Tərtər Rayon İcra Hakimiyyəti Başçısının növbəti səyyar qəbul-görüşü Təzəkənd kəndində olub.
Qəbulda rayon icra hakimiyyətinin, hüquq-mühafizə orqanlarının, səhiyyə, təhsil, mədəniyyət, digər xidmət təşkilatlarının rəhbərləri, ərazi icra nümayəndələri, bələdiyyə sədrləri və kənd sakinləri iştirak ediblər.
Əvvəlcə Qaradağlı kənd İƏD üzrə nümayəndə Razil Məmmədov
görülən işlər barədə məlumat verib.
Sonra vətəndaşların müraciətləri dinlənilib. Təzəkənd kənd ümumi orta məktəbinin direktoru Azər Həsənovun, sakinlərdən Rəşid Məmmədovun, Ziyəddin Qasımovun və digərlərinin də müraciətləri dinlənilib.
Qaldırılan məsələlər barədə əlaqədar qurumlara aidiyyəti tapşırıqlar verilib.
-
18MayTərtər RİH-də NÖVBƏTİ SƏYYAR QƏBUL-GÖRÜŞ üçün şərhlər bağlıdır
Teqlər: Tərtər RİH-də
-
08MayTərtər RİH-də QARAĞACI KƏNDİNDƏ SƏYYAR QƏBUL-GÖRÜŞ üçün şərhlər bağlıdır
Rayon icra hakimiyyətinin başçısı Müstəqim Məmmədovun növbəti səyyar görüş-qəbulu cəbhə xəttinə yaxın olan Qarağacı kəndində keçirildi. Həmişəki kimi tədbirdə rayon icra hakimiyyətinin işçiləri, hüquq-mühafizə orqanlarının nümayəndələri, idarə-müəssisə rəhbərləri, kənd sakinləri iştirak edirdi.
Tədbiri icra başçısı Müstəqim Məmmədov açdı. Sonra Qarağacı kənd icra nümayəndəsi Lətif Həmidov kənd haqqında məlumat verdi. Bildirdi ki, nümayəndəliyimiz Qarağacı, Qapanlı və Qaradağlı kəndlərini əhatə edir.
Tədbirdə çıxışlar oldu. Qarağacı kənd tam orta məktəbinin direktoru Məzahir Quliyev, kənd ağsaqqalı Sabir Quliyev sakinlərdən Eldar Məmmədov, Cəsur Əhmədov, Tofiqə Əhmədova görülən işlərdən və ərazidə olan bəzi çatışmazlıqlardan danışdılar. Daha ətraflı »Teqlər: Tərtər RİH-də
-
27AprTərtər RİH-də RAYONDA 2018-ci İLİN BİRİNCİ RÜBÜNÜN SOSİAL-İQTİSADİ İNKİŞAFININ YEKUNLARINA VƏ QARŞIDA DURAN VƏZİFƏLƏRƏ HƏSR OLUNMUŞ HESABAT YIĞINCAĞI KEÇİRİLİB üçün şərhlər bağlıdır
Rayon Gənclər Mərkəzində 2018-ci ilin birinci rübünün sosial-iqtisadi inkişafının yekunlarına və qarşıda duran vəzifələrə həsr olunmuş hesabat yığıncağı keçirilib.
Yığıncaqda hesabat məruzəsi ilə çıxış edən Tərtər Rayon İcra Hakimiyyətinin başçısı Müstəqim Məmmədov bildirib ki, 2018-ci ilin birinci rübü də sosial-iqtisadi inkişaf baxımından rayonumuz üçün uğurlu olmuşdur. Cənab Prezidentin daimi diqqət və qayğısı ilə tərtərlilər əvvəlki illərdə olduğu kimi, cari ilin birinci rübündə də bütün imkanlardan səmərəli istifadə etmişlər. Rayonumuzda quruculuq-abadlıq işlərinin aparılması davam etdirilmiş, infrastrukturun yaxşılaşdırılması, adamları narahat edən çətinliklərin, problemlərin aradan qaldırılması diqqət mərkəzində saxlanılmışdır. Daha ətraflı »Teqlər: Tərtər RİH-də
-
27AprTərtər RİH-də Kəndlərdə səyyar qəbul-görüşlər üçün şərhlər bağlıdır
MİNNƏTDARLIQ İFADƏ OLUNDU
Tərtər Rayon İcra Hakimiyyəti Başçısının növbəti səyyar qəbul-görüşü Hüsənli kəndində olub.
Qəbulda rayon icra hakimiyyətinin, hüquq-mühafizə orqanlarının, səhiyyə, təhsil, mədəniyyət, digər xidmət təşkilatlarının rəhbərləri, ərazi icra nümayəndələri, bələdiyyə sədrləri və kənd sakinləri iştirak ediblər.
