Azərbaycanı işıqlı gələcəyə aparanlar
-
10YanDigər üçün şərhlər bağlıdır
Teqlər: Digər
-
10YanDigər TƏBRİK EDİRİK! üçün şərhlər bağlıdır
Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin 21 dekabr 2017-ci il tarixli Sərəncamı ilə Azərbaycan Respublikasında kənd təsərrüfatının inkişafında xidmətlərinə görə Tərtər Rayon İcra Hakimiyyətinin Başçısı Məmmədov Müstəqim Səyyad oğlu 2-ci dərəcəli “Əmək ordeni” ilə təltif edilmişdir.
Müstəqim Məmmədovu bu münasibətlə təbrik edir, ona məsul işində uğurlar və cansağlığı diləyirik. Arzu edirik ki, 2018-ci ildə əldə etdiyi müvəffəqiyyətlərin sayı daha da artsın.“Yeni Tərtər”çilər
Teqlər: Digər
-
10YanDigər TƏŞƏKKÜR MƏKTUBU üçün şərhlər bağlıdır
Tərtər Rayon İcra Hakimiyyətinin Başçısı Müstəqim Məmmədova!
Salam! Mən çoxdan idi Tərtər şəhərinə gəlmirdim. Bu günlərdə Sizin şəhərdə oldum. Deyirlər, abad kənd tüstüsündən bilinər. Gəncə–Tərtər istiqamətində yolların keyfiyyətli çəkilişi məni sevindirdi. Binaların dam örtüyünün yenisi ilə əvəz olunması, şəhər daxilində olan küçələrə asfalt döşənməsi təqdirəlayiq haldır. Məni sevindirən hallardan biri də o idi ki kəndlərdə əhali yolun qarşı tərəfinə keçmək üçün piyada zolaqlarından istifadə edir. İnanılmaz idi. Allah sizdən razı olsun. Təşəkkür edirəm.Rövşən Rəhimov
Teqlər: Digər
-
10YanDigər TƏBRİK üçün şərhlər bağlıdır
Hörmətli Tofiq müəllim!
Sizi 31 dekabr–Dünya Azərbaycanlılarının Həmrəylik günü və Yeni il bayramı münasibətilə təbrik edirəm. Sizə uzun ömür, cansağlığı və gələcək işlərinizdə yeni-yeni uğurlar diləyirəm.
Tarixi şəxsiyyətlər yetişdirmiş müqəddəs türk torpağı–“Odlar Yurdu”, “Şərqin Günəşi” sayılan Azərbaycan dövlətçiliyinin banisi Ümummilli Lider Heydər Əliyev irsinin ən layiqli davamçısı möhtərəm Prezidentimiz İlham Əliyevin rəhbərliyi ilə aparılan islahatların yerinə yetirilməsində Sizə və rəhbərlik etdiyiniz kollektivə səmərəli fəaliyyət arzulayıram.
Qoy üzümüzə gələn illər həyatımıza yeni nəfəs və təravət bəxş etsin.
Sizi daha xoş arzu və istəklərə qovuşdursun!
Hörmətlə: şəhid gizir Aydın Abdullayevin atasıƏmirsoltan Abdullayev
Bakı şəhəriTeqlər: Digər
-
10YanDigər ŞƏHİDLƏRİMİZ üçün şərhlər bağlıdır
SON GÖRÜŞ
Azərbaycanın Milli Qəhrəmanı Elman Hüseynov mənim şagirdim olub. V-VIII siniflərdə həm də onun sinif rəhbəri olmuşam. IX sinfi Şuşa internat məktəbində, X sinfi Tərtər şəhərində bitirib. İndiki texniki universitetdə su mühəndisliyi ixtisasını alıb, Tərtərə gəlib. Hərbi təhsilini Gürcüstanda alıb. Uşaqlıqdan hərbçi olmağa çox meyilli idi. Ataları Böyük Vətən müharibəsindən yaralı qayıtmışdı (6 bacı, 2 qardaş idilər). Elman ən kiçiyi idi. Rayonda öz işi ilə yanaşı, bütün ictimai vəzifələri daşıyıb. Uşaqlıqdan boylu-buxunlu, yaraşıqlıydı. Rayonda hərbi rütbəli çox az gənc vardı. Ermənilərin bö-yük Ermənistan yaratmaq iddiaları barədə artıq söz-söhbət gedirdi. Dünyanın hər tərəfindən qovulub İrəvan xanlığına toplanan ermənilər əvvəlcə Zəngəzura sahib çıxdılar. Əlbəttə, Rusiyanın havadarlığı ilə. Yavaş-yavaş İrəvan xanlığının əsl sakinləri olan azərbaycanlıları dədə-baba yurdlarından (1948-1950)-ci illərdə qovdular. 1988-1989-cu illərdə bu vəhşilik təkrar olundu. Bu vaxt Tərtər oğulları ayağa qalxaraq özünümüdafiə batalyonu yaratdılar. Onda Elman baş leytenant idi. 1988-ci ilin 22 sentyabrında texniki peşə məktəbinin binasınıda qərərgah yarandı. Elman da komandir oldu. Kəndimizdə 100-dən çox gənc batalyona könüllü yazıldı. Daha ətraflı »
Teqlər: Digər
-
10YanDigər VƏTƏNİ SEVMƏYİ RAFİQDƏN ÖYRƏNMƏLİYİK üçün şərhlər bağlıdır
Şəhidlər dünyadan cavan köçsə də,
Ömründə illəri daşıyanlardı.
