Saytın ümumi statistikası:

Saytda məqalələrin sayı - 5,523
Saytda ismarıcların sayı - 0

Arxiv

  • 01İyn

    53945“Mən hər bir Azərbaycan vətəndaşının Prezidentiyəm”,–deyən Prezident İlham Əliyev cəbhə bölgəsinə son səfəri ilə bunu bir daha təsdiq etdi. Onun Tərtərdə Maya nənə ilə görüşü, 80 yaşlı nənəyə doğru irəliləyərək əsl oğul məhəbbəti ilə ona əl verməsi öz səmimiliyi ilə hər kəsi həyəcanlandırdı.
    Prezident Ermənistan-Azərbaycan qoşunlarının təmas xəttində yerləşən rayonlara ölkənin birinci xanımı Mehriban Əliyeva ilə səfər etmişdir. Onlar bu addımları ilə bir daha sübut etdilər ki, ən çətin günlərdə xalqla bir yerdədilər.
    Maya nənə bu görüş barədə belə danışdı:
    –Prezidentimizlə Mehriban xanımı qızım Elmiranın ermənilərin atdığı mərmilər nəticəsində dağılmış evində görəndə, elə bildim ən əziz adamlarım gəliblər. İnsanın doğmalığı çətin gündə səninlə birgə olmasında sınanır. On-larla söhbətimdən sonra xeyli yüngülləşdim. Belə mətin, ağıllı rəhbəri olan xalqı sarsıtmaq olmaz. Biz inanırıq ki, tezliklə o nankor qonşularımız üzərində qələbə çalacağıq. İstər sülh yolu olsun, istərsə də müharibə.
    Bu sözləri təkcə Maya ana demir, bütün tərtərlilər söyləyirlər. Ermənilər daimi olaraq atəşkəs rejimini pozmağa cəhd göstərsələr də, əhali qüdrətli Azərbaycan Ordusuna güvənərək, öz evində-eşiyindədir, iş-gücü ilə məşğul olur.
    “Erməni silahlı qüvvələrinin Ağdam və Tərtər rayonlarını intensiv atəşə tutması nəticəsində mülki əhaliyə dəymiş ziyanın aradan qaldırılması ilə bağlı tədbirlər haqqında” Azərbaycan Respublikası Prezidentinin Sərəncamı əhalinin ruh yüksəkliyini daha da artırmışdır.
    Aprel ayının çətin sınaqları xalqla Prezidentin, ordu ilə xalqımızın sıx birliyini bir daha bütün dünyaya nümayiş etdirdi.

    Svetlana Bağırova

    Müəllif: Redaktor, 15:14

    Teqlər:

İsmarıclar bağlıdır.