Saytın ümumi statistikası:

Saytda məqalələrin sayı - 5,523
Saytda ismarıcların sayı - 0

Arxiv

  • 29İyn
    Xəbərlər ŞƏHİD MEHRAC MAHMUDOVUN ADINI DAŞIYAN KÜÇƏNİN AÇILIŞI OLUB üçün şərhlər bağlıdır

    Изображение 116DSC_9771 (Копировать)Tərtər şəhərindəki küçələrdən birinə ölkəmizin ərazi bütövlüyü uğrunda gedən döyüşlərdə qəhrəmanlıqla həlak olmuş həmyerlimiz, “Azərbaycan Bayrağı” ordenli Mehrac Mahmudovun adı verilmişdir.
    Bu münasibətlə rayon ictimaiyyəti nümayəndələrinin iştirakı ilə keçirilən açılış mərasimini Tərtər şəhər İƏD üzrə nümayəndə Sahib Həsənov açmışdır. Əvvəlcə torpaqlarımız uğrunda şəhid olan vətən oğullarının xatirəsi bir dəqiqəlik sükutla yad edilmişdir. Sonra rayon icra hakimiyyətinin başçısı Müstəqim Məmmədov qəhrəmanın ömür yolundan söhbət açmışdır. Qeyd etmişdir ki, Mehrac Mahmudov 23 aprel 1994-cü il tarixdə Ağdam rayonunun İlxıçılar kəndi uğrunda gedən döyüşdə şəhid olmuşdur. O, ölümündən sonra, 1998-ci il iyun ayının 24-də torpaqlarımızın erməni işğalçılarından müdafiə edilməsində göstərdiyi xüsusi xidmətlərinə, şəxsi igidlik və şücaətinə görə “Azərbaycan Bayrağı” ordeni ilə təltif olunmuşdur.
    Rayon rəhbəri Qarabağ Müharibəsi veteranlarına, şəhid ailələrinə dövlət tərəfindən göstərilən diqqət və qayğıdan danışmışdır. Daha ətraflı »

    Teqlər:

  • 29İyn
    Xəbərlər TƏRTƏRLİLƏR BU GÜNÜ QÜRURLA QEYD ETDİLƏR üçün şərhlər bağlıdır

    DSC_8708 (Копировать)Изображение 025Milli Qurtuluş Günü münasibəti ilə ümumrayon tədbiri keçirilib.
    Əvvəlcə tədbir iştirakçıları Ümummilli liderin xatirəsini ehtiramla yad edib, abidəsi önünə gül-çiçək dəstələri düzüblər. Sonra tədbir Heydər Əliyev Mərkəzində davam etdirilib. Tədbiri rayon icra hakimiyyətinin başçısı Müstəqim Məmmədov açaraq tərtərliləri Milli Qurtuluş Günü münasibəti ilə təbrik edib, Ulu Öndərin Azərbaycan xalqının xilaskarı olduğunu bildirib. Rayon rəhbəri qeyd edib ki, müstəqilliyimizin ilk illərində dövlətin idarəçilik sükanı arxasında xalqın bütün qüvvələrini bir yerə toplaya biləcək qüdrətli lider yox idi. Nəticədə isə təzəcə müstəqilliyini elan etmiş bir respublikanın suverenliyinə təhlükə yaranırdı. Belə bir vəziyyətdə hakimiyyətdə olanlar özləri dərk etdilər ki, Azərbaycan parçalanmaq və bir dövlət kimi məhv olmaq təhlükəsindədir. Ona görə də xalqın təkidli tələbi ilə Heydər Əliyevi Bakıya dəvət etdilər. Həmin gün Qurtuluş Günü kimi xalqımızın yaddaşında hər zaman əbədi yaşayacaqdır.
    Sonra rayon prokuroru Azər Hətəmov, Gənclər və İdman İdarəsinin rəisi Emin Pənahov, Tərtər şəhər 5 saylı tam orta məktəbinin tarix müəllimi Nigar Vəliyeva çıxış ediblər. Daha ətraflı »

    Teqlər:

  • 29İyn
    Xəbərlər AMERİKA SƏFİRİ TƏRTƏRDƏ üçün şərhlər bağlıdır

    DSC_9034 (Копировать)Изображение 170Amerika Birləşmiş Ştatlarının Azərbaycandakı səfiri Robert Sekuta Tərtər rayonuna səfər etmişdir. Səfər çərçivəsində yerli sakinlərlə və rəsmilərlə görüşən səfir onları narahat edən məsələləri, həmçinin əməkdaşlığın mövcud və yeni sahələrini müzakirə edib, ABŞ-ın dəstək ola biləcəyi sahələrlə maraqlanmışdı. Rayon icra hakimiyyətinin başçısı Müstəqim Məmmədov səfirə cəbhə xəttində yaşayan dinc əhalinin üzləşdiyi çətinliklər, ermənilərin yaşayış məntəqələrini atəşə tutması nəticəsində yaranan problemlər barədə danışmışdır. Qeyd olunmuşdur ki, rayon ərazisi 48 kilometr məsafədə təmas xəttində yerləşir. Ermənistan silahlı birləşmələri rayonun təmas xəttinə yaxın olan yaşayış məntəqələrini daima atəş altında saxlayır, dinc əhalinin təsərrüfat işləri ilə məşğul olmasına mane olur.
    Diqqətə çatdırılıb ki, aprel ayı ərzində erməni silahlı qüvvələrinin atəşkəsi pozması nəticəsində rayonun təmas xəttinə yaxın, eləcə də təmas xəttindən 15-20 kilometr məsafədə yerləşən 23 yaşayış məntəqəsi ağır artilleriya atəşinə məruz qalıb. Hətta ermənilər insanların sıx yaşadığı yaşayış məntəqələrinə qadağan olunmuş ağ fosforlu bombalar da atıblar. Nəticədə yüzlərlə evə, 4 məktəbə, 2 həkim məntəqəsinə, 1 uşaq bağçasına ziyan dəyib, 32 ev tamamilə dağılıb. 9 nəfər mülki şəxs yaralanıb, 3 nəfər dünyasını dəyişib. Atəşkəsin pozulması nəticəsində məcburi köçkünlərin yaşadığı 52 ev dağılıb, nəticədə 198 nəfər bir daha evsiz qalıb. Daha ətraflı »

    Teqlər:

  • 28İyn
    Xəbərlər AZƏRBAYCANDA MİLLİ İNSAN HÜQUQLARI GÜNÜ üçün şərhlər bağlıdır

    DSC_9478Изображение 14018 iyun Azərbaycanda Milli İnsan Hüquqları Günü kimi qeyd olunur. Prezident İlham Əliyevin 2007-ci il 17 iyun tarixli Fərmanı ilə Ulu Öndər Heydər Əliyevin 1998-ci ildə ölkəmizdə ilk “İnsan hüquqları müdafiəsinə dair Dövlət Proqramı”-nın təsdiq edildiyi və insan hüquqlarının təmin olunmasının dövlət siyasətinin əsas istiqamətlərindən biri kimi müəyyən olunduğu nəzərə alınaraq Azərbaycanda Milli İnsan Hüquqları Günü təsis edilib.
    Müstəqil Azərbaycanın 1995-ci il noyabrın 12-də qəbul edilən Konstitusiyası ölkənin gələcək inkişaf prioritetlərini müəyyənləşdirməklə yanaşı, insan hüquqlarının və azadlıqlarının təminatını dövlətin ali məqsədi kimi ön plana çıxarıb.
    2002-ci il martın 5-də Ulu Öndər Heydər Əliyev “Azərbaycan Respublikasının İnsan Hüquqları üzrə Müvəkkili (ombudsman) haqqında” Azərbaycan Respublikası Konstitusiya Qanununun tətbiq edilməsi barədə Fərman imzalayıb. Azərbaycanın ilk ombudsmanı 2002-ci il iyulun 2-də Milli Məclisdə Prezident Heydər Əliyevin təqdim etdiyi üç namizəd arasından 111 səslə seçilib. Daha ətraflı »

