Qarabağ savaşında bütün Azərbaycan xalqı ağır itkilərə məruz qaldı. Torpaq, yurd, övlad, qardaş itkisi ilə üzləşdik. 20 ildən çoxdur ki, bu ağrılarla yaşayırıq. Qardaşım, Azərbaycan Bayrağı ordenli Mehrac Mahmudov bu müharibədə böyük igidliklər göstərərək vətən, torpaq uğrunda şəhid olub.
Aprel ayının əvvəllərində erməni faşistləri yenidən cəbhədə təxribat törətdilər. Lakin, vətənimizin mübariz oğlanlarının, güclü ordumuzun sayəsində düşmənə layiqli cavab verilərək geri oturduldu. Əlbəttə, bu cavab itkisiz ötüşmədi. Şəhidlərimiz oldu, şəhər və kəndlərimizdə cəbhə bölgə-sinə yaxın yerlər dağıntılara məruz qaldı. Lakin bunlar heç kəsi ruhdan salmadı, əksinə, insanlarda böyük inam yarandı. Bu inam əbəs deyildi.
O günü heç unuda bilmirəm. Mayın əvvəlində ölkə Prezidenti İlham Əliyevin öz xanımı Mehriban xanım Əliyeva ilə Ermənistan ordusunun iriçaplı silahlarla, top və mərmiatanlarla dağıtdığı yerləri ziyarət etməsi insanlarda böyük inam və coşğu yaratdı. Dövlətin rəhbəri adi bir insan deyil. O, seçilmişlərin seçilmişi olan dahi bir siyasətçinin, Ulu Öndər Heydər Əliyevin özü qədər inandığı siyasi varisi İlham Əliyevdir. Prezidentin təmas xəttinin 200 metr məsafəsində yerləşən Qapanlı kəndində evləri bir-bir gəzməsi, sadə insanlarla səmimi görüşü, balaca uşaqları əyilib öpməsi necə səmimi, gözəl insan olmasından xəbər verirdi. Zərər çəkmiş insanlara öz səmimi qayğısı və sözləri ilə təskinlik verərək, əvvəlkindən də yaxşı şəraitdə yaşayacaqlarına ümid yaradırdı. Sonda camaatla birgə xatirə şəkli çəkdirməsi Prezidentlə xalqın birliyini əks etdirdi.
Mən həmin görüşdən o qədər məmnun qaldım ki, hazırda da bu təəssüratla yaşayıram. Əvvəllər arzulayırdım ki, kaş bir dəfə Ulu Öndərlə görüşə biləydim. Bu, mənə qismət olmamışdı. Çox şükür ki, Ulu Öndərin siyasətinin davamçısı, onun ide-yalarını layiqincə davam etdirən ölkə Prezidenti İlham Əliyev və onun xanımı Mehriban Əliyeva ilə görüş mənə nəsib oldu və düşünürəm ki, bu ailə Azərbaycan xalqına tanrı tərəfindən verilmiş bir töhfədir. Həmişə onlara xoşbəxtlik və cansağlığı arzulayıram.
Bir arzum da var. 3 qoç qurbanı deyirəm. Torpaqlarımız işğaldan tezliklə azad olunsun, o qoçların birini yaşa-dığım Səhlabad kəndində, birini Şuşada, üçüncüsünü isə Lacın rayonunda kəsdirim. Azad edilmiş torpaqlarda ölkə Prezidenti İlham Əliyevlə ikinci dəfə görüşüm. Allah bu arzumun yerinə yetməsini də mənə gismət eləsin.
Validə Mahmudova,
Səhlabad kənd tam orta
məktəbinin direktoru,
şəhid bacısı