Saytın ümumi statistikası:

Saytda məqalələrin sayı - 5,523
Saytda ismarıcların sayı - 0

Arxiv

  • 07Yan

    Mərasimdə Tərtər Rayon İcra Hakimiyyətinin başçısı Müstəqim Məmmədov, Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətinin Tərtər rayon şöbəsinin rəisi Elşən Abdullayev, şəhid ailələri, qazilər, müharibə veteranları, kənd sakinləri və ictimaiyyət nümayəndələri iştirak ediblər.
    Tədbirdə ilk olaraq Vətənimizin bütövlüyü uğrunda canlarından keçən şəhidlərimizin əziz xatirəsi yad edilib, Tərtər “Cümə” məscidinin imamı Sadiq Cəfərov onların ruhuna dua oxuyub.
    Çıxış edən rayon rəhbəri Müstəqim Məmmədov tarixə 44 günlük müharibə kimi düşən Vətən müharibəsindən, Azərbaycan Ordusunun qəhrəmanlığından, qazandığı şanlı Qələbədən, şəhidlərin gənclərə nümunə olan qısa, lakin şərəfli ömür yolundan danışıb.
    Tədbirdə İntiqam Mənsimlinin şərəfli döyüş yolundan qürur hissi ilə danışılıb. Bildirilib ki, Azərbaycan Ordusunun əsgəri İntiqam Mənsimli 1998-ci il iyunun 6-da rayonumuzun Kəngərli kəndində anadan olub. Oktyabrın 16-da Talış istiqamətində gedən döyüşlər zamanı qəhrəmancasına şəhid olub. Oktyabr ayının 17-də yaşadığı Tərtər rayonunun Kəngərli kəndində dəfn olunub. Suqovuşan istiqamətində gedən döyüşlərdə göstərdiyi igidliyə görə Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin müvafiq Sərəncamına əsasən ölümündən sonra “Cəsur döyüşçü” və “Suqovuşanın azad olunmasına görə” medalları ilə təltif olunub.
    Tədbirdə Kəngərli kənd tam orta məktəbinin direktoru İmran Məmmədov, şəhidin atası Rövşən Mənsimov, şəhid Səbuhi Məmmədovun atası Zahid Məmmədov, şəhid baş leytenant Qənbər Qənbərlinin atası Bəhruz Qənbərli, şəhid polkovnik-leytenant, Vətən Müharibəsi Qəhrəmanı Anar Əliyevin atası Vaqif Əliyev çıxış edərək, Azərbaycan Ordusunun qüdrətindən, hərbçilərimizin döyüşlərdə göstərdikləri qəhrəmanlıqlardan, xalqla ordunun birliyindən bəhs ediblər. Qeyd edilib ki, Şanlı Zəfər tarixini yazan Vətən oğulları hər zaman Azərbaycan xalqının qəlbində yaşayacaqlar.
    Tədbirdə məktəblilərin ifasında Vətənə, ordumuza, şəhidlərimizə həsr olunan şeirlər səsləndirilib.
    Şəhid ailələri və qazilər onlara göstərilən diqqət və qayğıya görə Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevə və Birinci vitse-prezident Mehriban xanım Əliyevaya öz minnətdarlıqlarını bildiriblər.

     

    Müəllif: Redaktor, 12:55

İsmarıclar bağlıdır.