Saytın ümumi statistikası:

Saytda məqalələrin sayı - 5,523
Saytda ismarıcların sayı - 0

Arxiv

  • 29İyn
    Səhiyyə Tibb işçilərinin peşə bayramı üçün şərhlər bağlıdır

    İNSANLARIN SAĞLAMLIĞI KEŞİYİNDƏ DAYANANLAR

    DSC_0002DSC_0004Tibb İşçiləri Günü münasibətilə tədbir keçirilmişdir.
    Əvvəlcə rayonun səhiyyə işçiləri Ulu Öndərin abidəsi önünə gül-çiçək dəstələri qoyaraq, xatirəsini ehtiramla yad etmişlər. Sonra tədbir Gənclər Mərkəzində davam etdirilmişdir.
    Tədbiri rayon icra hakimiyyətinin ictimai-siyasi və humanitar məsələlər üzrə şöbə müdirinin müavini Elvin Umudov açaraq tibb işçilərini peşə bayramları münasibətilə təbrik etmiş, onlara insanların sağlamlığı keşiyində ayıq-sayıq dayanmağı, Hippokrat andlarına sadiq olmağı arzulamışdır. O, qeyd etmişdir ki, möhtərəm Prezidentimiz İlham Əliyevin diqqət və qayğısı ilə nəinki paytaxt Bakıda, bölgələrdə də müasir tibb mərkəzləri açılır, köhnə tibb ocaqları yenidən bərpa olunaraq müasir avadanlıqlarla təmin olunur.
    Çıxışının sonunda Elvin Umudov 1-5 aprel müharibəsində göstərdikləri fədakarlığa görə tibb işçilərinə rayon icra hakimiyyəti başçısının təşəkkürünü çatdırmışdır.
    Sonra Mərkəzi Rayon Xəstəxanasının baş həkimi Yaşar Hüseynov tibb işçilərini bayramları münasibəti ilə təbrik etmiş, səhiyyənin keçmişi və bu günü ilə bağlı məlumat vermişdir. Daha ətraflı »

    Teqlər:

  • 28İyn
    Səhiyyə Təbrik edirik! üçün şərhlər bağlıdır

    ZƏHMƏTƏ VERİLƏN YÜKSƏK QİYMƏT

    Изображение 065Həyatda peşələr çoxdu. Kim hansı peşəni seçib, ona ürəkdən bağlanırsa, insanların sevimlisinə çevrilir. Bax, elə rayon mərkəzi xəstəxanasının cərrahiyə şöbəsinin tibb bacısı Fazilə Əliyeva kimi.
    Fazilə xanım haqqında qısa arayış: O, 1959-ci ildə rayonumuzun Qaradağlı kəndində anadan olub. Orta təhsilini də yaşadığı kənd məktəbində alıb. 1978-ci ildə Mingəçevir şəhərindəki tibb texnikumunu bitirib. Tərtər rayon mərkəzi xəstəxanasının vərəm xəstəlikləri şöbəsində işə başlayıb. Gənc tibb bacısı həmişə çalışıb ki, həm işlədiyi kollektivin, həm də xəstəxanaya gələn xəstələrin hörmət, izzətini qazansın. Buna nail olub da.
    Artıq 16 ildir ki, cərrahiyyə şöbəsində tibb bacısı işləyir. Əvvəlki iş yeri kimi, burada da kollektiv arasında böyük hörməti var. Hamı onu həm yaxşı tibb bacısı, həm də yaxşı yoldaş kimi tanıyır.
    Bu günlərdə rayona yayılan şad xəbər Fazilə xanımla yanaşı xəstəxana kollektivinin də böyük sevincinə səbəb olub.
    Ölkə Prezidentinin Sərəncamı ilə Tərtər Rayon Mərkəzi Xəstəxanasının cərrahiyyə şöbəsinin tibb bacısı Əliyeva Fazilə Məhəmməd qızı “Əməkdar tibb işçisi” adına layiq görülüb, döş nişanı ilə təltif edilib.
    Fazilə xanım ailəlidir, 3 övladı, 7 nəvəsi var. Belə bir xoş, fərəhli, gündə biz də Fazilə xanımı təbrik edir, ona şərəfli və məsuliyyətli peşəsində müvəffəqiyyətlər arzulayırıq.

    Mirzə Nəsir

    Teqlər:

  • 07Mar
    Səhiyyə Rayonumuzun həyatından üçün şərhlər bağlıdır

    Əhalinin tibbi müayinədən keçirilməsi davam edir

    Изображение 003Azərbaycan Respublikasının Prezidenti möhtərəm İlham Əliyevin tapşırığına əsasən 2014-cü ildən başlayaraq hər il fevral-may aylarında respublikada əhali tibbi müayinədən keçirilir. Bununla bağlı rayonda görülən işlər barədə daha ətraflı məlumat almaq üçün Tərtər Rayon Mərkəzi Xəstəxanası baş həkiminin müavini Sevda Əliyeva ilə əlaqə saxladıq. Həkim bildirdi ki, tapşırılan müddət ərzində rayon əhalisinin hamısı tibbi müayinədən keçiriləcəkdir.
    İndiyədək 13,972 nəfər həkimlərə müraciət etmiş, 130 nəfərdə xəstəlik ilkin olaraq aşkarlanmışdır.
    Prezidentimizin tapşırığına uyğun olaraq həm mərkəzi xəstəxananın, həm də yerlərdəki kənd xəstəxanalarının və tibb məntəqələrinin bütün əməkdaşları bu işə cəlb olunmuşlar.
    Rayon mərkəzində və eləcə də kəndlərimizdə yaşayan, müayinəyə gələ bilməyən yaşlı, qoca və xəstə insanların ev-lərində tibbi müayinədən keçirilməsi üçün 6 həkim briqadası ayrılıb. Rayon ərazisində məskunlaşan məcburi köçkün və qaçqın ailələri də diqqətdən kənarda qalmırlar. Daha ətraflı »

