20Noy
MAARİFÇİ VƏTƏNPƏRVƏR
Böyük Azərbaycan ziyalısı və müəllimi, milli mətbuat və teatrımızın banisi, Vətənimizdə qadın təhsilinin ilk carçılarından biri olan Həsən bəy Zərdabi 1842-ci ildə Şamaxı quberniyası Göyçay qəzasının Zərdab kəndində ziyalı bəy ailəsində doğulmuşdu. Həsən bəy 7-8 yaşlarından mədrəsədə oxusa da ilahiyyata maraq göstərməmişdi. Atası Səlim bəy balaca Həsəni 1852-ci ildə Şamaxıdakı ibtidai rus məktəbinə qoyur. Həsən bəy burada öz bilik və bacarığı ilə hamının diqqətini cəlb edir. Buraxılış imtahanında öz istedadı ilə Qafqaz Təhsil idarəsi müdirini heyran qoyan Həsən bəy onun təqdimatı ilə dövlət vəsaiti hesabına 1-ci Tiflis gimnaziyasına qəbul edilir. 1861-ci ildə oranı müvəffəqiyyətlə bitirdikdən sonra Moskva Dövlət Universitetinin fizika-riyaziyyat fakültəsinin təbiət elmləri şöbəsinə daxil olur. Qısa vaxtda uğurlarına görə dövlət təqaüdçüsü statusuna yiyələnir. 1865-ci ildə oranı namizəd diplomu ilə bitirən ilk azərbaycanlı olur. Daha ətraflı »
Teqlər: Milli-mənəvi dəyərlər
20Noy
İSLAMDA QADINA MÜNASİBƏT
Bəzi tarixi mənbələrdə göstərilir ki, İslamdan əvvəl qadınlara ikinci sinif varlıq kimi baxıldığı, hətta onların alınıb satıldığı dövrlər olub. Lakin İslam və İslamın nuru olan Peyğəmbərimizin (s) vəsiləsi ilə Allahın Quranda çiçəyə bənzətdiyi qadınlar ucaldılmışlar.
Peyğəmbərimiz (s) qadınları Allahın əmanəti kimi dəyərləndirərək onları baş tacı etməyi məsləhət bilib. Rəsulullah (s) kişiləri, qadınların haqq və hüquqlarını gözləməyə dəvət edib və bu mövzuda buyurub: “Qadınların haqlarını yerinə yetirməkdə Allahdan qorxun!” Başqa bir hədisdə isə deyilir: “Sizin ən xeyirliniz əhlinə
(qadınına və övladlarına) ən xeyirli olanınızdır. Mən də əhlinə qarşı ən xeyirli olanınızam”.
Bu günümüzə gəlib çıxmış hədislərdən birində isə deyilir: “Xanımının pis xasiyyətinə qatlaşan kişi, bəlalara səbr edən Hz. Əyyub kimi mükafata qovuşar. (İmam Qəzəli). Daha ətraflı »
Teqlər: Milli-mənəvi dəyərlər
11Okt
Bu dəyərlər zaman-zaman yaşayaraq bizi başqa xalqlardan fərqləndirir. Bununla əlaqədar Qurani-Kərimdə deyilir: “Ey insanlar! Biz sizi bir kişi və bir qadından (Adəm və Həvvadan) yaratdıq. Sonra bir-birinizi tanıyasınız (kimliyinizi biləsiniz) deyə, sizi xalqlara və qəbilələrə ayırdıq”. (Hücurat-13).
Milli dəyərlərimizin qorunması bu gün daha çox aktualdır. Çünki bu dəyərlərin həm də milli dövlətçiliyimizin formalaşmasında xüsusi rolu var.
Ümumiyyətlə, milli dəyərlərə nələri aid etmək olar? Bu, bizim ideologiyamız, tariximiz, dilimiz, dinimiz, musiqimiz, folklorumuzdur. Bir sözlə, milli olan nə varsa, hamısı milli-mənəvi dəyərlər sisteminə aiddir.
Ümummilli Lider Heydər Əliyev milli-mənəvi dəyərlərimizin qorunmasını, gələcək nəsillərə ötürülməsini hər bir azərbaycanlının əsas vəzifəsi hesab edirdi: “Bizim hamımızın bir vətəni var–bu, Azərbaycan dövlətidir. Azərbaycanlı hər yerdə yaşaya bilər, ancaq azərbaycanlılığını, öz dilini, dinini, milli ənənələrini unutmamalıdır. Onun qəlbi daim doğma Azərbaycanla bir vurmalıdır. Təhsil ocaqlarında gənclərimizi xalqımızın mənəvi dəyərləri əsasında tərbiyələndirmək, mənəvi cəhətdən sağlam və saf insanlar tərbiyə etmək məsələsi mühüm yer tutmalıdır”. Daha ətraflı »
Teqlər: Milli-mənəvi dəyərlər
29Sen
Bismillahir Rəhmanir Rəhim. Mehriban və Rəhimli Allahın adı ilə!
Bəşəriyyət xəlq olunandan üzü bu yana tarixdə bir çox qanlı döyüşlər baş vermiş, onlardan bəziləri unudulub getmiş, lakin çox az sayda müharibələr yaddaşlara yazılaraq əsrlərlə unudulmamışdır. Belə döyüşlərdən biri hicri təqvimi ilə 61-ci ildə əməvi xəlifəsi, Yezid İbn Müaviyyənin İslamın əziz Peyğəmbərinin (s) nəvəsi, 3-cü imam Hüseyn İbn Əli (ə) və onun ailə üzvlərinə qarşı Kərbəla çölündə baş verdi. Çox dəhşətli bir müharibə! Sayı 30000-ə (otuz min) çatan bir ordu əksəriyyəti öz yaxın qohumlarından olan və sayları heç yüz əlli nəfərə çatmayan, imam Hüseynin (ə) kiçik bir dəstəsinə qarşı sipər çəkilib!
Bu döyüş ona görə unudulmur ki, haqla nahaq qarşı-qarşıya dayanıb, bir tərəfdə əzəmətli bir səbr, susuz səhranın dili-dodağı quruluqdan parçalayan istisi müqabilində bir dözüm, digər tərəfdə suyun qarşısına özlərini sipər edərək öz Peyğəmbərinin (s) sevimli nəvəsini və onun bütün ailə üzvlərini dəhşətli susuzluğa məruz qoyan böyük bir vicdansız ordu! Daha ətraflı »
Teqlər: Milli-mənəvi dəyərlər
08Sen
Son zamanlar Bakı şəhərində evlərdən zibilxanalara atılan külli miqdarda çörək qırıntılarını və hətta bütöv çörəkləri gördükdə qərara gəldim ki, çörəyə olan belə münasibət və hörmət haqqında bir necə söz deyim. Məlumdur ki, çörək bəşər övladının ya-ranışından onun müqəddəs və ulu neməti olub. Onu insanlar analarının südü, laylası kimi əziz və əvəzsiz biliblər. Ata-babalarımızın, ağbirçək nənələrimizin ən böyük andı çörək olub: “çörək haqqı”, “bərəkət haqqı” andları dilimizin şirinliyi, şəkərliliyi olub. Hətta çörəklə bağlı qarğışlar da yaranıb: “çörək gözünü tutsun”, “görüm səni çörək üzünə həsrət qalasan”, “çörəyin küt getsin”, “çörəyin daşdan çıxsın” və s.
Ta qədimdən istər şifahi, istərsə də yazılı ədəbiyyatda çörək haqqında saysız-hesabsız bədii nümunələr yaradılıb və yaradılır. Şair yaxşı deyib: “Çörək bol olarsa, basılmaz vətən”. Bəli, bu doğrudan da bir həqiqətdir. Çörək arımız, namusumuz, basılmaz qüdrətimiz, qüvvəmizdir. Daha ətraflı »
Teqlər: Milli-mənəvi dəyərlər
10Avq
SABAHIMIZ ÖZ ƏLİMİZDƏDİR
Biz qloballaşan dünyada yaşayırıq. Qloballaşma obyektiv tarixi zərurətdən yaranır. Yəni bəşəriyyət elə bir məqama çatıb ki, qarşısına çıxan nəhəng problemləri bir və ya bir neçə dövlətin gücü ilə həll etməyə qadir deyil. Belə ümumbəşəri problemlər adekvat olaraq məhz ümumbəşəri güclə həll edilməlidir. Onların sırasına ekoloji problemlər, fəlakətlər (antropogen, texnogen və təbii), xəstəliklərlə mübarizə (şəkər, xərçəng, QİÇS), narkomaniya, qlobal istiləşmə, həmçinin kosmosun tədqiqi, nəhəng iqtisadi layihələr və s. daxildir.
Beynəlxalq (transmilli) təşkilatların (BMT…), beynəlxalq birliklərin (Avropa Birliyi…), şirkətlərin, firmaların yaranması məhz bu qloballaşma amili ilə şərtlənib. Bu baxımdan, yəni «güc (həm də xilas) birlikdədir» mövqeyindən qloballaşma proqressiv bir fenomendir və bəşəriyyətə firəvan gələcək vəd edir. Lakin qloballaşmanın əleyhdarları, yəni medalın əks üzü də vardır. Daha ətraflı »
Teqlər: Milli-mənəvi dəyərlər
20İyl
RAYONUMUZUN TARİXİNİ ƏKS ETDİRƏN ZƏNGİN MƏKAN
Azərbaycanın ictimai-siyasi, mədəni həyatında XIX əsrin ikinci yarısından etibarən sürətlə cərəyan edən proseslər muzey işinin təşkilinə təkan verib. İlk belə muzeylərdən biri görkəmli ədib Cəlil Məmmədquluzadənin təşəbbüsü və yaxından iştirakı ilə XIX əsrin sonlarında Naxçıvanın Nehrəm kənd məktəbində təşkil olunub. Ölkəmizdə neçə-neçə tarixi abidə və muzeylərimiz ötən əsrin 90-cı illərindən indiyə qədər erməni işğalçıları tərəfindən qarət olunur və dağıdılır.
Tərtər rayon Tarix-Diyarşünaslıq Muzeyi ilk dəfə 1982-ci ildə şəhər mədəniyyət evinin 1 kiçik otağında işə başlayıb. Müdiri Allahyar Musayev, işçisi Zəminə Kazımova olub. Onlar kəndbəkənd gəzərək qədim əşyaları toplayıb yığırdılar. Bir neçə ildən sonra isə muzey oradan köçürülüb, Tərtər Cümə Məscidinin 1-ci mərtəbəsində, 3 ildən sonra isə 2-ci mərtəbəsində fəaliyyətini davam etdirib. Uzun müddətdən sonra Tərtər şəhər Uşaq Musiqi Məktəbinin 1-ci mərtəbəsində 2 darısqal otaqda yerləşdirilib. Daha ətraflı »
Teqlər: Milli-mənəvi dəyərlər
30İyn
Bu məsələ nəinki rayonumuzda, hətta bütün ölkə ərazisində ən aktual və ən ağrılı məsələlərdən biridir. İllərdir ki, qəbiristanlıq mövzusu müzakirə obyekti olsa da, hələ öz konkret həllini tapmayıb. Ona görə də bir çox qəbiristanlıqlarda vəziyyət ürəkaçan deyil, bir nizamsızlıq, bir özbaşınalıq mühiti hökm sürür. Nəzarətsizlik və qayğısızlıq bəzi qəbiristanlıqlarda daha qabarıq hiss olunur, qəbirlər kol-kos, ot-ələf içində itib-batır, uçur, dağılır, ümumiyyətlə, bir yiyəsizlik nəzərə çarpır. Bu hal ən çox rayonun kəndlərində, şəhərin Nizami küçəsindəki “Köhnə qəbiristanlıq”da baş verir. Burada qəbirlər elə qarışıq, bir-birinə bitişik salınıb ki, bir cığır tapıb, onları ziyarət etmək çox müşkül və qeyri-mümkün olub. Kim nə cür istəyib, harda istəyib, orada da qəbir qazdırır, baxmır ki, bunun sonrası necə olacaq. Daha ətraflı »
Teqlər: Milli-mənəvi dəyərlər
21İyn
“ORUC TUTUN Kİ, SAĞLAM OLASINIZ”
Bismillahir Rəhmanir Rəhim!
Mehriban və bağışlayan Allahın adı ilə.
Həzrəti Peyğəmbər (s) buyurur: “Mədə bütün xəstəliklərin evi, pəhriz isə onun dərmanıdır”. “Oruc tutun ki, sağlam olasınız!”
Qurani-Kərimin Bəqərə surəsinin 184-cü ayəsində Allah Taala buyurur: “…Bilsəniz oruc tutmaq sizin üçün nə qədər xeyirlidir!”.
İtaliyada dərc olunan “Emel” jurnalı tibbi araşdırmaçı Noren Kassemin araşdırmaları əsasında insan oruc tutarkən onun bədəninin daxilində hansı proseslərin baş verdiyini bildirən qısa videoçarx təqdim edib. Videoda bildirilir ki, insan oruc tutarkən bədənində artıq yığılmış piylərin, karbohidratların və şəkərin yanması nəticəsində enerji istehsal edilir. Enerji istehsalı zamanı ən mühüm rolu qaraciyər oynayır. Qaraciyər, piyləri “keton” cisimcikləri adlı kimyəvi preparatlara çevirərək insan enerjisinin əsas mənbəyi edir. Daha ətraflı »
Teqlər: Milli-mənəvi dəyərlər
09İyn
MÜSAHİBƏ
“Azərbaycan xalqının milli ənənələrindən biri də ondan ibarətdir ki, uşağa diqqət, qayğı hər bir ailənin, hər bir insanın əsas vəzifəsi, mənəviyyatımızın əsas hissəsi olubdur”. Bu sözləri Ulu Öndərimiz Heydər Əliyev deyib. Ümummilli Lider tərəfindən formalaşdırılmış ailə siyasəti Azərbaycanda bu gün də uğurla davam etdirilir. Dövlət başçımız İlham Əliyev müasir Azərbaycanın həyatında ailə dəyərlərinin önəmini yüksək qiymətləndirir: “Ölkəmizin inkişafı, müstəqilliyimizin daha da möhkəmləndirilməsi və milli dəyərlərin tam bərqərar edilməsi üçün ailə dəyərləri daim yüksək olmalıdır”.
Bəs, rayonumuzda bu sahədə vəziyyət necədir? Böyüməkdə olan gənc nəsil ailə müqəddəsliyinə yanaşmada ata-babaların yolunu davam etdirirmi? Bu və digər suallarımıza cavab almaq üçün redaksiyamıza rayon icra hakimiyyəti aparatında hüquq şöbəsinin əməkdaşı Çingiz İsayevi dəvət etdik. Daha ətraflı »
Teqlər: Milli-mənəvi dəyərlər
Yeni ismarıclar