DEYİLMİ?…
| Ömür başdan-başa, beşikdən-qəbrə
Həyat sevinci, qəmi deyilmi ? Ölüm bir ömürlük iztirabların- Ağrının, acının cəmi deyilmi ?
Mənəvi dünyaya qalxıb ucalmaq Qanadlı duyğuya qismətdir ancaq. Beləysə, ömürdən, gündən kam almaq Hər kəsin arzusu, kamı deyilmi ?
Keçir məqamlar da gündə yüz əldən Hansı gizli əldir pozan, düzəldən? Sənin güvəndiyin dünya əzəldən Əkilən, biçilən zəmi deyilmi ? |
Ayaqlar altında yer oldu tapdaq,
Sirrini, məğzini bilmədik ancaq. Tapdaq etdiyimiz bu qara torpaq Əbədi mənzilin damı deyilmi ?
Damımız üstündə gəzər, hey gəzər, Hərə ürəyincə bir mənzil bəzər. Torpağı sormaqdan etmədik həzər, Bu da ağlımızın kəmi deyilmi ?
Ötəri mənzildə qədər hökm edər, Kimimiz bal içər, kimimiz zəhər: Əbədi mənzildə hamı-bir nəfər, Bir nəfər özü də hamı deyilmi ?
Bəxtiyar VAHABZADƏ |


Xalqımızın dahi oğlu, görkəmli siyasi xadim Heydər Əliyevin əziz xatirəsini daim uca tutan tərtərlilər onun vəfatınının 16-cı ildönümünü ehtiramla yad ediblər.
Azərbaycan Respublikasının Birinci vitseprezidenti Mehriban xanım Əliyevanın dahi şair İmadəddin Nəsiminin 650 illik yubileyi münasibətilə respublikamızda bir gündə 650 min ağacın əkilməsi təşəbbüsü cəbhə bölgəsində yerləşən Tərtər rayonunda da yüksək fəallıqla həyata keçirilib.
“Azəriqaz” İstehsalat Birliyinin baş direktoru Ruslan Əliyev Tərtər rayonunda sakinlərlə görüşüb. Qəbulda Bərdə rayonunun sakinləri də iştirak edib. Birliyin baş direktorunun müavinləri Ramil İsgəndərov Füzuli, Ceyhun Şıxəliyev isə Ağdam rayonunun sakinlərinin problemlərini dinləyiblər. Qəbula gələn sakinlərin ək-səriyyəti yaşayış məntəqələrinin qazlaşdırılması, qaz xətlərinin yerinin dəyişdirilməsi, işə qəbul və müxtəlif məsələlərlə bağlı fikirlər səsləndiriblər. Hər bir vətəndaşın müraciəti diqqətlə dinlənilib. Qaldırılan məsələlərin qanunvericiliyə uyğun həlli barədə mü-vafiq strukturların rəhbərlərinə tapşırıqlar verilib. Birliyin səlahiyyətlərinə aid olmayan məsələlərlə bağlı müraciətlər isə müvafiq orqanlara çatdırılması üçün qeydiyyata alınıb və nəzarətə götürülüb.
Tərtərdə Elektron Kənd Təsərrüfatı İnformasiya Sisteminin (EKTİS) tətbiqi və payızlıq əkinlərin bəyan edilməsi ilə bağlı görüş keçirilib. Rayon Gənclər Mərkəzində keçirilən görüşdə Kənd Təsərrüfatı nazirinin müavini İlham Quluyev, Tərtər Rayon İcra Hakimiyyətinin başçısı Müstəqim Məmmədov, Kənd Təsərrüfatı Nazirliyi Aparatının nümayəndələri, yerli Dövlət Aqrar İnkişaf Mərkəzinin rəhbəri, rayon icra hakimiyyəti strukturlarının məsul şəxsləri, yerli icra nümayəndələri, bələdiyyə sədrləri, Tərtər və Ağdam rayonlarından olan fermerlər iştirak ediblər.
Cəbhə bölgəsində yerləşən Tərtər rayonunda kənd təsərrüfatı məhsullarının ixracını artırmaq, xarici bazarlara rəqabətqabiliyyətli məhsul çıxarmaq istiqamətində məqsədyönlü iş aparılır, müasir istehsal sahələri yara-dılır.
Uğurlu illər sırasında mühüm ictimai-si-yasi hadisələrlə, yüksək sosial-iqtisadi inkişaf tempi ilə yadda qalacaq 2019-cu il artıq başa çatmaq üzrədir. 2019-cu ilin qürurverici töhfələri cəbhə bölgəsi olan Tərtər rayonunda da diqqət çəkir.
Görüşdə rayon icra haki-miyyətinin, hüquq-mühafizə orqanlarının, səhiyyə, təhsil, mədəniyyət və digər xidmət təşkilatlarının rəhbərləri, ərazi icra nümayəndələri, bələdiyyə sədrləri, kənd sakinləri iştirak etdilər.
Yeni ismarıclar