Əvvəlcə Hüsənli kənd İƏD üzrə nümayəndə Gülüstan Əhmədova kəndin sosial-iqtisadi inkişafı, əhalinin məşğuliyyəti, görülən işlər və mövcud problemlər barədə məlumat verib.
Sonra vətəndaşların müraciətləri dinlənilib.
Kənd ağsaqqalı Yusif Ağayev, məktəbin direktoru Cümşüd Həsənov, sakinlərdən Elşən Məmmədov, Məhərrəm Heydərov, Şöhlət Hüseynov, Şəmsi Əhmədov müxtəlif məsələlərlə bağlı müraciət ediblər. Müraciətlərin həlli barədə əlaqədar qurumlara tapşırıqlar verilib. Daha ətraflı »Teqlər: Tərtər RİH-də
-
19AprTərtər RİH-də XORUZLU KƏNDİNDƏ SƏYYAR QƏBUL-GÖRÜŞ üçün şərhlər bağlıdır
Xoruzlu kəndində Tərtər Rayon İcra Hakimiyyəti Başçısının səyyar qəbul-görüşü olub.
Qəbulda Milli Məclisin deputatı Sahib Alıyev, rayon icra hakimiyyətinin, hüquq-mühafizə orqanlarının, səhiyyə, təhsil, mədəniyyət, digər xidmət təşkilatlarının rəhbərləri, ərazi icra nümayəndələri, bələdiyyə sədrləri və kənd sakinləri iştirak ediblər.
Əvvəlcə Xoruzlu kənd İƏD üzrə nümayəndə Fazil Əbdüləzimov kəndin sosial-iqtisadi inkişafı, əhalinin, məşğuliyyəti, görülən işlər barədə məlumat verib.
Sonra vətəndaşların müraciətləri dinlənilib. Xoruzlu kənd ağsaqqalı Vəli Xasıyev çıxış edərək kənd sakinləri adından 11 aprel Prezident seçkilərində cənab İlham Əliyevin parlaq qələbəsi ilə bağlı ürək sözlərini bildirib. Qeyd olunub ki, kəndin sosial problemləri həll edilib. Daha ətraflı »Teqlər: Tərtər RİH-də
-
29MarTərtər RİH-də SÖYLƏN KƏNDİNDƏ SƏYYAR GÖRÜŞ-QƏBUL üçün şərhlər bağlıdır
Tərtər Rayon İcra Hakimiyyəti Başçısının növbəti səyyar qəbul-görüşü Söylən kəndində keçirilib.
Əvvəlcə Söylən kənd İƏD üzrə nümayəndə Mətləb Əsədov kəndin sosial-iqtisadi inkişafı barədə məlumat verib.
Sonra vətəndaşların müraciətləri dinlənilib. Söylən kənd tam orta məktəbin direktoru Akif Xəlilov, körpələr evi-uşaq bağçasının müdiri Esmira Məmmədova, kənd sakinlərindən Arzu Quluyev, Eldəniz Atayev görülən işlər və mövcud nöqsanlar barədə çıxış ediblər.
Qəbulda sakinlərə bildirilib ki, respublika Prezidentinin 5 mart 2018-ci il tarixli Sərəncamı ilə onların kəndi ilə yanaşı təbii qaz olmayan rayonumuzun daha 7 kəndinə də yaxın günlərdə qaz çəkilişi işlərinə başlanılacaqdır. Bununla da rayonumuzun ərazisinin qazlaşması 100 %-ə çatacaqdır. Daha ətraflı »Teqlər: Tərtər RİH-də
-
14MarTərtər RİH-də Rayon icra hakimiyyəti başçısının səyyar görüş-qəbulları üçün şərhlər bağlıdır
QARADAĞLI KƏNDİRayonumuzda və eləcə də kəndlərdə sosial-iqtisadi problemlər həll olunduqca, əhalinin rayon rəhbərliyinə müraciətlərinin sayı da azalır. Bunun əsas və başlıca səbəbləri rayon icra hakimiyyəti başçısının kəndlərdə vaxtaşırı keçirdiyi səyyar görüşqəbullardır. Belə görüşlərdə kənd sakinlərinin bir çox problemləri elə yerindəcə öz həllini tapır.
Növbəti görüşlər rayonumuzun Qaradağlı kəndində keçirildi. Həmişəki kimi yenə də səyyar görüş-qəbulda rayonun hüquq-mühafizə orqanlarının rəhbərləri, idarə-müəssisələrin müdirləri, Qaradağlı, Təzəkənd və qonşu Kəngərli kənd-lərinin sakinləri iştirak edirdilər.
