14 iyun 2017-ci il Azərbaycan tarixinə ən yaddaqalan günlərdən biri kimi daxil oldu. Bu gün işğaldan azad edilmiş torpaqlarımıza Böyük Qayıdışın başlanğıcı oldu.
Hər qarışı əsgərlərimizin qanına boyanmış bu yerlərdə çox qısa müddətdə – cəmi iki ay ərzində Azərbaycan xalqının qüruruna çevrilən müasir bir kənd salındı.
Ölkə Prezidentinin Cocuq Mərcanlını böyük Azərbaycanın inkişaf və müasirlik rəmzinə çevrilməsi tələbi məsuliyyət hissi ilə və ən yüksək səviyyədə həyata keçirildi.
Cocuq Mərcanlı kəndi 1994-cü il yanvarın 6-da Ulu Öndər Heydər Əliyevin rəhbərliyi ilə aparılan uğurlu Horadiz əməliyyatı zamanı işğaldan azad edilmişdi. Lakin burada əhalinin təhlükəsiz yaşayışı mümkün deyildi. Çünki yaxınlıqda olan strateji əhəmiyyətli Lələtəpə yüksəkliyi işğal altında qalmışdı. Daha ətraflı »
-
30İynDigər İŞĞALDAN AZAD EDİLMİŞ TORPAQLARIMIZA BÖYÜK QAYIDIŞ BAŞLANDI üçün şərhlər bağlıdır
Teqlər: Digər
-
30İynDigər AZƏRBAYCANDA SİLAHLI QÜVVƏLƏR GÜNÜ üçün şərhlər bağlıdır
AZƏRBAYCAN GÜCLÜ DÖVLƏTDİR VƏ ONUN GÜCLÜ ORDUSU VAR
1918-ci ilin 28 may tarixində Azərbaycan Demokratik Respublikası elan olunanda Azərbaycanda milli ordu yox idi. Azərbaycan Demokratik Respublikası hökumətinin qərarı ilə 1918-ci il iyunun 26-da ilk hərbi hissə – əlahiddə korpus yarandı. Az bir vaxt ərzində Azərbaycanda milli ordu quruculuğunda əsaslı nəticələr əldə olundu.
Xalqımızın Ümummilli Lideri Heydər Əliyevin 1998-ci il 22 may tarixində imzaladığı fərmanla 1918-ci ildə – Azərbaycan Demokratik Respublikası dövründə general Səməd bəy Mehmandarovun rəhbərliyi ilə ilk əlahiddə Azərbaycan korpusunun yaradıldığı gün – 26 iyun Azərbaycan Respublikasının Silahlı Qüvvələr Günü elan edildi.
Hazırda Azərbaycan Ordusu Cənubi Qafqazda ən güclü və hazırlıqlı ordu hesab olunur.
Azərbaycan Respublikasının Prezidenti, Silahlı Qüvvələrin Ali Baş Komandanı İlham Əliyev Silahlı Qüvvələrin yaradılmasının 95 illiyi münasibətilə Bakının Azadlıq Meydanında keçirilən hərbi paradda çıxışı zamanı bildirmişdir: Daha ətraflı »Teqlər: Digər
-
30İynDigər Qaçqın və məcburi köçkünlərin, əhalinin sosial cəhətdən qayğıya ehtiyacı olan təbəqələrinin problemlərinin həlli ilə bağlı həyata keçirilən tədbirlərin işıqlandırılması üçün şərhlər bağlıdır
COCUQ MƏRCANLIDAN BAŞLAYAN BÖYÜK QAYIDIŞ YURD HƏSRƏTİNƏ SON QOYACAQ
ULU ÖNDƏRİN ƏN ÇOX DİQQƏT GÖSTƏRDİYİ MƏSƏLƏ
Ermənistan silahlı qüvvələrinin Azərbaycan torpaqlarını işğal etməsi nəticəsində öz ata-baba yurdlarından didərgin düşmüş soydaşlarımızın qayğıları Ümummilli Lider Heydər Əliyevin ən çox diqqət göstərdiyi məsələlərdən biri olmuşdur. Onların problemlərinin həlli ilə bağlı həyata keçirilən ilk tədbirlər, hazırlanan Proqramlar Ulu Öndərin gərgin əməyinin nəticəsidir. Xarici səfərləri zamanı o, qaçqın və məcburi köçkünlərin vəziyyətinin dünya ictimaiyyətinə çatdırılmasına çalışırdı.
