Saytın ümumi statistikası:

Saytda məqalələrin sayı - 5,523
Saytda ismarıcların sayı - 0

Arxiv

  • 07Mar

    Hörmətli ana və bacılar! Sizin hər birinizi Beynəlxalq Qadınlar Günü münasibəti ilə ürəkdən təbrik edir, cansağlığı, ailə xoşbəxtliyi, çalışdığınız sahədə müvəffəqiyyətlər arzulayıram!
    Qeyd etmək istəyirəm ki, Azərbaycanın istiqlal yolu qadın azadlığı hərəkatından heç zaman ayrılmayıb. Təsadüfi deyil ki, Şərqdə ilk Demokratik Respublika olan Xalq Cümhuriyyətinin tarixi qərarlarından biri də qadınlarımıza seçki hüququnun verilməsi olub. Qadının azad olmadığı cəmiyyət özünü azad saya bilməz. Bu, dədə-babalarımızın bizdən ötrü müəyyən etdiyi yoldur.
    Azərbaycan ikinci dəfə müstəqillik əldə etdikdən sonra ölkəmizdə qadın hərəkatının çiçəklənmə dövrü yaşanır. Bu, ilk növbədə Azərbaycanın Birinci vitse-prezidenti Mehriban xanım Əliyevanın fəaliyyəti ilə bağlıdır. Bu fəaliyyət həm ölkəmiz daxilində, həm də xaricdə bəyənilir və alqışlanır.
    Rayonumuzun ümumi əhalisinin yarıdan çoxunu qadınlar təşkil edirlər. Bu gün qadınlarımız ailə ocağının qoruyucusu, ana olmaqla yanaşı, həm də müxtəlif sahələrdə uğurlu fəaliyyət göstərirlər. Fəxrlə bildirmək istəyirəm ki, indi ziyalı qadınlarımızla yanaşı rayonumuzda sahibkar qadınlar təbəqəsi formalaşıb. Onların fəaliyyəti nəticəsində həm rayonumuzun iqtisadi göstəriciləri yüksəlir, həm də ailə büdcələri möhkəmlənir, insanların sosial rifahı yaxşılaşır.
    Ötən təsərrüfat ilində kişilərlə çiyin-çiyinə çalışan pambıqçı, baramaçı, arıçı, çuğundurbecərən qadınlarımızın gərgin zəhməti sayəsində rayonumuzun şöhrəti daha da artmışdır.
    Bir sözlə, xeyirxah, güclü, vətənpərvər qadınları-mızın ictimai-siyasi və əmək fəaliyyəti ölkəmizin, eləcə də rayonumuzun inkişafına mühüm töhfələr verir.
    Bayramınız mübarək, əziz qadınlar!

    Müəllif: Redaktor, 11:37

    Teqlər:

İsmarıclar bağlıdır.