Saytın ümumi statistikası:

Saytda məqalələrin sayı - 5,523
Saytda ismarıcların sayı - 0

Arxiv

  • 19Apr

    Xoruzlu kəndində Tərtər Rayon İcra Hakimiyyəti Başçısının səyyar qəbul-görüşü olub.
    Qəbulda Milli Məclisin deputatı Sahib Alıyev, rayon icra hakimiyyətinin, hüquq-mühafizə orqanlarının, səhiyyə, təhsil, mədəniyyət, digər xidmət təşkilatlarının rəhbərləri, ərazi icra nümayəndələri, bələdiyyə sədrləri və kənd sakinləri iştirak ediblər.
    Əvvəlcə Xoruzlu kənd İƏD üzrə nümayəndə Fazil Əbdüləzimov kəndin sosial-iqtisadi inkişafı, əhalinin, məşğuliyyəti, görülən işlər barədə məlumat verib.
    Sonra vətəndaşların müraciətləri dinlənilib. Xoruzlu kənd ağsaqqalı Vəli Xasıyev çıxış edərək kənd sakinləri adından 11 aprel Prezident seçkilərində cənab İlham Əliyevin parlaq qələbəsi ilə bağlı ürək sözlərini bildirib. Qeyd olunub ki, kəndin sosial problemləri həll edilib. Əhali işıq, qaz və su ilə fasiləsiz təmin olunur. Tərtər-Seydimli-Qaradağlı-Sarov yolunun çəkilişi Xoruzlu kəndinin sakinlərinin rayon mərkəzi və qonşu kəndlərlə gediş-gəlişini asanlaşdırıb. İndi isə Buruc-Gülabatlı-Xoruzlu-Kəbirli-Bayandurlu-Qaradağlı kəndlərarası yol salınır. Bütün görülən işlərin mərkəzində insan amili, onun maddi rifahı durur. Bunun üçün kənd ağsaqqalı sakinlər adından respublika Prezidentinə öz minnətdarlığını bildirib.
    Sonra kənd sakini Brilyant Musayeva kənd məktəbinin təmiri, Arif Nəsirov ərazidəki yararsız elektrik dirəklərinin dəyişdirilməsi, Mayıl Alışov suvarma arxlarının təmizlənməsi, Cəfər Əbdüləzimov içməli su üçün bir ədəd subartezian quyusunun qazılması və digər məsələlər barədə müraciətlər ediblər.
    Qaldırılan məsələlərlə bağlı əlaqədar qurumlara aidiyyəti tapşırıqlar verilib.
    Rayon icra hakimiyyətinin başçısı Müstəqim Məmmədov Tərtərin sosial-iqtisadi inkişafı, əhalini narahat edən problemlərin həlli istiqamətində həyata keçirilən tədbirlərdən, infrastrukturun yaxşılaşdırılması üçün görülən işlərdən danışıb.

    “Yeni Tərtər”

    Müəllif: Redaktor, 10:27

    Teqlər:

İsmarıclar bağlıdır.