İnsanların yanğına qarşı tədbirlərin necə alınacağını bilməməsi, bu mövzuda yetərincə məlumatlarının olmaması-yanğının baş vermə səbəblərindəndir.
Müəssisə rəhbərləri qızdırıcı, hava dəyişmə, elektrik qurğularının texniki vəziyyətinə daima nəzarət etməli, yanğın törədə biləcək amillərin aradan qaldırılması üçün dərhal zəruri tədbirlər görməlidirlər. Məktəblərdə yanğının qarşısının alınması və söndürülməsi mövzusunda daxili tənzimlənmə təlimatı hazırlanmalıdır:
–məktəblərdə hər bir mərtəbəyə od-söndürən balonlar qoyulmalıdır;
–laboratoriyalarda maddələrin və materialların birgə saxlanılma qaydalarına xüsusi diqqət etmək lazımdır.
–yanğın əmələ gələn zaman mümkün qədər tez bütün partlayış və yanğın xassəli maddələr daha təhlükəsiz yerlərə daşınmalı və ventilyasiya söndürülməlidir; Daha ətraflı »
-
10YanDigər MƏKTƏBLƏRDƏ YANĞINDAN QORUNMA TƏDBİRLƏRİ üçün şərhlər bağlıdır
Teqlər: Digər
-
29DekDigər üçün şərhlər bağlıdır
Mən bütün Azərbaycan vətəndaşlarını, dünya azərbaycanlılarını Dünya Azərbaycanlılarının Həmrəylik Günü və Yeni il bayramı münasibətilə ürəkdən təbrik edirəm, hər bir Azərbaycan ailəsinə yeni uğurlar, xoşbəxtlik arzulayıram.
İlham Əliyev,
Azərbaycan Respublikasının
PrezidentiTeqlər: Digər
-
29DekDigər DÜNYA AZƏRBAYCANLILARINI BİRLİYƏ SƏSLƏYƏN GÜN üçün şərhlər bağlıdır
XX əsrin 80-ci illərinin axırlarında dünyada baş verən qlobal dəyişikliklərlə əlaqədar bir çox xalqların, o cümlədən Azərbaycan xalqının özünüdərki, həmrəylik hissi gücləndi. İctimai hə- yatın demokratikləşməsi istiqamətində genişlənən xalq hərəkatı zəminində ilk olaraq Naxçıvan Muxtar Respublikasında 1989-cu ilin noyabrında Şimali və Cənubi Azərbaycan arasında humanitar, mədəni, iqtisadi və qohumluq əlaqələrini bərpa etmək məqsədilə əsassız çəkilmiş sərhəd çəpərlərinə qarşı xalqın etirazı başlandı. Beləliklə, “Sərhəd hərəkatı” adı ilə başlanan bu siyasi aksiya 1989-cu il dekabrın 31-də azərbaycanlıların həmrəylik hərəkatına çevrildi.
1990-cı il noyabrın 3-5-də Türkiyədə keçirilən Birinci Millətlərarası Azərbaycan Türk dərnəkləri qurultayı isə Naxçıvan Muxtar Respublikasında başlamış hərəkatın davamı kimi milli birlik və həmrəylik yolunda atılan mühüm addım oldu. Qurultayın qəbul etdiyi qərarda 31 dekabr gününün hər il həmrəylik günü kimi qeyd edilməsi zəruriyyəti irəli sürüldü. Bütün bunları nəzərə alaraq Ümummilli Liderimiz Heydər Əliyevin başçılıq etdiyi Naxçıvan Muxtar Respublikasının Ali Məclisinin 1991-ci il 16 dekabr tarixli iclasında 31 dekabrın Dünya Azərbaycanlılarının Həmrəylik Günü elan edilməsi qərara alındı. Daha ətraflı »Teqlər: Digər
-
29DekDigər TƏRTƏR RAYON İCRA HAKİMİYYƏTİNİN BAŞÇISI MÜSTƏQİM MƏMMƏDOVUN DÜNYA AZƏRBAYCANLILARININ HƏMRƏYLİK GÜNÜ VƏ YENİ İL MÜNASİBƏTİ İLƏ TƏBRİKİ üçün şərhlər bağlıdır
Əziz tərtərlilər!
Biz sizinlə birlikdə daha bir uğurlu ili başa vururuq. Bu müddətdə ölkə başçısının tapşırıq və tövsiyələri əsasında rayonumuzun tarixində görünməyən tikinti işləri aparılıb. Xüsusilə sevindiricidir ki, Tərtər Tarix-Diyarşünaslıq Muzeyi üçün inşa olunan yeni binanın, uzunluğu 29,5 kilometr olan, 24 min nəfər əhalinin yaşadığı 20 yaşayış məntəqəsini birləşdirən Tərtər – Seydimli – Qaradağlı – Sarov avtomobil yolunun açılışlarında Prezident İlham Əliyev iştirak edib. Ölkə rəhbəri Tərtərə səfəri çərçivəsində həmçinin ümumi sahəsi 88 min kvadratmetr olan və 1170 məcburi köçkün ailəsi üçün salınan yeni yaşayış kompleksində yaradılan şəraitlə tanış olub.
Prezident İlham Əliyevin dediyi kimi, “Düşmənlə üz-üzə dayanan tərtərlilər həmişə Azərbaycan dövlətçiliyinin möhkəmlənməsində xüsusi rol oynamışlar”. Bu sözlər hər birimizin qəlbini qürur hissi ilə doldurur. Biz yeni – 2018-ci ilə böyük ruh yüksəkliyi ilə qədəm qoyuruq. Əminəm ki, qəhrəman tərtərlilər bundan sonra da qarşıda duran bütün vəzifələri layiqincə icra edəcək, Azərbaycanın iqtisadi qüdrətinin artmasına öz köməkliklərini göstərəcəklər.
Qeyd etmək istəyirəm ki, bu il rayonumuzda kənd təsərrüfatı, sahəsində dönüş yarandı. Pambıq, şəkər çuğunduru, barama, meyvə-tərəvəz və heyvandarlıq məhsullarının istehsalında Tərtər respublikada ön cərgələrdədir. Daha ətraflı »Teqlər: Digər
-
29DekDigər ŞAXTA BABA VƏ QAR QIZIN TƏRTƏRƏ SƏYAHƏTİ üçün şərhlər bağlıdır
Elə bilirsiniz Yeni ili təkcə uşaqlar gözləyirlər? Əlbəttə, yox. Bu sehirli, min-bir cazibə ilə dolu şaxtalı qış gecəsində Şaxta Baba ilə Qar qız birillik həsrətdən sonra insanların görüşünə tələsirlər.
2017 və 2018-ci illərin qovuşuğunda Tərtərə gələn Şaxta Baba sanki çaşıb qalmışdı. Çöhrəsində qəribə bir ifadə vardı. Buna təəccüb də demək olardı, sevinc də. O, sual dolu nəzərlərini nəvəsinə dikib soruşdu:
–Yolu səhv gəlməmişik ki, qızım?
Qar Qız işin nə yerdə olduğunu başa düşüb, ürəkdən güldü.
–Səhv niyə gəlirik ki, Baba?. Bura uzun illər düşmənlə üz-üzə dayanan qəhrəman Tərtər şəhəridir.
–Axı, keçən il buralar boş ərazi idi. İndi isə… Daha ətraflı »Teqlər: Digər
-
29DekDigər QƏLBİMİZ VƏTƏNLƏ BİR DÖYÜNÜR üçün şərhlər bağlıdır
Gənclik illərimdə mənə desəydilər ki, doğma Tərtərimdən çox-çox uzaqlarda yaşayıb–işləyəcəyəm, buna qətiyyən inanmazdım. Çünki bir hərbçi kimi vətənimə xidmət etmək arzusundaydım. Bu fikirlə də hərbi komandirlər hazırlayan məktəbə daxil olmuşdum. Lakin 6 aydan sonra əsgəri xidmətə çağırıldım və təhsilim yarımçıq qaldı.
Hərbi xidmətimi başa vurduqdan sonra həyat yolum tamamilə dəyişdi. Kirov vilayətinin Yaransk şəhərində kənd təsərrüfatı texnikumunu bitirdim. Vətənə qayıdıb rayonumuzdakı keçmiş Mirbəşir narçılıq sovxozunda təsərrüfat briqadiri işləməyə başladım. Ailə həyatı qurdum. Övladlarım dünyaya gəldi.
Bu da bir qismət idi ki, tale yenidən məni Rusiyaya gətirib çıxardı. 1994-cü ildən ailəmlə birlikdə Kirov vilayətində yaşayıram. Böyük övladlarım artıq ailəlidir. Nəvələrimiz böyüyür. Daha ətraflı »Teqlər: Digər
-
29DekDigər MƏNİM QALA TƏRTƏRİM, QƏHRƏMAN TƏRTƏRİM üçün şərhlər bağlıdır
İllər, İllər! Kimini həyata gətirən, kimini həyatdan aparan illər! Bir-birini həsrətlə gözləyən, görüşəndə qol-boyun olub, yola saldığının davamçısına çevrilən illər.
Ömrümüzdən-günümüzdən ötən illər ipə-sapa düzülmüş mirvari kimi sıralanır və tariximizə dönür. Bu illəri yaşamaq və yaşatmaq, yaddaqalan etmək üçün yer üzünün əşrəfi insan onları bir naxış kimi öz ömrünə ilmələyir ki, torpağının, Vətəninin, elinin tarixinə cevrilsin. Xatırlandıqca qürurumuza dönsün.
Mənim başı bəlalar görmüş, müharibələrdə mətinləşmiş, müdrikləşmiş Tərtərim! Yenə illərin qovuşuğundasan, mehriban, zəhmətkeş insanlarınla 2017-ci ili uğurla yola salıb, 2018-i qarşılayırsan. Hərdən başının üstünü çən-duman aldı. Səni sındırmağa qara əllər uzandı. Daha ətraflı »Teqlər: Digər
-
29DekDigər 2018-ci il sakit və mehriban Sarı it ilidir üçün şərhlər bağlıdır
İT İLİNİN XARAKTERİ
1922, 1934, 1946, 1958, 1970, 1982, 1994, 2006, 2018
İtlər – bu, sadiqliyə, vəfalılığa nişandır, onlar uşaqların tərbiyəsinə qarşı çox diqqətçildirlər. İt ilində doğulan insanlar sağlam fikirli, təşəbbüslü olurlar. Müvəffəqiyyət qazanmaq üçün onlara kimsə kömək və qayğı göstərməlidir. Gözəl xasiyyətləri olduğu üçün, onların çoxlu dostu olur. Yapon inamına görə, itlər insan xasiyyətlərinin gözəl əlamətlərinə malikdirlər: sadiqlik, düzgünlük, borcluluq hissi. İt etibar hiss etdirir, başqasının sirrini saxlaya bilir. İti adətən yüksək qiymətləndirirlər və bu da təsdiqlənmişdir. O, başqaları üçün əlindən gələni edir, onun sadiqliyi yüksək həddədir. Hətta özünə də qəsd edə bilər. Onu öz varlılığı az maraqlandırır. O, böyük ürəkli və təmannasızdır. Ancaq ona pul lazım olarsa, o, pulu başqalarından yaxşı tapa bilər. Onun yığından xoşu gəlmir, qapalıdır. İtlər çox tərsdirlər və nə istədiklərini çox yaxşı bilirlər. Daha ətraflı »Teqlər: Digər
-
29DekDigər YENİ İLDƏ BİZİ NƏ GÖZLƏYİR? üçün şərhlər bağlıdır
İt ili. 2018-ci il İtlər üçün hər baxımdan uğurlu olacaq. Siz imicinizi dəyişmək qərarına gəlmisiniz? Peşənizi dəyişmək istəyirsiniz? Münasibətləri rəsmiləşdirmək arzusundasınız? İrəli! İlahi qüvvələr sizi bütün pisliklərdən qoruyacaq. Hərəkətə keçin!
Siçan ili. Siçan ilindən olanlar çox çalışmalıdır. Bu il sizin üçün çətin olacaq, amma əvəzində işin nəticəsindən razı qalacaq və özünüzü tam xoşbəxt hiss edəcəksiniz. Bu işdə 2018-ci ilin hamısı sizə kömək edəcək. Əsas odur ki, arzularınızı həyata keçirmək üçün öz qüvvələrinizi əsirgəməyin və az tənbəllik edin.
Öküz ili. Öküzlər üçün 2018-ci il pul gəlirlərinin artması və ya vəzifənin qaldırılması kimi sürprizlər hazırlayıb. Tənha Öküzlər noyabrda sevdiyi insanın ürəyinə “yol” tapacaq və həmin insanla gözəl ailə quracaqlar.
Pələng ili. Qarşıdakı il Pələnglərin öz potensialını reallaşdırması və istedadlarının üzə çıxmasına imkan yaradacaq. İt Sizə kömək edəcək, odur ki, yeni və qəribə görünən addımlardan qorxmayın, arzuya doğru gedin!
Dovşan ili. Dovşan (Pişik) bütün ili hər bir işdə birinci olmağa və qələbə qazanmağa çalışacaq. Daha ətraflı »Teqlər: Digər
-
29DekDigər HANSI BÜRCLƏR VARLANACAQLAR? üçün şərhlər bağlıdır
2018 Sarı İt ili üzərində təhvil olacaq. İlin hamısı Oğlaqlara, Əqrəblərə və Dolçalara mərhəmət göstərəcək, halbuki, ilk ayların onlar üçün çətin keçəcəyi proqnoz edilir.
2017-ci ilin sonunda Şirlərə və Əkizlərə hansı istiqamətdə irəliləmək haqqında müəyyən işarələr göndəriləcək. Onlar yeni nailiyyətlər əldə etməyə müvəffəq olacaq. Qoçlar ailə səadətinə qovuşacaq, Qızlar və Xərçənglər isə əksinə, yaxınlarının rəğbətini itirmək riski ilə qarşılaşacaq.
Məşhur astroloq Tamara Qlobanın bürclər haqqında 2018-ci il üçün hazırladığı proqnozları təqdim edirik:
Qoç. İt ili yeni təşəbbüslər və yeni işə başlamaq istəyən, ali məktəbə daxil olmağı planlaşdıran Qoçlar üçün uğurlu olacaq. Dəyişikliklər mütləqdir. 2018-ci ildə Qoçlar daha təmkinli davranacaq, macəralara atılmağı dayandıracaqlar, bütün qüvvələrini və pulunu şübhəli layihələrə yatırmayacaqlar. Onlar ilin simvolunun təsiri altında öz coşqun enerjisini düzgün istiqamətə yönləndirəcək. Səfərlər dünyagörüşünü genişləndirəcək, həmçinin sevinc və yeni emosiyalar bəxş edəcək. Daha ətraflı »Teqlər: Digər
Yeni ismarıclar