10Sen
BOL MƏHSUL GÖZLƏNİLİR
Pambıq universal və texniki bitki olaraq onun böyük xalq təsərrüfatı əhəmiyyəti vardır. Pambığın əhəmiyyəti onun lifverən bitkilər içərisində əsas yer tutmasını təmin edir. Uzun illər ərzində dünyanın toxuculuq sənayesinin istifadə etdiyi lifin 70-80%-ə yaxını pambıqdan alınırdı. Pambıq toxuculuq sənayesində əsas xammal sayılır. Bu bitkinin rayonumuzda əkilməsi ənənəvi bir formaya çevrilib. Bu il Tərtər rayonunda ötən ilə nisbətən 450 hektar artıq ərazidə pambıq əkininin işləri aparılıbdır.Yəni ötən il rayonun təsərrüfatlarında 2981 hektar pambıq əkilmişdirsə, bu il isə hal-hazırda rayonumuzda 1104 nəfər istehsalçı fermer tərəfindən ərazilərdə 3439 hektar pambıq sahəsi əkilmişdir. Bu il MKT Tərtər filialında 1809 hektar, Azərpambıq Tərtər filialında 1630 hektar fermerlərlə müqavilə əsasında pambıq əkininin təminatı işləri yerinə yetirilib. Sahələrdə alaqlara, mənənəyə, çora, pambıq sofkasına, boy tənzimləyicisinə qarşı hər iki şirkətdə Daha ətraflı »
10Sen
Kəndimizdə Əliabbas adında bir kişi vardı. Heç kim ona Əliabbas demirdi. Əlabbas deyirdi. Çobanlıq edirdi. Yəni kənd camaatının qoyunlarını otarırdı. Səhər-səhər kimin neçə qoyunu olardı, gətirib ona təhvil verərdi. Maşallah da yaddaşı vardı. Yüz qoyun da versən, bilərdi ki, hansı sənindir. Hər qoyunu da öz adı ilə çağırardı. Kərə qoyun, kürə qoyun, sarımtıl, bozumtul, quyruğu qıvraq, qulağı yarıq, boynu qotazlı, yerişi nazlı. Saymaqla qurtarmaz. Elə ki, qoyunları gətirdilər, qabağa düşüb gedərdi. Qoyunlar da mələşə-mələşə dalınca. Ayın axırında da iki manatdan, üç manatdan pul yığardı.
Əlabbas tək yaşayırdı. Evlənməmişdi. Deyəndə ki, ay Əlabbas, yaşın altmışı keçib, niyə evlənmirsən? Bir xeyli sənə məzlum-məzlum baxardı:
-Sən öylənibsən?
– Evliyəm.
-Əlin yağa-bala batıb?
-Batıb da sözdür. Əlabbas, ailə özgə aləmdir. İşdən gəlirsən, oğul-uşaq Daha ətraflı »
03Sen
Azad olunmuş torpaqlarımızda dağıdılmış yaşayış məntəqələrinin, şəhərlərin, kəndlərin bərpası surətlə davam edir. Tez-tez informasiya vasitələrindən burada görülən işlər insanlar tərəfindən diqqətlə izlənilir. Cənab Prezident şəxsən özü görülən işlərlə yerində tanış olmaq məqsədilə rayolara səfərlər edir. Bir məqam da diqqət çəkir ki, mədəniyyət abidələri əvvəlki formasında yenidən restavrasiya olunur. Mədəni, tarixi irsimiz bərpa olunmaqla qorunub saxlanılr. Bu qəbildən olan abidələrdən biri kimi İlham Əliyev Molla Pənah Vaqifin məqbərəsinin bərpa edildikdən sonra açılışında iştirak etməsi əlamətdar hadisədir. 30 avqust 2021-ci ildə məqbərənin önündə həm də Vaqif Poeziya Günləri tədbiri keçirildi.
Tədbirdə iştirak edən cənab Prezident məqbərənin ucaldılması haqda qərarın Ulu Öndər Heydər Əliyev tərəfindən verildiyini və açılışının da 1982-ci ilin yanvarın 14-də Onun tərəfindən həyata keçirildiyini bildirdi.O dövrki tarixə diqqət çəkən Prezident Sovet ideologiyasının tüğyan etdiyi bir siyasi şəraitdə Daha ətraflı »
30Avq
Azərbaycan Ordusu 44 günlük müharibə ərzində Ermənistan ordusu haqqında yaradılmış mifi darmadağın etdi. Müharibə dövründə Ermənistan və onun havadarları tərəfindən hərbi əməliyyatları dayandırmaq üçün Azərbaycana diplomatik və siyasi təzyiqlər göstərilirdi. Ali Baş Komandan İlham Əliyev qətiyyətli siyasi iradəsini nümayiş etdirdi, bütün təzyiqləri dəf edərək, öz prinsipial mövqeyindən dönmədi. Prezident İlham Əliyevin dünyanın aparıcı mediasına verdiyi çoxsaylı müsahibələr dünya informasiya məkanında ölkəmizə qarşı olan hücumları alt-üst etdi.
Azərbaycan Vətən müharibəsində həm döyüş meydanında, həm də informasiya cəbhəsində mühüm nailiyyətlər qazanaraq möhtəşəm qələbəni təmin etdi. Vətən müharibəsi günlərində xalqımız üçün səciyyəvi olan ən mühüm cəhətlərdən biri də milli birlik və həmrəyliyin sarsılmazlığı faktoru idi. Təsadüfi deyildi ki, İkinci Qarabağ savaşında minlərlə gənc erməni işğalçılarına qarşı mübarizə aparmaq üçün könüllü müraciət edərək cəbhəyə yollanmaq istəklərini ortaya qoydu. Arxa cəbhədə olanlar həmrəylik göstərərək öz əməlləri ilə ön cəbhədə vuruşanlara əllərindən gələn köməyi əsirgəmədilər. Ölkədə fəaliyyət göstərən siyasi partiyalar siyasi baxışlarını bir kənara qoyaraq milli birlik nümayiş etdirdilər. Bütün bunlar bir daha onu göstərdi ki, siyasi, dini, sosial mövqeyindən asılı olmayaraq vətənin ümumi maraqları, Azərbaycan xalqının birliyi hər bir vətəndaş üçün bütün arzu və istəklərdən öndə dayanır. Biz birlikdə güclüyük! Qələbəmizin qazanılmasında birliyimizin rolu misilsizdir. Daha ətraflı »
30Avq
Rayon rəhbərliyi ənənəvi olaraq vaxtaşırı vətəndaşları qəbul edir, onların problemlərinin həllinə köməklik göstərilir, hər bir vətəndaşın müraciətinə həssaslıqla yanaşılır.
Bu dəfə də Tərtər Rayon İcra Hakimiyyətinin başçısı Müstəqim Məmmədov rayon sakinlərini karantin qaydalarının tələblərinə uyğun olaraq qəbul edib.
Şəhid ailələri, qazilər növbədənkənar qəbul edilib, problemləri yerində həll olunub.
Rayon sakinləri Vətən müharibəsində şəxsi əmlaklarına dəyən ziyanın aradan qaldırılması, təmir-tikinti, məişət əşyalarının qiymətləndirilməməsi, mənzillərinə təkrar baxışın keçirilməsi, suvarma, işlə təminat və sair məsələlərlə bağlı müraciət ediblər.
Qəbulda həlli mümkün problemlər həll edilib, araşdırılması vaxt tələb edən müraciətlərlə bağlı isə əlaqədar qurumlara tapşırıqlar verilib.
Vətəndaşlar onların müraciətlərinə diqqətlə yanaşıldığına görə öz minnətdarlıqlarını bildiriblər.
30Avq
HACIZADƏ CEYHUN İFRAYİL OĞLUNUN 29 YAŞI TAMAM OLDU
Bu münasibətlə Tərtər Rayon İcra Hakimiyyətinin, SHXÇDX-nin Tərtər rayon şöbəsinin, veteranlar təşkilatlarının nümayəndələri və qazilər şəhidin məzarını ziyarət etdilər. Sonra şəhidin yaşadığı evə gedərək ailəsinin qayğıları ilə maraqlandılar.
Hacızadə Ceyhun İfrayıl oğlu 16 avqust 1992-ci ildə Tərtər rayonunun Evoğlu kəndində anadan olub. 44 günlük Vətən müharibəsində iştirak edib və 2020-ci il oktyabrın 7-də Suqovuşan istiqmətində qəhrəmancasına şəhid olub.
Ölümündən sonra “Vətən uğrunda” və “Suqovuşanın azad olunmasına görə” medalları ilə təltif edilib.
30Avq
Şəhid Azər Elyas oğlu Şəmilovun doğum günü münasibəti ilə Tərtər və Bərdə Rayon İcra Hakimiyyətlərinin, SHXÇDX-nin Tərtər rayon şöbəsinin, veteranlar təşkilatlarının nümayəndələri və qazilər şəhidin məzarını ziyarət edərək önünə gül dəstələri düzüblər.
Azər Şəmilov 1971-ci il avqustun 13-də Tərtər rayonunun Alışarlı kəndində anadan olub.
1991-1994-cü illərdə Birinci Qarabağ müharibəsində iştirak edib.
Azər Şəmilov oktyabrın 14-də Talış döyüşləri zamanı şəhid olub. Bərdə rayo-nunun Kələntərli kəndində dəfn edilib.
Ölümündən sonra “Vətən uğrunda”, “Suqovuşanın azad olunmasına görə”, “Hərbi xidmətlərə görə” medalları ilə təltif edilib.
30Avq
Tərtər rayonunun Yenikənd kəndindən olan, 44 günlük Vətən müharibəsində canından keçərək şəhidlik zirvəsinə ucalan şəhidimiz Qasımzadə Azər Yaqub oğlunun övladı Yusifin 6 yaşı tamam oldu.
Bu münasibətlə Tərtər Rayon İcra Hakimiyyətinin, SHXÇDX-nin Tərtər rayon şöbəsinin, veteranlar təşkilatlarının nümayəndələri, şəhid anası Maya Quluyeva, qazilər şəhidin ailəsinin yaşadığı evdə olublar. 6 yaşının tamam olması münasibəti ilə Yusifi təbrik etdib, xoş arzularını çatdırıblar, ailəsinə, vətəninə layiqli övlad olmasını arzulayıb, hədiyyələr bağışlayıblar.
Şəhidin ailə üzvləri onlara göstərilən diqqət və qayğıya görə ölkə rəhbərliyinə və qonaqlara öz minnətdarlıqlarını bildiriblər.
30Avq
Bu münasibətlə ictimaiyyət nümayəndələri və qazilər şəhidin məzarını ziyarət edərək önünə gül dəstələri düzüb, ruhuna dualar oxuyublar.
Məmmədov Elman Bəhmən oğlu 17 avqust 1991-ci ildə Tərtər rayonunun Borsunlu kəndində anadan olub. Azərbaycan Ordusunun müddətdən artıq həqiqi hərbi xidmət qulluqçusu olan Elman Məmmədov 2020-ci il sentyabrın 27-dən Azərbaycan Silahlı Qüvvələri tərəfindən Ermənistan işğalı altında olan ərazilərin azad edilməsi üçün başlanan Vətən müharibəsində iştirak edib. 3 oktyabr 2020-ci ildə Füzuli rayonunun Alıxanlı kəndinin azad olunması uğrunda gedən döyüşlərdə qəhrəmancasına şəhid olub.
Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin müvafiq Sərəncamları ilə ölümündən sonra “Vətən uğrunda”, “Cəsur döyüşçü” və “Füzulinin azad olunmasına görə” medalları ilə təltif edilib.
Allah şəhidlərimizə rəhmət eləsin, ruhları şad olsun!
30Avq
Tərtər rayonunda xüsusi karantin rejiminin tələblərinə, habelə sanitar epidemioloji normalara əməl olunması üçün zəruri tədbirlər görülür, sanitar-təmizlik, tibbi-profilaktik və dezinfeksiya işləri aparılır.
Tədbirlər planına uyğun olaraq növbəti dezinfeksiya işləri çoxmənzilli yaşayış binalarında, ticarət və xidmət obyektlərində, insanların kütləvi toplaşdıqları yerlərdə həyata keçirilir. Bu tədbirlərin nəticəsidir ki, Tərtər rayonunda koronavirusa yoluxanların sayı digər rayonlara nisbətən azdır. Həm də camaat arasında geniş profilaktik və gigiyenik işlərin görülməsinə ciddi nəzarət olunur. Hər kəsə izah olunur ki, bu epidemiya necə yayılır, yoluxmalar necə baş verir və onun qarşısını almaq üçün hansı tədbirlər görülməlidir.
Yeni ismarıclar