    Teqlər:

  • 28İyn
    Xəbərlər ÜMUMDÜNYA QAÇQINLAR GÜNÜ üçün şərhlər bağlıdır

    2000-ci ildə BMT-nin Baş Məclisi 20 iyun tarixini Ümumdünya Qaçqınlar Günü kimi müəyyən edən xüsusi qətnamə qəbul edib. Təəssüf ki, indi bu mövzu biz azərbaycanlılar üçün də ən ağrılı mövzulardan biridir. Ermənistanın ölkəmizə təcavüzü Azərbaycanı dünyanın ən çox qaçqın və köçkün yaşayan ölkəsinə çevirib. Dövlətimizin qayğısı ilə bu gün məcburi köçkünlərin sosial problemləri uğurla həll olunur.
    Bu problemlərin həlli istiqamətində Ulu Öndər Heydər Əliyevin həyata keçirdiyi irimiqyaslı tədbirlər xüsusi önəm kəsb edir. Böyük öndərin 1998-ci ildə qəbul etdiyi “Qaçqınların və məcburi köçkünlərin problemlərinin həlli üzrə” uzunmüddətli Dövlət Proqramına əsasən qaçqın və məcburi köçkünlərin sosial müdafiəsi ilə bağlı geniş tədbirlərə start verilib, soydaşlarımız üçün yeni qəsəbələr salınmağa başlayıb.
    2003-cü ildən başlayaraq Prezident İlham Əliyev də bu istiqamətdə işləri ardıcıl və məqsədyönlü şəkildə davam etdirir. Prezident İlham Əliyevin 2004-cü il 1 iyul tarixli sərəncamı ilə təsdiq edilmiş “Qaçqınların və məcburi köçkünlərin yaşayış şəraitinin yaxşılaşdırılması və məşğulluğunun artırılması üzrə Dövlət Proqramı”nın və sonradan həmin Dövlət Proqramına 31 oktyabr 2007-ci il, 21 fevral 2011-ci il tarixli sərəncamlarla təsdiq olunmuş əlavələrin icrasında uğurlu işlər görülüb. Daha ətraflı »

    Teqlər:

  • 13İyn
    Xəbərlər ALMANİYA – AZƏRBAYCAN: İKİTƏRƏFLİ ƏMƏKDAŞLIQ MÖHKƏMLƏNİR üçün şərhlər bağlıdır

    image description

    Dövlətimizin başçısı İlham Əliyev bu günlərdə Almaniya Federativ Respublikasına işgüzar səfəri zamanı Berlində Almaniya Federativ Respublikasının Kansleri Angela Merkel, vitse-kansler, iqtisadiyyat və enerji naziri Ziqmar Qabriel, Alman – Azərbaycan Forumu İdarə Heyətinin sədri Hans-Eberhard Şlayer, Münxen Təhlükəsizlik Konfransının sədri Volfqanq Fredrik İşinger ilə görüşündə ikitərəfli əməkdaşlığın inkişaf perspektivlərini müzakirə etdi.

    Prezident İlham Əliyev Almaniya Kansleri Angela Merkel ilə görüşdə nüfuzlu Avropa dövlətlərindən olan Almaniya ilə respublikamızın sıx əməkdaşlıq etmək niyyətini açıq ifadə etmişdir: “Bu gün xanım Kanslerlə görüş bizə bir daha ikitərəfli gündəliyimizə daxil olan vacib məsələlər, habelə regional məsələlərlə bağlı fikir mübadiləsi aparmaq imkanı verdi. Xanım Kanslerin qeyd etdiyi kimi, biz qarşılıqlı marağa və əhəmiyyətə malik olan bir çox sahələri müzakirə etdik. Əminəm ki, Almaniya – Azərbaycan əlaqələrinin uğurlu inkişafı regionumuzda sülh və sabitliyin möhkəmlənməsinə xidmət edəcək. Əlbəttə ki, Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münaqişəsinin həlli müzakirələrimizin ən vacib hissələrindən biri idi. Biz bu münaqişənin beynəlxalq hüquq normalari və BMT-nin Təhlükəsizlik Şurası tərəfindən qəbul edilmiş qətnamələrin icra olunması əsasında ən tez zamanda həllini istəyirik”.
    Prezident İlham Əliyev Almaniyada keçirdiyi müxtəlif tədbirlərdə həmçinin Almaniya Bundestaqında Ermənistanla bağlı qətnamə qəbul edilməsi məsələsinə toxunmuş və Azərbaycanın daim qardaş Türkiyənin tərəfində olduğunu bildirmişdir.