Əsrlər dolanıb, zaman keçsə də,
Şəhidlər əbədi yaşayanlardır.
Doğrudan da bu belədir. Şəhidlər cismən ölsələr də, həmişə xalqın qəlbində əbədi olaraq yaşayırlar. Mən Tərtərimin ilk şəhidlərindən biri olan Rafiq Nuriyevdən söz açmaq istəyirəm. Əvvəlcə onun məktəb illərini yada salaq. Müəllimlər Rafiqdən həmişə fəxrlə danışırlar. Mehriban, ağıllı və tərbiyəli bir şagird olduğunu, dərslərindən yaxşı qiymətlər aldığını qeyd edirlər.
Şəhər 6 saylı tam orta məktəbin dil-ədəbiyyat müəllimi Xalidə Quliyeva Rafiqi belə xatırlayır:
–Mən ona 8-ci sinifdən, orta məktəbi qurtarana qədər dərs demişəm. Sakit, tərbiyəli və yaxşı oxuyan şagird kimi yaddaşımda qalıb. Yaxşı inşa yazardı. Bu inşalarda Vətəninə, elinə olan məhəbbəti öz əksini tapardı. İctimai işlərdə, idman yarışlarında fəal iştirak edərdi.
Bu gün məktəbimizin Rafiq Nuriyevin adına olması bir müəllim kimi məni də qürurlandırır. Rafiq bu gün onu sevənlərin qəlbində yaşayır. Daha ətraflı »Teqlər: Digər
-
10YanDigər VƏZİRİN İGİD QARDAŞI ƏLYAR üçün şərhlər bağlıdır
Əlyar Surxay oğlu Orucov 1968-ci ildə Tərtər rayonunun Xoruzlu kəndində anadan olmuşdur. Həmin kənddə orta məktəbi bitirmişdir.
İndi də igidliyi haqqında əfsanəyə bənzər həqiqətlər gəzir. Sözün həqiqi mənasında erməni quldurlarına qan udduran bu igid Azərbaycanın Milli Qəhrəmanı Vəzir Orucovun kiçik qardaşı idi.
Qarabağ Müharibəsi başlanandan sona çatanadək ağır döyüşlərdə iştirak edən Əlyar Orucovun özü də qardaşı Vəzir kimi əfsanəvi qəhrəmana çevrilib, adı dillər əzbəri olub.
Vəzirin ölümü onu həddindən çox sarsıtsa da, qardaşının Vətən yolunda şəhid olması ona daxili bir qürur hissi gətirir, onunla fəxr edirdi. Qardaş nisgili, Vəzir kimi bir oğulun itkisi onu köz-köz yandırsa da, həmişə başını dik tutur, məğrur gəzir və ağır dərdini öz iç dünyasında çəkirdi.
Onun erməni separatizminə, erməni vandalizminə, erməni təcavüzünə qarşı qəzəbi, kini günü-gündən artırdı. Daha ətraflı »Teqlər: Digər
-
10YanDigər ÖMRÜN AHIL ÇAĞINDA üçün şərhlər bağlıdır
81 YAŞLI İBRAHİM DAYI
İbrahim Abdullayev ailədəki 5 qardaş və 2 bacının ən kiçiyi idi. Böyük Vətən müharibəsi başlayanda onun cəmi 5 yaşı vardı. Sadə bir kolxozcu ailəsində böyüyürdü. Atası Mikayıl kişi müharibəyə getdikdən sonra ailə böyüksüz yaşamalı oldu.
O zamanın çətinlikləri təkcə qadınları deyil, azyaşlı uşaqları da kotan çəkməyə, başaq yığmağa və başqa çətin işlərdə çalışmağa vadar edirdi. Evin kişilərinin müharibəyə getməsi ailədəki ağırlığı qadınların və uşaqların üzərinə salmışdı. Ona görə də ehtiyacı olanlar təsərrüfat işlərində var güclə işləyirdi ki, ailəni dolandırsın.
Haqqında söz açdığım İbrahim Abdullayev Tərtər rayonunun Mamırlı kəndində doğulub. Həyatın azını – çoxunu an-layandan zəhmət adamlarının əhatəsində böyüyüb. O zamanın çətinliklərinə baxmayaraq ali təhsil də alıb. Azərbaycan Politexnik İnstitutunun inşaat mühəndisliyi fakültəsini bitirib. Hətta institutda oxuyarkən həm də Mədəniyyət Nazirliyinin nəzdində fəaliyyət göstərən xüsusi elmi bərpa idarəsində iş icraçısının köməkçisi vəzifəsində çalışıb. Daha ətraflı »Teqlər: Digər
-
10YanDigər AZƏRBAYCANDA BÜTÜN DİNLƏRƏ HÖRMƏTLƏ YANAŞILIR üçün şərhlər bağlıdır
Hər il olduğu kimi, yola saldığımız 2017-ci ildə də Azərbaycanda dövlətdin münasibətləri yüksək səviyyədə tənzimlənib. Ölkəmizdə müxtəlif dinlərə mənsub insanlar qarşılıqlı anlaşma və qardaşlıq şəraitində yaşayır və fəaliyyət göstərirlər. Hər il Ramazan ayında təşkil olunan iftar süfrəsində müxtəlif dinlərin liderləri birlikdə iştirak edirlər.
Bu gün Azərbaycan dünyada mədəniyyətlərarası və dinlərarası dialoq mərkəzlərindən biri hesab olunur. Bakıda Dünya Mədəniyyətlərarası Dialoq Forumunun keçirilməsi buna parlaq nümunədir. Bu siyasətə uyğun olaraq 2016-ci il Azərbaycanda “Multikulturalizm ili”, 2017-ci il isə “İslam Həmrəyliyi ili” elan olunub.
Ölkəmizdə 28 qeyri-islam dini icması fəaliyyət göstərir. Onlardan 17-si xristian dininin müxtəlif cərəyanlarına aiddir. Ən böyük qeyri-islam təşkilatı Rusiya Pravoslav Kilsəsinin Bakı və Azərbaycan Yeparxiyasıdır. Azərbaycan həmçinin qədim kilsələrdən birinin – şərqi pravoslavlığa aid olan Alban kilsəsinin vətənidir. Daha ətraflı »Teqlər: Digər
-
10YanDigər DƏLƏDUZU NİYƏ HİMAYƏ EDİRLƏR? üçün şərhlər bağlıdır
Biz dəfələrlə qəzetimizdə bu dələduz qadının əməlləri haqqında yazmışıq, əlaqədar hüquq-mühafizə orqanlarına–Tərtər rayon prokurorluğuna və polis şöbəsinə, Bərdə rayon prokurorluğuna və polis şöbəsinə, respublikanın Baş prokurorluğuna və Daxili İşlər Nazirliyinə müraciətlər etmişik, lakin törədilən cinayət əməli bu günə qədər, yəni 2 ildən çoxdur ki, cəzasız qalıb. Harda cəzasızlıq mühiti varsa, orada haqq-ədalət ola bilməz, özbaşınalıq və xaos hökm sürər, kriminal durum daha da gərginləşər. Hər bir cinayət əməlinin qanunla tənzimlənən öz cəza növü var və bu, bütün dünyəvi, hüquqi dövlətlərdə normal qəbul edilən haldır.
Bəli, bizim ölkədə mövcud olan qanunlar humanizmə əsaslanır və insan haqları çox ciddi həssaslıqla müdafiə olunur. Lakin bu, o demək deyil ki, təkrar-təkrar eyni cinayət əməli törədən şəxslərə həddindən daha çox humanizm prinsipləri əsasında, qanunların tələblərini pozmaqla, himayəçilik nöqteyi-nəzərdən yanaşılsın. Belə olanda həmin ünsür sabah daha ağır cinayətlər törətmək sərbəstliyi qazanacaq və bununla da cəmiyyət üçün təhlükəli bir caniyə çevriləcəkdir. Daha ətraflı »Teqlər: Digər
Yeni ismarıclar