• Bir şam digər bir şamı alovlandırmaqla işığından bir şey itirməz.
• Biz Allahdan gələnə razı olsaq, Allah da bizdən razı olar.
• Biz elə bir məxluqlarıq ki, bəzən mələklər insan olmadıqlarına görə üzülür, bəzən də şeytanlar insan olmadıqlarına görə şükür edirlər.
• Bizi doğru yol göstərən, bizi pis əməllərdən çəkindirən namaz beş vaxtda qılınır. Halbuki həqiqi aşiqlər daima namazdadırlar.
•Bu içində olduğun andakı ömürü bir fürsət bil və onunla məşğul ol. Nə keçmişə kədərlən, nə gələcəkdən qorx.
• Burnuna sarımsaq tıxamısan, gül iyi axtarırsan.
• Cahil birinin yanında kitab kimi səssiz ol. Daha ətraflı »
-
20DekƏdəbiyyat Müdrik kəlamlar üçün şərhlər bağlıdır
Teqlər: Ədəbiyyat
-
20NoyƏdəbiyyat GƏLİN VƏ QAYNANA üçün şərhlər bağlıdır
(Rəvayət)
Nəql edirlər ki, bir gəlin qaynanası ilə heç yola getmirmiş, təbii ki, qaynana da öz növbəsində gəlinə “borclu” qalmırmış. Beləcə günləri çox cansıxıcı və darıxdırıcı keçirmiş. Bütün bunlardan bezən gəlin, ata-sının əczaçı dostunun yanına gəlib ağlaya-ağlaya dərdini danışır və ondan zəhər istəyir ki, qaynanasının yeməyinə qatıb ondan canını qurtarsın. Dünya görmüş kişi ona dərman verir və deyir ki, a qızım, sən bu dərmanla onu öldürsən işin üstü açılar və səni də edam edərlər. Sən belə et, bundan onun yeməyinə az-az qat, dilini də şirin et ki, o öləndə səndən şübhələnməsinlər. Gəlin evə gəlib kişinin məsləhətinə əməl edir. Nə hikmətsə qaynana bütünlüklə dəyişir, bunlar elə mehribanlaşırlar ki, necə deyərlər, aralarından su da keçməz olur. Gəlin yenə ağsaqqal əczaçının yanına gəlir və ona deyir ki, mən böyük səhv etmişəm, bu vaxta qədər onun ölümünü istəmişəm. İndi mənə dərman ver, aparım onun bədənini zəhərdən təmizləyim. Kişi gülür və deyir ki, qızım, sənə verdiyim yeməyi dada gətirən ədviyyat idi, zəhər deyildi, zəhər sənin dilin idi ki, o da düzəldi, indi gedin mehriban yaşayın. Dünya güzəşt dünyasıdır, güzəştsiz dünya qaranlığa qərq olar.
Saleh ƏDİLOV
Teqlər: Ədəbiyyat
-
27OktƏdəbiyyat “ŞİL SÖYÜN” üçün şərhlər bağlıdır
(HEKAYƏ)
Kəndimiz ən ucqar dağ kəndlərindəndir. Hər tərəfdən yaşıl yamaclı silsilə dağlarla əhatə olunan bu kənd düzəngah sahədə yerləşir. Kəndin qarşı tərəfindən dağların dibiynən bir neçə bulağın birləşməsindən yaranan kiçik çay axır. Yaz vaxtları bu çay coşur, kükrəyib daşır, hətta mal-qara da apara bilir.
Kəndimizdə yerli kənd sakinlərinin adlarıyla bağlı yer-yurd adları da olub və hələ də qalmaqdadır. “Səyadın yurdu”, “Qaman dərəsi”, “Seyid Əvizər bulağı” və s. Bu yerlərdə aparılan arxeoloji qazıntıların nəticələrinə görə buranın tarixi çox-çox qədimlərə söykənir. Kurqanlar və insanlar tərəfindən düzəldilmiş mağaralar bu dağlarda çoxdur. Əkin yerlərindən bir nəfərlik küp və ailə qəbirləri indi də çıxmaqdadır. Yaxın keçmişdə almanlar da burada yaşayıblar, işləyiblər və hətta dəmir yolu da çəkiblar. Bizim dağların sərvəti almanları da buralara qədər gətirmişdi. Ondoqqu-zuncu əsrin ortalarında qızıllarımızı, misimizi və digər yeraltı sərvətlərimizi çıxarıb aparırmışlar Almaniyaya. Daha ətraflı »Teqlər: Ədəbiyyat
-
27OktƏdəbiyyat Poeziya guşəsi üçün şərhlər bağlıdır
Talıb Məmmədli
ÖMRÜN FƏSİLLƏRİ
Yaz kimi gəldik cahana,
Tər çiçəklər ətri saçdıq.
Pərvazlana-pərvazlana
Şirin-şirin dillər açdıq,
Noğullandıq, noğullandıq.Duyum verdi ömrün yayı,
Duyduq əsil-soyumuzu.
İgidlərin olduq tayı,
Vətən sevdi boyumuzu,
Oğullandıq, oğullandıq.Qayğılardan halı olduq,
Payıza yetdi yaşımız.
Övladlarla bara dolduq,
Bardan əyildi başımız,
Ağıllandıq, ağıllandıq. Daha ətraflı »Teqlər: Ədəbiyyat
-
18AvqƏdəbiyyat Poeziya güşəsi üçün şərhlər bağlıdır
BİLMƏDİM
Həyat çəkdi oda, közə,
Girdim, yan dura bilmədim.
Bəxtim qondu əlyetməzə,
Neynim, endirə bilmədim.Qına, eşqim, qına məni,
Qına dönə-dönə məni.
Çıraq oldun, bir şöləni
Çıxıb, yandıra bilmədim.Dönüb istəyə, mehirə,
Çıxdın ürəkdən zahirə,
Düşdün tilsimə, sehirə,
Qırıb, sındıra bilmədim. Daha ətraflı »Teqlər: Ədəbiyyat
-
18AvqƏdəbiyyat DAĞLARA ÇƏKİLİB üçün şərhlər bağlıdır
Can Vətəndən oldu baha,
Dözüm dedik bu günaha.
İntizardan doyub daha
Ruhum dağlara çəkilib.Kef düşkünü diksin, üşən
Bağrımdı köz üstə bişən.
Təntənədən perik düşən.
Ahım dağlara çəkilib.Talemi bu, qəzamı bu,
Bizə Haqdan cəzamı bu,
Qiyamətdən “vizamı” bu,
Nuhum dağlara çəkilib? Daha ətraflı »Teqlər: Ədəbiyyat
-
18AvqƏdəbiyyat İŞGÜZAR üçün şərhlər bağlıdır
Günəş qalxdı asimana,
Ordan boylandı Orxana.
Orxan yatağından qalxdı,
Pəncərədən çölə baxdı.
Aləm nura boyanmışdı,
Nənə təzdən oyanmışdı.
İndi küpdən dən səpirdi,
Toyuq-cücə dənlənirdi.
Orxan geydi köynəyini,
Daradı ipək telini.
Çıxdı çölə əldə sini,
Salamladı nənəsini.
Gülə-gülə şən səsiylə,
Təbəssümlü çöhrəsiylə
Çevrildi nənəyə sarı:
–Dürmək elə, ver mən yeyim, Daha ətraflı »Teqlər: Ədəbiyyat
-
10AvqƏdəbiyyat 1 AVQUST AZƏRBAYCAN ƏLİFBASI VƏ AZƏRBAYCAN DİLİ GÜNÜDÜR üçün şərhlər bağlıdır
DİL XALQIN ADIDIR, XALQIN ÖZÜDÜR
Dil hər bir millətin maddi və mənəvi irsini qoruyan və inkişaf etdirən ən güclü vasitədir. Ana dili! Nə qədər möhtəşəm, nə qədər müqəddəs, əzəmətli bir qüvvə!
Ana dili! Bir dil ki, mehriban bir vücud öz şəfqət və məhəbbətini o dildə bəyan edir.
Füzuli zirvəli, Vaqif vüqarlı,
Mənim Qorqud dilim, Ələsgər dilim.
Ömrümün naxışı, bəxtimin xalı,
Dadda, şirinlikdə bal, şəkər dilim!Bu dildə şeir də, mahnı da gözəldir. Bu dil zərifdir, incədir, ecazkardır. Nəsimi dözümlü, Füzuli kədərli, Səməd şöhrətli, Bəxtiyar ünvanlı ecazkar dilim. Daha ətraflı »
Teqlər: Ədəbiyyat
-
28İylƏdəbiyyat Duyğu yarpaqları hər an yaşıldı… üçün şərhlər bağlıdır
EVDƏ
AŞIQ ŞƏMŞİR
Cavanlar oynaşır yalda-yamacda,
Mən də pəncərədən baxıram evdə.
Qıçım tutmur qocalığın əlindən,
Yandırıb qəlbimi, yaxıram evdə.
***
Tərlan könül şikar almış sar kimi,
Soluxuram şaxta vurmuş bar kimi.
Xəstə üçün gətirilmiş qar kimi,
Əriyib ocağa axıram evdə.
***
Yoxuş olub indi mənə dolayım,
Hanı başımdakı məclis, olayım?
Elə bil sürtülüb gedib qalayım,
Köhnə qazan kimi paxıram evdə. Daha ətraflı »Teqlər: Ədəbiyyat
-
28İylƏdəbiyyat YATIR üçün şərhlər bağlıdır
MƏZAHİR DAŞQIN
Ana, sən yatdığın qara torpaqda,
Saysız cavan yatır, ixtiyar yatır.
Qapısız, aynasız zülmət otaqda,
Minlərlə sən kimi vəfadar yatır.
***
Gör nələr yazılıb hər baş daşına,
Canlar həsrət qalıb can sirdaşına.
Düşərək hicrana, eşq atəşinə
Min arzu, min dilək, min ilqar yatır.
***
Görməyib əsirlər, qərinələr də
Cahandan köçənlər qayıda bir də.
Kim bilir bəlkə də yatdığın yerdə,
Dünyanı bəzəyən min memar yatır. Daha ətraflı »Teqlər: Ədəbiyyat
Yeni ismarıclar