    “Yeni Tərtər”

    Teqlər:

  • 13İyn
    Xəbərlər BAKIDA DÜNYA AZƏRBAYCANLILARININ IV QURULTAYI KEÇİRİLİB üçün şərhlər bağlıdır

    14649383583596214171_1000x66914649383585691462868_1000x669İki gün davam edən tədbirin açılışında Azərbaycan Prezidenti İlham Əliyev çıxış edib.
    Qurultayda 49 ölkədən 500-dən çox diaspor nümayəndəsi və qonaq iştirak edib. Qonaqların içərisində xarici ölkələrin Azərbaycana dost münasibətilə tanınan nüfuzlu siyasətçiləri, ictimai xadimləri, elm adamları və bir neçə ölkənin yüksək vəzifəli şəxsləri, parlament üzvləri də olub. Xaricdən dəvət edilən qonaqlarla yanaşı, qurultayın işinə Azərbaycanın müxtəlif dövlət və hökumət strukturlarının, qeyri-hökumət təşkilatlarının, elm, təhsil, mədəniyyət və digər yaradıcı qurumların, siyasi partiyaların təmsilçilərindən ibarət 360 nəfərlik nümayəndə heyəti də qatılıb.
    Qurultaydakı nitqində Prezident İlham Əliyev deyib ki, xaricdə fəaliyyət göstərən diaspor təşkilatları bir nöqtəyə vurmalı, birləşməlidirlər. Çünki birlik əsas məsələdir.
    Dövlətimizin başçısı xaricdə yaşayan azərbaycanlıları ölkəmizə sərmayə qoymağa çağırıb. O qeyd edib ki, sərmayə qoyuluşu üçün Azərbaycan dünya miqyasında ən cəlbedici ölkələrdən biridir. Daha ətraflı »

    Teqlər:

  • 13İyn
    Xəbərlər MELİORATORLAR PEŞƏ BAYRAMLARINI QEYD EDİBLƏR üçün şərhlər bağlıdır

    DSC_7118 (Копировать)DSC_7143 (Копировать)Su Təsərrüfatı və Meliorasiya İşçilərinin peşə bayramı münasibəti ilə tədbir keçirilib. Əvvəlcə tədbir iştirakçıları Ulu Öndərin abidəsini ziyarət edərək, abidənin önünə gül-çiçək dəstələri qoyublar.
    Sonra tədbir rayon icra hakimiyyətinin iclas zalında davam etdirilib. Rayon icra hakimiyyətinin başçısı Müstəqim Məmmədov su təsərrüfatı və meliorasiya işçilərini peşə bayramı və “Azərsu” ASC-nin yaradılmasının 12 illiyi münasibəti ilə təbrik edib, hər birinə cansağlığı, Azərbaycan xalqının xoş gələcəyi naminə qarşıya qoyulmuş vəzifələrin icrasında yeni-yeni uğurlar arzulayıb. Tədbirdə rayon subartezian quyularının istismarı idarəsinin rəisi Əli Əliyev və rayon icra hakimiyyəti başçısı aparatında sosial-iqtisadi inkişafın təhlili və proqnozlaşdırması şöbəsinin müdir müavini Xatirə Məmmədova çıxış ediblər. Sonra rayon icra hakimiyyətinin başçısı tərəfindən bir qrup su təsərrüfatı və meliorasiya işçisinə Fəxri Fərman və qiymətli hədiyyələr təqdim olunub.