Tədbiri rayon icra hakimiyyətinin başçısı Müstəqim Məm-mədov açdı. Sonra Qaradağlı kənd İƏD üzrə nümayəndə Razil Məmmədov kənd haqqında ətraflı məlumat verdi. Daha ətraflı »Teqlər: Tərtər RİH-də
-
14MarTərtər RİH-də BEYNƏLXALQ QADINLAR GÜNÜ TƏNTƏNƏ İLƏ QEYD OLUNDU üçün şərhlər bağlıdır
Tərtərli qadınlar rayonun ictimai-siyasi və mədəni həyatında fəal iştirak edirlər. Rayon əhalisinin 52,29 faizini qadınlar təşkil edir. Rayon qadınlarının 4365 nəfəri təhsil, səhiyyə, mədəniyyət müəssisələrində, 59 nəfəri dövlət qulluğunda çalışır. Rəhbər vəzifələrdə 51 nəfər qadın işləyir. Təhsilin inkişafında xidmətlərinə görə 6 nəfər qadın “Əməkdar müəllim” adına layiq görülüb, 8 qadın “Tərəqqi” medalı ilə təltif olunub.
Bu fikirlər rayonumuzda 8 mart-Beynəlxalq Qadınlar Günü münasibətilə keçirilən bayram tədbirində səsləndirilib. Süfrə arxasında keçirilən mərasimdə rayon ictimaiyyətinin nümayəndələri, idarə, müəssisə və təşkilatlarında çalışan qa-dınlar, şəhid anaları, ağbirçəklər iştirak edib. Daha ətraflı »Teqlər: Tərtər RİH-də
-
07MarTərtər RİH-də TƏRTƏR RAYON İCRA HAKİMİYYƏTİNİN BAŞÇISI MÜSTƏQİM MƏMMƏDOVUN 8 MART –BEYNƏLXALQ QADINLAR GÜNÜ MÜNASİBƏTİ İLƏ QADINLARIMIZA TƏBRİKİ üçün şərhlər bağlıdır
Hörmətli ana və bacılar! Sizin hər birinizi Beynəlxalq Qadınlar Günü münasibəti ilə ürəkdən təbrik edir, cansağlığı, ailə xoşbəxtliyi, çalışdığınız sahədə müvəffəqiyyətlər arzulayıram!
Qeyd etmək istəyirəm ki, Azərbaycanın istiqlal yolu qadın azadlığı hərəkatından heç zaman ayrılmayıb. Təsadüfi deyil ki, Şərqdə ilk Demokratik Respublika olan Xalq Cümhuriyyətinin tarixi qərarlarından biri də qadınlarımıza seçki hüququnun verilməsi olub. Qadının azad olmadığı cəmiyyət özünü azad saya bilməz. Bu, dədə-babalarımızın bizdən ötrü müəyyən etdiyi yoldur.
Azərbaycan ikinci dəfə müstəqillik əldə etdikdən sonra ölkəmizdə qadın hərəkatının çiçəklənmə dövrü yaşanır. Bu, ilk növbədə Azərbaycanın Birinci vitse-prezidenti Mehriban xanım Əliyevanın fəaliyyəti ilə bağlıdır. Bu fəaliyyət həm ölkəmiz daxilində, həm də xaricdə bəyənilir və alqışlanır. Daha ətraflı »Teqlər: Tərtər RİH-də
-
07MarTərtər RİH-də RAYON İCRA HAKİMİYYƏTİ BAŞÇISININ SƏYYAR GÖRÜŞ-QƏBULLARI üçün şərhlər bağlıdır
Bəyimsarov kəndi Səhlabad kəndi Rayon icra hakimiyyəti başçısının növbəti səyyar görüş-qəbulu rayonun Bəyimsarov kəndində keçirildi. Qəbulda hüquq mühafizə, orqanlarının rəhbərləri, səhiyyə, təhsil, mədəniyyət, sahələrinin məsul işçiləri, ərazi icra nümayəndələri, bələdiyyə sədrləri və KİV təmsilçiləri iştirak etdilər.
Əvvəlcə Bəyimsarov kənd İƏD üzrə nümayəndə Surxay Hüseynov kənd haqqında ətraflı məlumat verdi.
Sonra ağsaqqal Bəhmən Bayramov rayonda, eləcə də kəndlərində geniş vüsət alan abadlıq-quruculuq işlərindən, kəndin fasiləsiz elektrik enerjisi, təbii qaz və içməli su ilə təmin olunmasından razılıq hissi ilə danışdı. Kəndlərində internetin zəif olduğunu qeyd etdi.
Vaqif Əliyev kənd mədəniyyət evinin, Bəyimsarov kənd tam orta məktəbin direktoru Elşən İsayev məktəbin, kənd xəstəxanasının baş həkimi Mehriban Hüseynova xəstəxananın təmiri ilə bağlı müraciət etdilər. Daha ətraflı »Teqlər: Tərtər RİH-də
Yeni ismarıclar