Tərtər Rayon İcra Hakimiyyətinin Başçısı Müstəqim Məmmədova!
Salam! Mən çoxdan idi Tərtər şəhərinə gəlmirdim. Bu günlərdə Sizin şəhərdə oldum. Deyirlər, abad kənd tüstüsündən bilinər. Gəncə–Tərtər istiqamətində yolların keyfiyyətli çəkilişi məni sevindirdi. Binaların dam örtüyünün yenisi ilə əvəz olunması, şəhər daxilində olan küçələrə asfalt döşənməsi təqdirəlayiq haldır. Məni sevindirən hallardan biri də o idi ki kəndlərdə əhali yolun qarşı tərəfinə keçmək üçün piyada zolaqlarından istifadə edir. İnanılmaz idi. Allah sizdən razı olsun. Təşəkkür edirəm.
Rövşən Rəhimov