Ekologiya və Təbii Sərvətlər Nazirliyinin və Tərtər Rayon İcra Hakimiyyətinin birgə təşkilatçılığı ilə “Konstitusiya və Suverenlik İli” çərçivəsində Tərtər çayının sahilində təmizlik aksiyası keçirilib.
Aksiyada Tərtər Rayon İcra Hakimiyyətinin, 9 saylı Regional Ekologiya və Təbii Sərvətlər İdarəsinin əməkdaşları və Tərtər Şəhər Kommunal Təsərrüfatı İdarəsinin kollektivləri aktiv iştirak edib.
Tədbirdə Tərtər Rayon İcra Hakimiyyəti başçısının müavini-Sosial-iqtisadi inkişafın təhlili və proqnozlaşdırılması şöbəsinin müdiri Abbas Cavadov, 9 saylı Regional Ekologiya və Təbii Sərvətlər İdarəsinin əməkdaşı İsrafil Paşayev çıxış edərək bildiriblər ki, tədbirin keçirilməsində məqsəd ölkə ərazisində ətraf mühitin məişət və digər tullantılarla çikləndirilməsinin qarşısının alınması, əhalinin tullantıların düzgün idarə edilməsi ilə ətraf mühitin neqativ təsirlərdən qorunması istiqamətində maarifləndirilməsidir. O cümlədən insanların ətraf mühitin mühafizəsinə münasibətini dəyişməklə ekoloji vəziyyətin yaxşılaşdırılmasında ictimaiyyətin rolunu artırmaq və bu sahədə ictimaiyyətlə əməkdaşlığı gücləndirmək nəzərdə tutulur.
Qeyd olunub ki, bu cür aksiyalar rayon ərazisində mütəmadi olaraq davam etdiriləcəkdir.




Tədbir iştirakçıları əvvəlcə Ümummilli Lider Heydər Əliyevin Tərtər şəhərinin mərkəzində ucaldılan abidəsi önünə gül dəstələri düzüb, xatirəsini ehtiramla yad ediblər.
Şəhid və qazi ailələri ziyarət olunub
Tərtər Rayon İcra Hakimiyyətinin başçısı Müstəqim Məmmədov YAP rayon təşkilatının sədri Eldar Əsədovla birlikdə Poladlı kəndində Birinci Qarabağ müharibəsinin ikinci qrup əlili Abbasov Azad Abbas oğlunun ailəsində olub, ailənin qayğıları ilə maraqlanıblar.
Azərbaycan Respublikası ilə Türkiyə Respublikası arasında 15 iyun 2021-ci il tarixdə müttəfiqlik münasibətləri haqqında Şuşa Bəyannaməsi”nin imzalanması dünyaya bir daha nümayiş etdirdi ki, Azərbaycan-Türkiyə qardaşlığı sarsılmazdır əbədidir. Bu sənəd ölkələrimiz arasındakı müttəfiqlik münasibətlərinin bütün əməkdaşlıq sahələrini əhatə edir.
Prezident İlham Əliyevin müvafiq Sərəncamı ilə 2025-ci ilin “Konstitusiya və Suverenlik İli” elan edilməsi ilə əlaqədar Tərtər Rayon İcra Hakimiyyətinin təsdiq etdiyi Tədbirlər Planına uyğun olaraq Tərtər Rayon İcra Hakimiyyətinin təşkilatçılığı ilə Tərtər şəhəri ərazisində növbəti iməcilik aksiyası keçirilib.
İsti yay günlərində kəndimizdəki subartezian quyularından biri işləmirdi. Rayon rəhbəri əhali ilə görüş keçirərkən, bu məsələni onun diqqətinə çatdırdıq.
Kənddə yaşayanların qayğıları heç zaman bitmir. Bunlardan ən başlıcası suvarma ilə bağlıdır. Kəndlinin suyu varsa, üzü güləcək, məhsulu bol olacaq.

Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətinin (SHXÇDX) rəisi Mürsəl İbrahimov mayın 16-da Tərtər rayonunda yerləşən Heydər Əliyev Mərkəzində Tərtər, Bərdə, Ağcabədi, Ağdam, Füzuli, Laçın və Xocalı rayonlarından olan vətəndaşları qəbul edib.
Azərbaycan ilə Avropa İttifaqı (Aİ) arasında münasibətlərin əsas sütunlarından biri enerji əməkdaşlığıdır. Xəzər hövzəsinin zəngin karbohidrogen ehtiyatlarına malik olan Azərbaycan həm enerji istehsalçısı, həm də etibarlı tranzit ölkəsi kimi Aİ üçün strateji əhəmiyyət kəsb edir. Azərbaycanın mövqeyi regional və qlobal enerji təhlükəsizliyindəki artan rolu ilə daha da əhəmiyyətli olub. Artan əhəmiyyətin əsas səbəbi Azərbaycanın enerji bazarlarına inteqrasiyası və Aİnin enerji şaxələndirmə siyasətində oynadığı açar roludur. Aİnin enerji təhlükəsizliyi və şaxələndirmə strategiyalarının tərkib hissəsi olan Azərbaycan, həmçinin yaşıl enerji sahəsindəki təşəbbüslərlə bu əməkdaşlığın yeni mərhələsinə qədəm qoymuşdur.

Bu günlərdə Milli Məclisin deputatı Anar Məmmədov Tərtər Rayon İcra Hakimiyyəti başçısının birinci müavini Elvin Umudov, YAP Tərtər Rayon Təşkilatının sədri Eldar Əsədov və Qafqaz Müsəlmanları İdarəsinin səlahiyyətli nümayəndəsi, Tərtər Cümə Məscidinin imamı Sadiq Cəfərovla birlikdə Əskipara kəndində şəhid Ayşad Əzizovun ailəsini ziyarət edib, ailənin qayğıları ilə maraqlanıblar.
Yeni ismarıclar