    Teqlər:

  • 13İyn
    Xəbərlər BORSUNLU KƏNDİNDƏ SƏYYAR GÖRÜŞ-QƏBUL üçün şərhlər bağlıdır

    DSC_7396 (Копировать)DSC_7375 (Копировать)Borsunlu kəndində rayon icra hakimiyyətinin başçısı Müstəqim Məmmədovun sakinlərlə səyyar görüş-qəbulu keçirilib. Görüşdə rayonun hüquq-mühafizə orqanlarının, səhiyyə, təhsil, mədəniyyət, digər xidmət təşkilatlarının rəhbərləri, ərazi icra nümayəndələri və bələdiyyə sədrləri, kənd sakinləri iştirak ediblər.
    Əvvəlcə qonaqlar kənddə şəhidlərin xatirəsinə ucaldılmış abidənin önünə gül dəstələri düzüb, şəhidlərin xatirəsini ehtiramla yad ediblər. Sonra Borsunlu kənd İnzibati Ərazi Dairəsi üzrə nümayəndə Xaləddin Qarayev görülən işlər barədə məlumat verib.
    Sakinlərdən Vaqif Qədimov, Məhruzə İsmayılova, Tuğay Axundov, Nəyahət İsmayılova su təminatının yaxşılaşdırılması, kəndə gələn əsas yola asfalt örtüyünün salınması, köhnəlmiş elektrik dirəklərinin, naqillərin dəyişdirilməsi ilə bağlı məsələ qaldırıblar
    Kənd sakinləri əhalinin problemlərinin həlli istiqamətində həyata keçirilən tədbirlərdən, rayonda aparılan abadlıq-quruculuq işlərindən razılıq edib, göstərilən diqqət və qayğıya görə dövlətimizin başçısı cənab İlham Əliyevə öz minnətdarlıqlarını bildiriblər.

    “Yeni Tərtər”

    Teqlər:

  • 13İyn
    Xəbərlər “TƏHLÜKƏSİZ OYUN MEYDANÇASI” UŞAQLARIN İSTİFADƏSİNƏ VERİLİB üçün şərhlər bağlıdır

    DSC_7479 (Копировать)DSC_7440 (Копировать)Borsunlu kənd tam orta məktəbinin həyətində Almaniya Qızıl Xaç Cəmiyyətinin əməkdaşlığı sayəsində Azərbaycan Qızıl Aypara Cəmiyyəti tərəfindən tikilmiş “Təhlükəsiz Oyun Meydançası”nın açılış mərasimi keçirilib.
    Açılış mərasimində rayon ictimaiyyətinin nümayəndələri, Almaniyanın Azərbaycandakı səfirliyinin birinci katibi Raul Ammon, Almaniyanın Qızıl Xaç Cəmiyyətinin nümayəndəsi xanım Mik Pixend, Azərbaycan Qızıl Aypara Cəmiyyətinin icraçı katibi Ceyhun Mirzəyev, cəmiyyətin yerli bölməsinin nümayəndələri, kənd sakinləri, məktəblilər iştirak ediblər.
    Tədbiri Azərbaycan Qızıl Aypara Cəmiyyətinin icraçı katibi Ceyhun Mirzəyev açıb. Bildirib ki, layihənin məqsədi cəbhə xəttinə yaxın olan kəndlərdə uşaqların oynaması üçün təhlükəsiz meydançalar yaratmaq və onların asudə vaxtlarının keçirmələri üçün qorxusuz yerlərlə təmin etməkdir.
    Tədbirdə iştirak edən Tərtər Rayon İcra Hakimiyyətinin Başçısı Müstəqim Məmmədov da layihənin əhəmiyyətindən danışıb. Qeyd edib ki, bu meydançalar uşaqların sağlamlığını, psixoloji və sosial inkişafını dəstəkləmək baxımından əhəmiyyətlidir. Sonra rayon rəhbəri düşmənin törətdiyi təxribatlar, bunun nəticəsində dinc əhaliyə dəyən ziyan barədə qonaqlara ətraflı məlumat verib. Daha ətraflı »

    Teqlər: