Saytın ümumi statistikası:

Saytda məqalələrin sayı - 5,938
Saytda ismarıcların sayı - 0

Arxiv

  • 20Noy
    Ədəbiyyat Tarixi yaradan şəxsiyyətlər üçün şərhlər bağlıdır

    ŞAH İSMAYIL XƏTAİ

    Cahanşümül və qüdrətli dövlət başçıları tariximizdə silinməz izlər qoyublar. Bunlardan biri də Şah İsmayıl Xətai olub.

    HƏYATI VƏ HAKİMİYYƏTİ

    Azərbaycan tarixində misilsiz xidmətləri olan hökmdar, şair və sərkərdə Şah İsmayıl Xətai 1487-ci il iyun ayının 23-də Ərdəbil şəhərində dünyaya gəlib. Onun anası Ağqoyunlu hökmdarı Uzun Həsənin qızı, Sultan Yəqubun bacısı idi. Atası Şeyx Heydər, babası isə Şeyx Cüneyd idi. Dahi şəxsiyyətin həyatı uşaq vaxtlarında təhlükədə olub. Əgər onu 6 yaşında müridlər gizlətməsəydilər öldürüləcəkdi. Əvvəlcə Rəştə sonra Lahicana aparılıb, 7 yaşında Gilan hakimi Mirzə Əlinin sarayına gətirilib. Oradada Həsən xanın himayəsi altında Lələ Hüseyn tərəfindən tərbiyə olunur. 6 il burada qalan İsmayıl alimlərdən dini, dünyəvi və hərbi təlimlər alır.
    Xətainin gördüyü işlər Azərbaycan tarixinə qızıl hərflərlə yazılıb. Daha ətraflı »

  • 20Noy
    Ədəbiyyat AÇILINCA SOLAN GÜL üçün şərhlər bağlıdır

    Bu gül Tərtər rayonunun Dəmirçilər kəndində yaşayan, uzun illərdən bəri məclislərimizdə əhvalımıza şirinlik qatan tanınmış müğənni İnqilab Əsgərovun ömür bağında açılmışdı–Elməddin gülü…
    Elməddin doğulduğu kənd məktəbində orta, polis akademiyasında isə ali təhsil almışdı. Fəxri gənclərimiz sırasında olan Elməddin Tərtərdə ixtisası üzrə bir müddət işlədikdən sonra Füzuli rayonuna (Horadiz) göndərilmişdi. Orada çalışdığı iki ay olar-olmaz gözlənilməz maşın qəzası onun bütün arzularına və ömrünə əbədi nöqtə qoydu.
    Hələ gələcək həyatı haqqında düşünməyə macal tapmamış, bir könül həmdəmi seçib, əzizlərini sevindirməmiş həyatını qəfil gələn əcələ əziz dostuymuş kimi verdi.
    Artıq Elməddin haqqında söhbət düşən yerlərdə hər kəsin dilindən bircə söz eşidilir:
    “Təəssüf!!!”
    Mən də böyük Allahdan Elməddinin ruhuna rəhmət, doğmalarına səbr diləyir, “başınız sağ olsun!”–deyirəm. Daha ətraflı »

  • 08Noy

    Digər üçün şərhlər bağlıdır

    …Bəzi hallarda dövlət məmurları, yerli icra orqanlarının rəhbərləri, nümayəndələri imkan vermirlər, xüsusilə bölgələrdə. Əgər indi kimsə özü üçün bir balaca iş qurursa, gəlib zəli kimi onun bədənindən yapışırlar, qanını sorurlar. Belə adamlara qarşı çox ciddi tədbirlər görüləcəkdir.
                  İlham ƏLİYEV,
                Azərbaycan Respublikasının Prezidenti

  • 08Noy
    Tərtər RİH-də ABAD KƏNDDƏ GÖRÜŞ üçün şərhlər bağlıdır

    Tərtər Rayon İcra Hakimiyyəti başçısının növbəti səyyar qəbul-görüşü təmas xəttində yerləşən Qaraağacı kənd İƏD üzrə nümayəndəliyinin Qapanlı kəndində oldu. Qəbulda rayon icra hakimiyyətinin, hüquq-mühafizə orqanlarının, səhiyyə, təhsil, mədəniyyət və digər xidmət təşkilatlarının rəhbərləri, ərazi icra nümayəndələri, bələdiyyə sədrləri və kənd sakinləri iştirak etdilər.
    Əvvəlcə Qaraağacı kənd İƏD üzrə nümayəndə Lətif Həmidov kəndin sosial-iqtisadi inkişafı, əhalisi, onların məşğuliyyəti, görülən işlər barədə məlumat verdi. Bildirdi ki, bu il kənd əməkçiləri hər hektardan 37 sentner taxıl, 35 sentner arpa, 45 sentner pambıq götürüblər. Daha ətraflı »

  • 08Noy
    Tərtər RİH-də İCTİMAİ MÜZAKİRƏ üçün şərhlər bağlıdır

    Əmək və Əhalinin Sosial Müdafiəsi naziri Sahil Babayev, Tərtər Rayon İcra Hakimiyyətinin başçısı Müstəqim Məmmədov, Beynəlxalq Avrasiya Mətbuat Fondunun (BAMF) sədri və nazirlik yanında İctimai Şuranın sədri Umud Mirzəyev Tərtər rayonunda “Sosial yardım asılılığından özünüməşğulluğa doğru” mövzusunda keçirilən ictimai müzakirədə iştirak ediblər.
    BAMF-ın Tərtər rayonundakı Regional Peşə Təlim Mərkəzində keçirilən tədbirdə nazirliyin müvafiq bölgə üzrə yerli qurumlarının əməkdaşları, İctimai Şuranın ayrı-ayrı üzvləri, layihə iştirakçıları və özünüməşğulluq proqramına müraciət edən həssas qrupların nümayəndələri iştirak ediblər. Daha ətraflı »

  • 08Noy
    Tərtər RİH-də KONSULTATİV TİBBİ YARDIM üçün şərhlər bağlıdır

    Akademik M.A. Topçubaşov adına Elmi Cərrahiyyə Mərkəzinin mütəxəssisləri Tərtər rayonunda əhalinin tibbi müayinəsini həyata keçirib.
    Xəstəxanada tibbi müayinələrin aparılması üçün zəruri şərait yaradılıb. Mərkəzin həkimləri tibbi müayinələrdə könüllü iştirak etdiklərini bildiriblər. Sakinlər də müayinələrdən razılıqlarını ifadə ediblər.
    Elmi Cərrahiyyə Mərkəzinin mütəxəssisləri həmçinin yerli həkimlərlə təcrübə mübadiləsi aparıb, bilik və bacarıqlarını bölüşüblər.
    Akademik M.A. Topçubaşov adına Elmi Cərrahiyyə Mərkəzinin direktoru, professor Rauf Ağayev bildirib ki, Prezident İlham Əliyevin diqqət və qayğısı sayəsində regionlarda müasir səhiyyə ocaqları yaradılaraq lazımi avadanlıqlarla təchiz olunub.

    “Yeni Tərtər”

  • 08Noy
    Tərtər RİH-də REGİON GƏNCLƏRİNİN TƏDBİRİ üçün şərhlər bağlıdır

    Azərbaycan Respublikası Gənclər Fondunun dəstəyi ilə “Gənclik gələcəkdir! Uğurun üçün çalış” gənclərin peşə və ixtisas seçiminə dəstək adlı layihə çərçivəsində Tərtər rayonunda yaşayan və təhsil alan gənclər üçün təlim keçirilib. .
    Mərkəzin sədri Cavidan Ağazadə Azərbaycan Dövlət Aqrar Universitetinin prorektoru Anar Hətəmov, Tərtər Rayon İcra Hakimiyyəti Başçısı Aparatının İctimaisiyasi və Humanitar Məsələlər Şöbəsinin müdir müavini Elvin Umudov, Gəncə Şəhər Gənclər və İdman Baş İdarəsinin rəisi Müşfiq Cəfərov, Mingəçevir Şəhər Gənclər Evinin direktoru Tural Kərimov, Ombudsmanın Gəncə Regional Mərkəzinin rəhbəri Səbuhi Abbasov, Dövlət İdarəçilik Akademiyasının Davamlı İnkişafın Planlaşdırılması və İdarə Edilməsi kafedrasının dosenti Miraqil Seyidzadə, Dövlət İdarəçilik Daha ətraflı »

