Saytın ümumi statistikası:

Saytda məqalələrin sayı - 5,523
Saytda ismarıcların sayı - 0

Arxiv

  • 07Okt
    Təhsil MÜƏLLİMLƏR GÜNÜ QEYD OLUNDU üçün şərhlər bağlıdır

    %d0%b8%d0%b7%d0%be%d0%b1%d1%80%d0%b0%d0%b6%d0%b5%d0%bd%d0%b8%d0%b5-076Beynəlxalq Müəllimlər Günü münasibəti ilə rayonun təhsil işçilərinin bayram toplantısı keçirilib. Tədbir iştirakçıları əvvəlcə Ulu Öndərin xatirəsini yad edərək, abidəsi önünə gül-çiçək dəstələri düzüblər. Sonra tədbir rayon Gənclər Mərkəzində davam etdirilib.
    Təhsil şöbəsinin müdiri Surxay Mirzəyev Prezident İlham Əliyevin milli təhsilə göstərdiyi diqqət və qayğıdan və rayonda təhsil sahəsində qazanılan uğurlardan söhbət açıb.dsc_7694
    Qaradağlı kənd tam orta məktəbinin direktoru Eldəniz Ələsgərov, Güləbatlı kənd tam orta məktəbinin riyaziyyat müəllimi İradə Mustafayeva, Umudlu kənd tam orta məktəbinin təşkilatçı müavini Xuraman Axundova və şəhər 2 saylı məktəb-liseyin ibtidai sinif müəllimi Mehriban Abbasova çıxış edərək bayram sevinclərini bölüşüblər.
    Tədbirdə iştirak edən rayon icra hakimiyyətinin başçısı Müstəqim Məmmədov müəllimləri peşə bayramları münasibəti ilə təbrik edərək, ölkəmizdə təhsil sahəsində həyata keçirilən uğurlu islahatlardan danışıb.
    Qeyd edib ki, rayonumuzda sayılıb-seçilən, adlı-sanlı müəllimlərimiz çoxdur. Onlardan 5 nəfəri “Əməkdar müəllim” adına, 4 nəfəri “Tərəqqi” medalına, 4 nəfər “Qabaqcıl maarif xadimi” döş nişanına layiq görülüb. Bayram günündə isə Qaradağlı kənd tam orta məktəbinin direktoru Eldəniz Ələsgərov “Qabaqcıl maarif xadimi” döş nişanı ilə, şəhər 2 saylı məktəb-liseyin müəllimi Mehriban Abbasova isə Təhsil Nazirliyi tərəfindən Fəxri Fərmanla təltif ediliblər.
    Tədbirdə bir qrup müəllimə rayon icra hakimiyyəti və YAP rayon təşkilatı tərəfindən Fəxri Fərmanlar və qiymətli hədiyyələr təqdim edilib.

    Teqlər:

  • 20Sen
    Təhsil YENİ TƏDRİS İLİ BAŞLANDI üçün şərhlər bağlıdır

    %d0%b8%d0%b7%d0%be%d0%b1%d1%80%d0%b0%d0%b6%d0%b5%d0%bd%d0%b8%d0%b5-2270481 sayılı tam orta məktəb. Ötən tədris ili məktəb üçün xüsusilə uğurlu olub. Bu tədris ocağı respublika üzrə “Ən yaxşı ümumtəhsil məktəbi” adına, məktəbin direktoru Nəcibə Muradova isə Təhsil Nazirliyinin xüsusi diplomuna layiq görülüb.
    Yüksək fəxri adlar məktəb kollektivinin gərgin zəhmətinin, ardıcıl qazanılan uğurlarının nəticəsidir. Bu barədə “Bilik Günü” münasibəti ilə məktəbdə keçirilən bayram tədbirində geniş söhbət getdi. Tədbirə toplaşanları yeni dərs ilinin başlanması münasibəti ilə ürəkdən təbrik edən Nəcibə müəllim qürur hissi ilə bildirdi ki, məktəbin builki 51 məzunundan 32 nəfəri universitetlərə qəbul olunub. Onlardan 4 nəfəri xaricdə təhsil alacaq. 8 nəfər məzun isə respublikamızdakı müxtəlif kolleclərdə oxuyacaq.
    100 ildən artıq şanlı ənənələrə malik, yüzlərlə alim, tanınmış şəxsiyyətlər yetişdirən bu məktəbdə oxumaq istəyənlərin sayı ildən-ilə artır. Elə cari tədris ilində birincilərin sayı 117-yə çatıb. Bunlardan 37-si rus bölməsində təhsil alacaq. Daha ətraflı »

