu qədər jurnalist ordusunu qəbul etməmişdir. Bunların arasında yerli KİV-lərin nümayəndələri ilə yanaşı, xarici xəbər agentliklərinin də təmsilçiləri çox idi.
Əlbəttə ki, rayon qəzeti olaraq kollektivimiz də bu günlərdə üzərinə düşən vəzifələri yerinə yetirməyə çalışdı. Foto-müxbirimiz Kənan Hüseynzadə gecə-gündüz ən qaynar nöqtələrdə oldu, onun çəkdiyi şəkillər öz qəzetimizlə yanaşı müxtəlif mətbuat orqanlarında dərc edildi.
Qəzetimizin ilk nömrəsinin çapdan çıxmasının 82 illiyini beləcə qarşıladıq. Bu ildönümü ilə yanaşı Böyük Qələbəmizin başlanğıcını ruh yüksəkliyi ilə qeyd etdik. Xalqla ordumuzun möhkəm birliyinin, bir-birinə arxa-dayaq durduğunun şahidi olduq. Daha ətraflı »
Teqlər: Milli-mənəvi dəyərlər
27Apr
Bu tarix 1935-ci il aprelin 15-də Vaşinqtonda «Bədii, elmi müəssisə və tarixi abidələrin mühafizəsi və qorunması haqqında» imzalanmış müqavilə ilə əlaqədar təsis olunub. O vaxtdan dünyanın bir çox ölkəsində 15 aprel Mədəniyyət Günü kimi qeyd olunur. Bu gün beynəlxalq hüquq təcrübəsində Rerix Paktı kimi də tanınır.
Çünki Ümumdünya Mədəniyyət Gününün qeyd olunması təklifini ilk dəfə 1931-ci ildə Bel-çikanın Bryuqqe şəhərində keçirilən konfransda rəssam Nikolay Rerix təklif edib.
2008-ci ilin dekabrında Rusiya, İtaliya, İspaniya, Arqentina, Meksika, Kuba, Latviya, Litvanın ictimai təşkilatlarının təşəbbüsü ilə 15 aprelin Dünya bayrağı altında Ümumdünya Mədəniyyət Günü kimi təsdiqi üçün Beynəlxalq hərəkat yaranıb.
Təəssüf ki, dünya ictimaiyyəti Azərbaycanın işğal olunmuş ərazilərində yüzlərlə tarixi abidəmizin, incəsənət əsərinin, kitabxanaların və digər mədəni irsimizin talan edilməsinə göz yumur. Azərbaycan əsgəri 20 ildən artıq işğal altında olan torpaqlara ayaq basdı. Deməli, Qələbə Günü uzaqda deyil. Biz o yerlərə qayıdacağıq və düşmən öz əməlinə görə cavab verəcək.
Teqlər: Milli-mənəvi dəyərlər
27Apr
23 aprel YUNESKO tərəfindən elan edilən və Azərbaycanda artıq 1997-ci ildən başlayaraq ənənəvi şəkildə qeyd edi-lən Ümumdünya Kitab və Müəlliflik Hüququ Günüdür. Müəlliflik hüququnun Kitab ilə təmasda olması, «Yaradıcıdan – Kitaba, Müəllifdən – Müəlliflik Hüququna» yolu heç də təsadüfi deyil. Məşhur Volterin kəlamı ilə desək, «onlar ocaqlarımızdakı oda bənzəyir: onu qonşudan götürüb, özümüzdə yandırıb, digərlərinə veririk və beləliklə, onlar hamıya məxsusdur».
Hər bir oxunan kitabın bəhrəsi yeni kitabdır, yeni biliyə yol açan bilik mənbəyidir, yaradıcılıq və kreativlik fenome-nindən irəli gələn «Müəllif» anlayışı və Müəlliflik hüququdur.
Dünya rəqəmləşir, bilik mənbələri əsasən İnternetə köçür, yalnız Avropa rəqəmli kitabxanasında 35 dildə 135 mln. rəqəmli sənədlər mövcuddur, Google-Edition 3 milyondan artıq kitab təklif edir. Daha ətraflı »
Teqlər: Milli-mənəvi dəyərlər
18Apr
Bu dəfə rəşadətli ordumuz elə ilk andan mənfur ermənilərin gözlərini qırdı, onları silahları, texnikanı qoyub qaçmağa məcbur etdi. Doğrudur, itkisiz müharibə yoxdur. Şəhidlərimiz oldu…
Belə şəhidlərimizdən biri də Milli Ordumuzun zabiti, kapitan İnqilab Çingiz oğlu Quliyevdir. İnqilab əslən tərtərli olsa da, Gəncə şəhərində yaşayırdı. O, C.Naxçıvanski adına hərbi liseyi, Bakı Ali Hərbi Akademiyasını bitirmişdi, Türkiyədə zenit qurğularının dilini öyrənmək üçün hərbi təhsil almış –artilleriya kursu keçmişdi. Demək olar ki, ömrünün 20 ilini məhz hərbi xidmətə sərf etmişdi. Qərargahda əməliyyat bölməsinin komandir müavini vəzifəsində çalışırdı, daim əsgərlərin yanında olurdu. Ara qarışanda top komandiri təyin edilmişdi. Gözəl döyüş xəritəsi çəkməyi bacarırdı. Bu səmimi sözləri şəhid zabitimizin dayısı Ədalət danışdı. Onu da bildirdi ki, İnqilabın uşaqlıqdan arzusu hərbçi olmaq idi. Bu istəyini reallaşdırmaq üçün çox çətinliklər , əzab-əziyyətlər çəkmişdi. Çox cəngavər oğlandı. Sağlam cüssəli, ağıllı bir hərbçi idi. Daha ətraflı »
Teqlər: Milli-mənəvi dəyərlər
18Apr
“Şəhid olmağa gedirəm”
Bu sözləri kəşfiyyatçı Nicat İsgəndərov son döyüşə gedərkən söyləmişdi. Telefonda onun səsi qalıb. Bir az həyəcanlı, bir az sevincli. Döyüş dostları deyirlər ki, bu məqamı–torpaqlarımızı azad etmək əmrini hər birimiz gözləyirdik. Nicat da həmin əmri beşillik hərbi həyatının zirvəsi kimi qəbul etdi.
Döyüşə ruh yüksəkliyi ilə qatıldı və aprel hadisələri zamanı Füzuli istiqamətində cəbhədə həlak olan ilk şəhidlərdən biri oldu.
Atası Bəhruz İsgəndərov deyir:
–Biz bu günə hazır idik. Çünki kəşfiyyatçının hər anının təhlükəli olduğunu bilirdik.
“Nicat dünyanın ən yaxşı oğullarından biriydi”
–Öz oğlum olduğuna görə demirəm, –Bəhruz ata fikrini davam etdirir. Nicat həqiqətən dünyaının ən yaxşı oğullarından biri idi. Nə mənim, nə də anasının sözündən hec zaman çıxmazdı. Tək bizi, bacısını deyil, bütün qohum-əqrabanı, qonşuları daim sevindirməyə, yaxşılıq etməyə çalışırdı. Daha ətraflı »
Teqlər: Milli-mənəvi dəyərlər
Yeni ismarıclar