Saytın ümumi statistikası:

Saytda məqalələrin sayı - 5,523
Saytda ismarıcların sayı - 0

Arxiv

  • 11Okt

    0000Bu dəyərlər zaman-zaman yaşayaraq bizi başqa xalqlardan fərqləndirir. Bununla əlaqədar Qurani-Kərimdə deyilir: “Ey insanlar! Biz sizi bir kişi və bir qadından (Adəm və Həvvadan) yaratdıq. Sonra bir-birinizi tanıyasınız (kimliyinizi biləsiniz) deyə, sizi xalqlara və qəbilələrə ayırdıq”. (Hücurat-13).
    Milli dəyərlərimizin qorunması bu gün daha çox aktualdır. Çünki bu dəyərlərin həm də milli dövlətçiliyimizin formalaşmasında xüsusi rolu var.
    Ümumiyyətlə, milli dəyərlərə nələri aid etmək olar? Bu, bizim ideologiyamız, tariximiz, dilimiz, dinimiz, musiqimiz, folklorumuzdur. Bir sözlə, milli olan nə varsa, hamısı milli-mənəvi dəyərlər sisteminə aiddir.
    Ümummilli Lider Heydər Əliyev milli-mənəvi dəyərlərimizin qorunmasını, gələcək nəsillərə ötürülməsini hər bir azərbaycanlının əsas vəzifəsi hesab edirdi: “Bizim hamımızın bir vətəni var–bu, Azərbaycan dövlətidir. Azərbaycanlı hər yerdə yaşaya bilər, ancaq azərbaycanlılığını, öz dilini, dinini, milli ənənələrini unutmamalıdır. Onun qəlbi daim doğma Azərbaycanla bir vurmalıdır. Təhsil ocaqlarında gənclərimizi xalqımızın mənəvi dəyərləri əsasında tərbiyələndirmək, mənəvi cəhətdən sağlam və saf insanlar tərbiyə etmək məsələsi mühüm yer tutmalıdır”.
    Ulu Öndər Heydər Əliyevin siyasi xəttini layiqincə davam etdirən Prezident İlham Əliyev də milli dəyərlərimizə, adət-ənənələrimizə yüksək dəyər verir. Bu, onun əməli fəaliyyətində də öz əksini tapır. Xüsusən də ölkəmizdə məscidlərin, kilsələrin, sinaqoqların və digər ibadət evlərinin ardıcıl olaraq əsaslı təmir edilərək və ya yenidən qurularaq insanların istifadəsinə verilməsi dövlət başçısının milli-mənəvi dəyərlərə verdiyi layiqli töhfədir. Bununla bağlı ölkə rəhbəri deyib: “Azərbaycan çoxmillətli, çoxkonfessiyalı ölkədir. Bu, bizim sərvətimizdir, biz bunu qorumalıyıq, qoruyacağıq”.
    Milli-mənəvi dəyərlərimizin qorunmasında və bunların dünyada təbliğ olunmasında Heydər Əliyev Fondunun və fondun prezidenti, Azərbaycanın Birinci vitse-Prezidenti Mehriban xanım Əliyevanın xidmətləri böyükdür. Təkcə bir faktı göstərmək kifayətdir ki, Mehriban xanımın Azərbaycan muğamlarının öyrənilməsi və təbliği ilə bağlı fəaliyyəti xalqımızın bu milli sərvətini dünya miqyasında şöhrətləndirmişdir. Ona görə də bu gün biz bir fransızın, yaxud italyanın Azərbaycan muğamını məharətlə ifa etdiyini görəndə, heç də təəccüblənmirik.
    Milli-mənəvi dəyərlərimizin qorunması, yaşadılması sahəsində Azərbaycanda dövlət səviyyəsində bütün tədbirlər la-zımınca yerinə yetirilir. Lakin bütün bunlar o zaman yüksək səmərə verir ki, hər bir fərd, xalqın hər bir nümayəndəsi bu işə ürəklə qoşulsun. Müasir dövrdə xüsusən gənclərdən gözləntilərimiz daha çoxdur. Axı, adət-ənənələrimizi, milli varlığımızın bütün sahələrini davam etdirən, daha yüksək səviyyəyə çatdıran onlardır.
    Bəzən yaşlı nəslin nümayəndələri bu sahədə gənclərdən narazı qalırlar. Bu, nə ilə bağlıdır? Müasirlik və dəb nə qədər yaxşı olsa da, bunların mayasında milli ruh olmalıdır. Yəni bizim gənclər Avropaya nə qədər meyl etsələr də, köklərini, el adətlərini unutmamalıdırlar.
    İndiki cəmiyyətdə ailəyə münasibətdə də bəzi hallarda məsuliyyətsizliyə yol verirlər. Hamımız bilirik ki, ailə kiçik dövlət, cəmiyyətin özəyidir. Hər bir ailədə yaranan problemlər nəticədə cəmiyyətin bəlasına çevrilir.
    Boşanma hallarının getdikcə artması narahatçılıq doğurur.
    Bu gün bizim milli olan hər bir sərvətimizə, o cümlədən tariximizə, keçdiyimiz yola, ata-babalarımızın yaşam tərzinə gənclərdə maraq oyatmaq lazımdır. Biz bütün bunlarla fəxr etməli və milliliyimizi qorumalıyıq.

    Svetlana BAĞIROVA

    Müəllif: Redaktor, 10:17

    Teqlər:

İsmarıclar bağlıdır.