Bu təbəqədən olan insanlara qayğı və diqqət göstərilməsi Heydər Əliyev siyasətinin layiqli davamçısı, Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin fəaliyyətinin mühüm istiqamətini təşkil edir. Təsadüfi deyil ki, cənab İlham Əliyev 2013-cü il oktyabrın 1-də prezident seçkiləri ərəfəsində ilk görüşünü Biləsuvar rayonu ərazisində məcburi köçkünlər üçün salınmış yeni qəsəbələrdə keçirərkən ölkədə bir dənə də olsun çadır düşərgəsinin qalmayacağını bəyan etmiş və vədini 2017-ci ilin sonunda, vaxtından bir il əvvəl yerinə yetirmişdir
Azərbaycanın Birinci vitse-prezidenti Mehriban Əliyeva da bu vəzifəyə təyin ediləndən sonra ilk müşavirəsini məhz məcburi köçkünlərin problemlərinə həsr edib və bundan dərhal sonra isə məcburi köçkünlər üçün yeni yaşayış kompleksinin təməlini qoyub. Daha ətraflı »Teqlər: Digər
-
21İynDigər üçün şərhlər bağlıdır
Bugünkü Azərbaycan dünya miqyasında seçilən bir ölkədir. Təəssüf edirəm, hamımız təəssüf edirik ki, müstəqilliyimizin ilk günlərindən Heydər Əliyev Azərbaycanda rəhbərlikdə olmayıb. Əgər rəhbərlikdə olsaydı, bir qarış torpaq da işğal altına düşməzdi. Əfsuslar olsun ki, müstəqilliyimizin ilk illərində ölkəmizə rəhbərlik etmiş insanlar zəiflik, qorxaqlıq göstərdilər. AXC-Müsavat cütlüyünə gəlincə, xəyanətkar hakimiyyət torpaqlarımızı qoruya bilmədi. Qurtuluş Günü bugünkü reallıqları şərtləndirən gündür. Əgər Heydər Əliyev müstəqilliyimizin ilk illərində hakimiyyətdə olsaydı, özümüzü bəlalardan qoruya bilərdik.
İlham Əliyev,
Azərbaycan Respublikasının PrezidentiTeqlər: Digər
-
21İynDigər Ömrün ahıl çağında üçün şərhlər bağlıdır
“BİR XATİRƏ QALA MƏNDƏN”
Bu sözləri Nübar Mədətli (Məmmədova) beş kitabından birinə ad seçib. Elə bu fikri də onun həyat amalı hesab etmək olar. 85 illik ömür yolunda onun yeganə məqsədi xeyirxahlıq və insanlara qayğı olub. Nə var-dövlət toplayıb, nə də zəngin həyat arzulayıb. Gördüyü işlərlə yaddaşlarda qalmaq istəyib və buna da nail olub.
1932-ci il noyabrın 5-də Ağdamın Kəklikbəyli Qərvənd kəndində anadan olan Nübar Mədətlinin uşaqlıq illəri çətin keçib. Atası Əsəd kişi 1941-ci ildə vəfat edib. Səhhəti çox zəif olan anası Tutuxanım aclıq illərində 4 övlada baxa bilməyib. Beləliklə də kənd məktəbinin 3-cü sinfində əla qiymətlərlə oxuyan balaca Nübarı Ağdam uşaq internat məktəbinə göndəriblər. Həmin məktəbin müəllimi Zülfiqar Səfərəliyevi Nübar Mədətli özünün mənəvi atası hesab edir. Aclıq illərində hər bir uşağa öz övladı kimi qayğı göstərən Zülfiqar müəllim onların mənəvi dünyasının formalaşmasında böyük rol oynayıb. Nübar müəllim deyir ki, bütün həyatı boyu bu insanın xeyirxahlığını unutmayıb və onun kimi daim insanlara gərəkli olmağa çalışıb. Daha ətraflı »Teqlər: Digər
-
21İynDigər “100 FAİZ ENDİRİM” üçün şərhlər bağlıdır
Bu çalxalanan fani dünyada görün nə qədər “ürəyi yumşaq”, “insaflı” və “xeyirxah” insanlar var. Bunlar camaata “səmimi-qəlbdən xidmət etmək” üçün öz qazanclarından belə “əl çəkir”, hətta izafi xərclərə yol verirlər. Məsələn, götürün elə bəzi aptek sahiblərini, tetrasklini, yəni ayıb olmasın, qarın ağrısı dərmanını 50 ma-nata deyil, 50 qəpiyə satırlar ki, adamların qarnı ağrıyanda pis günə qalmasınlar, tez 50 qəpik verib, dərdlərinə əlac eləsinlər. (Nə olsun ki, bir az əvvəl bu dərman 10 qəpik idi?).
Bəzi ticarətçilər, satdıqları şeylərin qiymətlərində cəmi-cümü “70 faiz endirim” edib, öz qıymazlıqlarını aləmə car çəkirlər. Deyən də yoxdur ki, a kişi, əgər reklam xatirinə bunu edib, özünə müştəri yığmaq və cibini doldurmaq istəyirsənsə, elə “100 faiz endirim” yaz, qoy adın da kişi kimi aləmə yayılsın. Daha o qalan 30 faizdən ötrü adını niyə biabır edirsən? Daha ətraflı »Teqlər: Digər
-
09İynDigər AZƏRBAYCAN RESPUBLİKASININ PREZİDENTİ İLHAM ƏLİYEV: “ÖZ KÖKLƏRİNƏ BAĞLI OLAN XALQ VƏ DÖVLƏT HƏMİŞƏ DÜZGÜN SİYASƏT APARACAQ” üçün şərhlər bağlıdır
Xalqımız Azərbaycan Xalq Cümhuriyyəti yaradıcılarının xatirəsini daim əziz tutur. Ölkə başçısı İlham Əliyev tərəfindən Azərbaycan Xalq Cümhuriyyətinin 100 illik yubileyinin qeyd edilməsi barədə imzalanmış sərəncam da bu böyük ehtiramın ifadəsidir.
Azərbaycan Xalq Cümhuriyyəti cəmi 23 ay yaşadı. Daxili və xarici müdaxilələr nəticəsində Şərqdə ilk demokratik respublika süqut etdi. Lakin bu az müddətdə çox iş görüldü. 70 il Sovet İttifaqının tərkibində yaşadığımıza görə biz öz tariximizi lazımınca öyrənə bilmədik. Bu gün Xalq Cümhuriyyətini quran fədailərin həyat yolu öyrənilir, onların xatirəsinin əbədiləşdirilməsi istiqamətində tədbirlər görülür. Bakının mərkəzində Azərbaycan Xalq Cümhuriyyətinin şərəfinə abidə ucaldılıb.
Azərbaycan ikinci dəfə müstəqillik əldə etdikdən sonra qısa bir dövrdə böyük inkişaf yolu keçib. Bu gün də həmin inkişaf davam edir. İqtisadi, sosial sahədə, bütün sahələrdə ölkəmiz böyük uğurlara imza atıb. Çünki xalqımız müstəqillik şəraitində yaşayır. Bu uğurların təməlində isə əsası Ulu Öndər Heydər Əliyev tərəfindən qoyulan düşünülmüş xarici və daxili siyasət dayanır. Daha ətraflı »Teqlər: Digər
-
09İynDigər SƏRSƏNG SU ANBARININ VƏZİYYƏTİNİN AVROPA PARLAMENTİNDƏ MÜZAKİRƏ EDİLMƏSİ TƏRTƏRLİLƏRİN ÜRƏYİNCƏDİR üçün şərhlər bağlıdır
Tərtər cəbhə bölgəsidir. Düşmənlə 48 km məsafədə təmas xətti var. Burada insanlar hər an düşmən təxribatına məruz qalmaq təhlükəsi ilə yaşayırlar. Belə şəraitdə təsərrüfat işlərilə məşğul olur, bir an da olsun belə öz doğma ocaqlarından ayrılmırlar. Bu il təbiətin şıltaqlığına baxmayaraq, insanların üzü gülür. Çünki həm bağ-bağçalarda, həm də taxıl zəmilərində, çuğundur, pambıq, günəbaxan plantasiyalarında məhsul boldur, ürəkaçandır. Amma insanların bu sevincinə narahatçılıq hissləri də qarışıb. Yay aylarında ermənilər Sərsəng Su Anbarından gələn suyun qarşısını kəsdikləri üçün, su qıtlığı yaranır. Düzdür, Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin tapşırıqları əsasında cəbhəyanı bölgə olan Tərtərdə su qıtlığının aradan qaldırılması məqsədilə əlavə tədbirlər görülüb, alternativ su mənbələri yaradılıb. Təkcə son üç ildə Tərtərdə 61 ədəd yeni subartezian quyusu qazılıb. Ümumilikdə isə rayon subartezian quyuları istismarı idarəsinin balansında 489 ədəd subartezian quyusu var.
Bütün bunlara baxmayaraq, isti yay günlərində Tərtər çayının suyu Sərsəng Su Anbarından ermənilər tərəfindən kəsildiyinə görə əkinlərin suvarmaya olan ehtiyacının ödənilməsində çətinliklər yaranır. Daha ətraflı »Teqlər: Digər
-
09İynDigər QAÇQIN VƏ MƏCBURİ KÖÇKÜNLƏRİN QAYĞILARI DİQQƏT MƏRKƏZİNDƏDİR üçün şərhlər bağlıdır
Tərtər özü döyüşən şəhər olsa da, qoynunda minlərlə qaçqın və məcburi köçkün soydaşımıza yer verib. Rayon statistika idarəsinin 1 yanvar 2016-cı il tarixə olan məlumatına görə, Ermənistanın respublikamıza təcavüzü nəticəsində Tərtərdə 2635 nəfər qaçqın və 14342 nəfər məcburi köçkün məskunlaşıb.
Azərbaycanın sürətli inkişafı bu təbəqədən olan insanların həyatında da özünü göstərir. Qaçqın və məcburi köçkünlərin sosial problemlərinin həlli ölkənin Birinci vitse-prezidenti Mehri-ban xanım Əliyevanın da diqqət mərkəzindədir. Bunu Birinci vitse-prezident kimi onun ilk müşavirəni məcburi köçkün ailələrinin mənzil şəraitinin yaxşılaşdırılmasına həsr etməsi də aydın şəkildə nümayiş etdirir. Məhz Mehriban xanımın verdiyi tapşırıqlar əsasında hazırda məcburi köçkünlərin sosial problemlərinin həlli istiqamətində genişmiqyaslı işlərin görülməsinə başlanılıb. Daha ətraflı »Teqlər: Digər
-
09İynDigər Tarixi günlər üçün şərhlər bağlıdır
BEYNƏLXALQ SÖZ VƏ MƏTBUAT AZADLIĞI GÜNÜ
1991-ci il mayın 3-də Namibiyanın paytaxtı Vindhukda regional seminara toplaşan jurnalistlər azad və müstəqil informasiya vasitələrinə yardımçı olmaq məqsədilə dünya hökumətlərinə mətbuat azadlığının və demokratiyanın təmin edilməsinə yardımçı olmağa çağıran “Vindhuk Bəyannaməsi”ni qəbul ediblər. Bununla bağlı BMT Baş Məclisi 1993-cü ildə mayın 3-nü Beynəlxalq Söz və Mətbuat Azadlığı günü kimi qeyd etməyi qərara alıb. Azərbaycanda söz və mətbuat azadlığının təminatı ilə bağlı müvafiq qanunvericilik aktları qəbul edilib. 1998-ci il avqustun 6-da Ulu Öndər Heydər Əliyevin Fərmanı ilə mətbuat üzərində senzura ləğv olunub.
Senzuranın ləğvi və bu qəbildən digər tədbirlər müstəqil KİV-lərin inkişafını, vətəndaşların beynəlxalq hüquq normaları və Azərbaycan Konstitusiyası ilə təsbit olunmuş söz, məlumat və fikir azadlığını təmin edib. Daha ətraflı »Teqlər: Digər
Yeni ismarıclar