    Teqlər:

  • 19Sen
    Təhsil TƏHSİL İŞÇİLƏRİNİN SENTYABR KONFRANSI üçün şərhlər bağlıdır

    dsc_4147-%d0%ba%d0%be%d0%bf%d0%b8%d1%80%d0%be%d0%b2%d0%b0%d1%82%d1%8c%d0%b8%d0%b7%d0%be%d0%b1%d1%80%d0%b0%d0%b6%d0%b5%d0%bd%d0%b8%d0%b5-057Rayonun təhsil işçilərinin sentyabr konfransı keçirildi. Təhsil işçiləri əvvəlcə mərkəzi meydanda Ulu Öndərin xatirəsini yad edərək abidəsinin önünə gül-çiçək dəstələri qoydular. Tədbir Mədəniyyət Mərkəzinin zalında davam etdirildi.
    Tədbirdən öncə torpaqlarımızın azadlığı uğrunda həlak olmuş şəhidlərimizin xatirəsi bir dəqiqəlik sükutla yad olundu.
    Sonra rayon təhsil şöbəsinin müdiri Surxay Mirzəyev “2015-2016-cı dərs ilinin yekunları və yeni tədris ilində qarşıda duran vəzifələr barədə” məruzə etdi.
    Məruzə ətrafında Köçərli kənd tam orta məktəbin direktoru Nizami Hüseynov, Ələsgərli kənd tam orta məktəbin məzunu Vəfa Əlizadə, şəhər 1 saylı tam orta məktəbin direktoru Nəcibə Muradova, 632 bal toplamış Nərmin Qasımo-vanın valideyni Almaz Qasımova, Qapanlı kənd tam orta məktəbin direktoru Fitat Əliyeva, Zolgörən kənd tam orta məktəbin gənc müəllimi Şəhanə İmanzadə çıxış etdilər.
    Tədbirdə iştirak edən Azərbaycan Respublikasının Təhsil Problemləri İnstitutunun əməkdaşı Şükür Qəribov çıxış edərək təhsil işçilərini yeni dərs ili münasibəti ilə təbrik etdi və qarşıda duran vəzifələrdən danışdı. Daha ətraflı »

    Teqlər:

  • 07Sen
    Təhsil TƏLƏBƏ ADINI QAZANMIŞ GƏNCLƏRLƏ GÖRÜŞ üçün şərhlər bağlıdır

    DSC_3474DSC_3559 (Копировать)Rayon Mədəniyyət Mərkəzində ali təhsil və orta ixtisas məktəblərinə qəbul olmuş tələbələrlə görüş keçirilmişdir. Tədbir iştirakçıları əvvəlcə mərkəzi meydanda Ulu Öndərin abidəsi önünə gül-çiçək dəstələri qoymuşlar. Sonra tədbir Mədəniyyət Mərkəzində davam etdirilmişdir. Tədbirdə Tərtər rayonundan Milli Məclisə deputat seçilmiş Sahib Alıyev, Milli Məclisin İqtisadi Siyasət-Sənaye və Sahibkarlıq Komitəsinin sədr müavini Ağalar Vəliyev də iştirak etmişlər.
    Yığıncaq iştirakçıları əvvəlcə Ulu Öndərin və torpaqlarımız uğrunda həlak olmuş şəhidlərin xatirəsini bir dəqiqəlik sükutla yad etmişlər.
    Sonra rayon təhsil şöbəsinin müdiri Surxay Mirzəyev tələbə adını qazanmış gəncləri təbrik edərək, bildirmişdir ki, rayonda 34 tam, 10 ümumi orta, 3 ibtidai məktəb fəaliyyət göstərir. Həmin məktəblərdə 9387 nəfər şagirdin təlim-tərbiyəsi ilə 1240 nəfər müəllim məşğul olur. Müəllimlərin əməyi dövlətimiz tərəfindən həmişə yüksək qiymətləndirilir. Bunu rayonumuzun müəllimlərinin timsalında da aydın görürük. Təhsil işçilərimizdən 7 nəfər “Əməkdar müəllim” adına, 4 nəfər isə “Tərəqqi” medalına layiq görülüb. Ötən il şəhər 1 saylı tam orta məktəb “Ən yaxşı ümumtəhsil məktəbi” müsabiqəsində birinci yeri qazanıb.
    Surxay Mirzəyev bildirmişdir ki, bu il tam orta məktəbləri bitirən 669 nəfər məzundan 350 nəfəri ali məktəblərə sənəd vermişdir. 193 nəfər ali, 84 nəfər isə orta-ixtisas məktəblərinə qəbul olmuşdur. 7 nəfər 600-dən, 19 nəfər isə 500-dən yuxarı bal toplamış, 3 nəfər C.Naxçıvanski adına hərbi liseyə daxil olmuşdur. Şöbə müdiri təhsilə göstərilən diqqət və qayğıya görə Respublika Prezidentinə öz minnətdarlığını bildirmişdir. Daha ətraflı »

    Teqlər:

  • 29Avq
    Təhsil KİMYA ELMİ SİRLƏR XƏZİNƏSİDİR üçün şərhlər bağlıdır

    ScanBuruc kənd tam orta məktəbinin məzunu Ceyhun Əliyevin attestatında fransız dilindən başqa bütün qiymətləri “əla”dır. Yanlız xarici dildən “4” alıb. Söz verir ki, tələbəlik illərində bu qiymətini də “əla”ya çevirəcək. Axı, hansı ixtisası seçirsən-seç, müasir dövrdə xarici dilə də mükəmməl yiyələnməlisən.
    Ceyhun 632 balla Qafqaz Universitetinin kimya mühəndisliyi fakültəsinə qəbul olub. O deyir ki, kimya fənni bəzilərinə çox çətin görünür. Amma həqiqətdə belə deyil. Kimyanı öyrəndikcə bu elmə maraq artır, onu incəliklərinə qədər bilmək istəyirsən.
    Ceyhunun anası Sevinc xanım ixtisasca kimya müəllimidir. Uşaqlıqdan özü oğlu ilə məşğul olub. İndi onun da sevincinin həddi-hüdudu yoxdur. Çünki həm müəllim kimi, həm də ana kimi zəhmətinin bəhrəsini görür.
    Müəllimləri də, məktəb yoldaşları da bildirirlər ki, Ceyhun olduqca zəhmət-keş və çalışqan olmaqla yanaşı, həm də sadə və təvazökardır. Yoldaşlarından ötrü əlindən gələni etməyə hazırdır.
    Aprel hadisələri Köçərli kəndinin həyatında silinməz izlər qoydu. Üç dəfə kəndə düşmən mərmisi düşdü. Ceyhunun və digər gənclərin uğuru o qaranlıq gecələrin işıqlı davamıdır. Gələcək yolunuz da həmişə işıqlı olsun, Ceyhun!