  • 08Noy
    Digər Tarixi günlər üçün şərhlər bağlıdır

    6 NOYABR MİLLİ TELEVİZİYA VƏ RADİO GÜNÜDÜR

    1926-cı il noyabrın 6-da Azərbaycanda ilk dəfə radio verilişlərinin yayımına başlanılıb. Radioya təkcə Bakıda deyil, ətraf yaşayış yerlərində də qulaq asmaq mümkün idi. 30 ildən sonra -1956-cı il fevralın 14-də isə Azərbaycan televiziyası yaradılıb.
    Bu gün 62 il öncə fəaliyyətə başlayan Bakı Televiziya Studiyasının ilk veriliş günü efirdə gənc aktrisa Nəcibə Məlikova görünüb və çıxışına “Göstərir Bakı” sözləri ilə başlayıb. Bu illər ərzində Azərbaycan televiziya və radiosu böyük inkişaf yolu keçib. 2018-ci ilin məlumatına görə ölkədə 10 respublika, 13 regional, 17 kabel, 15 internet, 1 peyk televiziyası, 13 respublika və 3 regional radio fəaliyyət göstərir. Həmçinin Azər-baycan ərazisində rəqəmsal yayımın tətbiqinə başlanıb. Bir neçə ildir ki, fəaliyyət göstərən “CBC” telekanalı Azərbaycanın ilk beynəlxalq telekanalı kimi tarixə düşüb. Tamaşaçılara beş dildə –Azərbaycan, rus, ingilis və erməni dillərində proqramlar təqdim edilir.

  • 08Noy
    Digər 9 NOYABR-AZƏRBAYCANDA DÖVLƏT BAYRAĞI GÜNÜDÜR üçün şərhlər bağlıdır

    Noyabrın 9-u Azərbaycanda Dövlət Bayrağı Günüdür. 2009-cu il noyabrın 17-də Prezident İlham Əliyev “Azərbaycan Respublikasının Dövlət Bayrağı Gününün təsis edilməsi haqqında” Sərəncam imzalayıb. Həmin il dekabrın 4-də isə Milli Məclis noyabrın 9-nu Dövlət Bayrağı Günü kimi rəsmiləşdirib.
    Müstəqilliyini bərpa etdikdən sonra Azərbaycanın Dövlət Bayrağı milli suverenliyin simvolu kimi ölkəmizin bütün vətəndaşları üçün müqəddəs dövlətçilik rəmzlərindən birinə çevrilib. Azərbaycan Xalq Cümhuriyyətinin yadigarı olan bu bayraq xalqımızın azadlıq məfkurəsinə, milli-mənəvi dəyərlərə və ümumbəşəri ideallara sadiqliyini nümayiş etdirir.
    Azərbaycan Respublikasının Dövlət Bayrağı 1918-ci il noyabrın 9-da Azərbaycan Xalq Cümhuriyyəti Hökumətinin Daha ətraflı »

  • 08Noy
    Digər 10 NOYABR ÜMUMDÜNYA GƏNCLƏR GÜNÜDÜR üçün şərhlər bağlıdır

    Bu günün qeyd olunması barədə qərar Ümumdünya Demokratik Gənclər Federasiyası tərəfindən 1945-ci ilin 29 oktyabr -10 noyabrda Londonda keçirilmiş konfransda qəbul edilib. Gənclər günü MDB məkanında və Şərqi Avropa ölkələri arasında ilk dəfə olaraq, Azərbaycanda qeyd olunub. 1994-cü il iyulun 24-də Gənclər, İdman və Turizm Nazirliyinin yaradılması bu istiqamətdə daha mühüm tədbirlərin həyata keçirilməsinə geniş imkan yaratdı. Belə ki, müstəqil Azərbaycan gənclərinin ilk ümumrespublika forumunun keçirilməsi, 2 fevralın Azərbaycan gəncləri günü elan edilməsi, “Dövlət gənclər siyasəti haqqında” fərman və digər fəaliyyət proqramlarının təsdiqi gənclərə ayrılan böyük qayğının göstəricisidir.
    Prezident İlham Əliyevin imzaladığı “Azərbaycan gəncliyi 2017-2021-ci illərdə Dövlət Proqramı”nın təsdiq edilməsi haqqında sərəncamı gəncliyin inkişafında növbəti mərhələnin təmin edilməsini nəzərdə tutan mühüm sənəddir.