    Teqlər:

  • 06Yan
    Səhiyyə CƏRRAH RÜSTƏM üçün şərhlər bağlıdır

    Zəmanəsinin korifey şəxsiyyətləri ilə dostluğu

    rUSTAMCərrahov Rüstəm Əli oğlu XIX əsrin sonlarında Azərbaycan mədəniyyətinin, musi-qisinin beşiyi olan Şuşada, loğman, təbib, el arasında çox məşhur olan və sevilən Əli Cərrahovun ailəsində anadan olmuşdur. Daha ətraflı »

    Teqlər: ,

  • 25Dek
    Səhiyyə YENİ İL SÜFRƏSİNİN 7 TƏHLÜKƏSİ üçün şərhlər bağlıdır

    0eb663skoraia2“Təcili yardım” briqadasında işləyən həkimlər yaxşı bilirlər ki, yeni il gecəsi və səhəri növbəni uğurla təhvil vermək üçün mümkün olandan artıq bir qüvvə ilə işləmək lazımdır. Daha ətraflı »

    Teqlər:

  • 11Dek
    Səhiyyə FHN QARABAĞ REGİONAL MƏRKƏZİ XƏBƏRDARLIQ EDİR: DƏM QAZI TƏHLÜKƏSİNDƏN UZAQ OLUN üçün şərhlər bağlıdır

    emblemDəm qazı üzvi maddələrin, o cümlədən təbii qazın, neft məhsullarının, odun yanacağının natamam yanması nəticəsində əmələ gəlir. Dəm qazı iysiz, rəngsiz, dadsız bir qaz olduğu üçün çox təhlükəlidir. Daha ətraflı »

    Teqlər:

  • 11Dek
    Səhiyyə İİV–İNSAN İMMUNÇATIŞMAZLIĞI VİRUSU üçün şərhlər bağlıdır

    1287599779_qics1HƏKİM MƏSLƏHƏTİ

    İV infeksiyası İİV ilə yoluxma nəticəsində inkişaf edən və immun sisteminin getdikcə artan zədələnməsi ilə səciyyələnən xroniki infeksion xəstəlikdir. Daha ətraflı »

    Teqlər:

  • 19Noy
    Səhiyyə SƏHİYYƏNİN İNKİŞAFINA XİDMƏT EDƏN YENİLİKLƏR üçün şərhlər bağlıdır

    Изображение 083Bu gün dövlət başçısı möhtərəm İlham Əliyevin sosialyönümlü siyasətinin mühüm hissəsini səhiyyənin müasirləşdirilməsi təşkil edir. Bu məqsədlə Prezident tərəfindən bir sıra sərəncamlar imzalanmış, Dövlət Proqramları qəbul olunmuşdur.
    Rayonumuzda əhaliyə göstərilən tibbi xidmətin vəziyyətini öyrənmək üçün qəzetin baş redaktorunun müavini Svetlana Bağırova Tərtər Rayon Mərkəzi Xəstəxanası Poliklinika Şöbəsinin müdiri Gülarə Əhmədovadan müsahibə almışdır. Daha ətraflı »

    Teqlər:

  • 16Okt
    Səhiyyə QANVERMƏ AKSİYASI üçün şərhlər bağlıdır

    Изображение 174Elmi-Tədqiqat Hemotologiya və Transfiziologiya İnstitutunun birgə təşkilatçılığı ilə rayon mərkəzi xəstəxanasında qanvermə aksiyası keçirilib. Aksiyada rayonda fəaliyyət göstərən bütün idarə və təşkilatların işçiləri, o cümlədən sıravi vətəndaşlar da həvəslə iştirak ediblər. Daha ətraflı »

    Teqlər:

  • 15Okt
    Xəbərlər TƏRTƏRDƏ SU VƏ KANALİZASİYA SİSTEMLƏRİ YENİDƏN QURULUR üçün şərhlər bağlıdır

    cfefa429ce915f1365d14a5acc9c135bCəbhə bölgələrində sosial infrastruktur layihələrinin icrasını sürətləndirmək, rayon mərkəzində, kənd və qəsəbələrdə tikinti, abadlıq və quruculuq işlərini genişləndirmək hökumətin iqtisadi fəaliyyətinin əsas istiqamətlərindəndir. Bu sırada Tərtər rayonunda da az iş görülmür. Həmin iş sayəsində Tərtərin siması günbəgün dəyişir, kəndləri abadlaşır.
    Hazırda rayon mərkəzinin və şəhərə yaxın Səhlabad kəndinin su və kanalizasiya sistemləri yenidən qurulur. İyun ayının ortalarından start götürən bu layihə İslam İnkişaf Bankının maliyyə dəstəyi ilə həyata keçirilir. Şəhərin ayrı-ayrı küçələrində 30-dan çox maşın-mexanizm işləyir. Tikintidə çalışan işçilərin ümumi sayı 160 nəfərə yaxındır. Daha ətraflı »

    Teqlər: ,