    Teqlər:

  • 29Avq
    Təhsil RƏFİQƏLƏRİN UĞURU üçün şərhlər bağlıdır

    DSC_3007DSC_3003Bu qızlar rayonumuzun 600-dən yuxarı bal toplayan abituriyentləri arasındadırlar. Nərmin və Pərvanə –hər ikisi Qaradağlı kənd tam orta məktəbinin məzunlarıdır, həm də eyni sinifdə təhsil alıblar. İkisi də sınaq imtahanlarında birgə yarışardılar, eyni müəllimlərin yanında hazırlaşardılar. Bu gün bu qızların arzuları reallaşıb, həyəcanlı günləri arxada qalıb. Hər biri II qrupda imtahan verərək yüksək bal–Nərmin 625 bal toplayaraq Azərbaycan Prezidenti yanında Dövlət İdarəçilik Akademiyasının davamlı inkişafın idarə edilməsi fakültəsinə, Pərvanə isə 622 balla Azərbaycan Dövlət İqtisad Universi-tetinin iqtisadiyyat fakültəsinə qəbul olunub. Nərminin də, Pərvanənin də sevinci hədsizdir. Qızlar gələcək arzularından və uğur qazanmalarında zəhməti olan valideyn və müəllimlərindən ürəkdolusu danışdılar.
    Nərminin dediklərindən: – Böyük bacılarım Gülnar və Azadə ali məktəblərdə oxuyanda məndə bir həsəd hissi yaranmışdı, üzərimdə ciddi çalışırdım ki, mütləq mən də ali məktəb tələbəsi olmalıyam. Eşidəndə ki altıyüzdən yuxarı bal toplamışam, bir an gözlərimə və qulaqlarıma inanmadım. Indi isə qürur hissi keçirirəm. Üzərimdə zəhməti olan hər kəsə minnətdaram. Daha ətraflı »

    Teqlər:

  • 29Avq
    Təhsil NƏRMİNİN SEVİNCİ üçün şərhlər bağlıdır

    DSC_2893Nərmin Rzazadə Sarov kənd tam orta məktəbini bu il bitirib. Sənədlərini III qrup üzrə vermişdi, Xarici Dillər Universitetinə qəbul olundu. Bu çalışqan qız orta məktəb illərində olduğu kimi, ali məktəbə imtahan verdiyi zaman da yüksək bilik səviyyəsini nümayiş etdirdi. Tərtər rayonu üzrə 600-dən çox bal toplayan 7 nəfər şagirdin ikincisi oldu.
    O, bu uğurunda məktəbdə ona dərs deyən bütün müəllimlərinə, eləcə də təlim-tərbiyə işləri üzrə direktor müavini işləyən anası Almaz müəlliməyə minnətdarlığını bildirdi. Qeyd etdi ki, orta məktəb illərində olduğu kimi, ali məktəb həyatında da yaxşı oxuyacaq, universiteti əla qiymətlərlə başa vurub, vətənimizə layiqli övlad olmağa çalışacağam.
    Sənə uğurlar diləyirik, Nərmin! Ümidvarıq ki, bu qabaqcıllığı ali məktəb illərində də daim saxlayacaqsan.

    Teqlər:

  • 29Avq
    Təhsil 7 NƏFƏRDƏN BİRİ üçün şərhlər bağlıdır

    DSC_2891Sücayət Abbaslının ta uşaqlıqdan bir arzusu vardı: hüquqşünas olub, qanunların keşiyində durmaq, haqqı, ədaləti müdafiə etmək.
    Gülabatlı kənd tam orta məktəbinin adını yüksəldən müdavimlərdən biri də məhz Sücayət Abbaslıdı. O, bu il III qrup üzrə imtahan verərək 626 balla Bakı Dövlət Universitetinin hüquq fakültəsinə daxil olub. Rayon üzrə 600-dən çox bal toplayan 7 nəfərin dördüncüsüdür Sücayət. O, bu uğurunda ona dərs deyən həm müəllimlərinin, həm də məktəbin dil-ədəbiyyat müəllimi–anası Vəfa Quliyevanın da adını iftixarla çəkdi. Dedi ki, biz ailədə 3 uşağıq. Iki qız, bir oğlan. Məndən böyük bacım Günel ötən il orta məktəbi bitirən kimi Tibb Universitetinə daxil olub. Indi ikinci kursdadır.
    Anam evdə bizimlə çox ciddi davranır, həmişə yaxşı oxumağımız, əlaçı olmağımız üçün var qüvvəsi ilə çalışır. Bu gün ailədə atamla anamın sevinci hədsizdir. Anam deyir ki, Sücayət, Günel, siz bu uğurunuzla həm məktəbimizin, həm də kəndimizin adını yüksəltmisiniz. Allah sizə yar olsun. Çalışın ki,hər ikiniz ali məktəb illərində də bu əlaçılığı, bu qabaqcıllığı əldə saxlayasınız.

    ­­­­­­­

    Teqlər:

  • 29Avq
    Təhsil GƏLƏCƏYİN HÜQUQŞÜNASI üçün şərhlər bağlıdır

    002622 balla Bakı Dövlət Universitetinin hüquq fakültəsinə daxil olan Sevinc Mürsəlli Xoruzlu kənd tam orta məktəbinin məzunudur. Humanitar fənnləri, xüsusən də ingilis dilini gözəl bildiyinə görə o, məhz bu fakültəni seçmişdir. Amma burada bir məqam da var. Tələbə qız deyir ki, vaxtilə bu peşəni seçmək onun atasının arzusu olub. Ancaq atası universitetin hüquq yox, tarix fakültəsini bitirib. Oğul və ya qız, fərqi yoxdur, uşaqlar bu həyatda valideynlərinin davamçıları olmalı, onların arzularını yerinə yetirməlidirlər.
    Buna görə Sevinc də məktəb illəri ərzində öz üzərində çox ciddi çalışıb, istirahət nə olduğunu bilməyib. İndi zəhmətinin bəhrəsini görür.
    Sevinc Mürsəlli onu da bildirdi ki, indi tələbə adını qazanan gənclər çox məsuliyyətli və çətin yolun başlanğıcındadırlar. Bundan sonra da yaxşı oxumaq lazımdır ki, onlara böyük ümid bəsləyən valideynlərin, müəllimlərin, ən əsası isə, cəmiyyətimizin etimadını doğrultsunlar.

    “Yeni Tərtər”

    Teqlər:

  • 08Avq
    Təhsil “ƏN YAXŞI TƏQDİMAT” MÜSABİQƏSİNİN QALİBİ üçün şərhlər bağlıdır

    IMG-20160620-WA0002Məktəblərimizdə yay tətili başlayıb. Sirr deyil ki, bəzi şagirdlər “Son zəng” günü məktəbli çantasını evə gətirib, bir də “Bilik günü”ndə onu əllərinə alacaqlar. Elələri də var ki, tətil günləri onlardan ötrü qazandıqları uğurları, bilikləri daha da zənginləşdirmək üçün əvəzsiz bir zamandır. Belə şagirdlərdən biri şəhər 6 saylı tam orta məktəbinin fəxri sayılan Banu Cəfərlidir.
    Ötən dərs ili Banudan ötrü xüsusilə əlamətdar olub. O, Ümummilli Li-der Heydər Əliyevin anadan olmasının 93-cü il-dönümü münasibəti ilə keçirilən “Ən yaxşı təqdimat” müsabiqəsində iştirak edərək respublika üzrə birinci yerə layiq görülüb, Azərbaycan Respublikası Təhsil Nazirliyinin diplomunu və qiymətli hədiyyə alıb.
    Gülüstan Sarayında keçirilən mükafatlandırma mərasimində məktəbli qızı təhsil naziri Mikayıl Cabbarov, Baş nazirin müavini Əli Əhmədov, respublikadakı müxtəlif universitetlərin rektorları təbrik ediblər. Daha ətraflı »

    Teqlər: