Saytın ümumi statistikası:

Saytda məqalələrin sayı - 5,523
Saytda ismarıcların sayı - 0

Arxiv

  • 10Yan

    photo_70251Hər il olduğu kimi, yola saldığımız 2017-ci ildə də Azərbaycanda dövlətdin münasibətləri yüksək səviyyədə tənzimlənib. Ölkəmizdə müxtəlif dinlərə mənsub insanlar qarşılıqlı anlaşma və qardaşlıq şəraitində yaşayır və fəaliyyət göstərirlər. Hər il Ramazan ayında təşkil olunan iftar süfrəsində müxtəlif dinlərin liderləri birlikdə iştirak edirlər.
    Bu gün Azərbaycan dünyada mədəniyyətlərarası və dinlərarası dialoq mərkəzlərindən biri hesab olunur. Bakıda Dünya Mədəniyyətlərarası Dialoq Forumunun keçirilməsi buna parlaq nümunədir. Bu siyasətə uyğun olaraq 2016-ci il Azərbaycanda “Multikulturalizm ili”, 2017-ci il isə “İslam Həmrəyliyi ili” elan olunub.
    Ölkəmizdə 28 qeyri-islam dini icması fəaliyyət göstərir. Onlardan 17-si xristian dininin müxtəlif cərəyanlarına aiddir. Ən böyük qeyri-islam təşkilatı Rusiya Pravoslav Kilsəsinin Bakı və Azərbaycan Yeparxiyasıdır. Azərbaycan həmçinin qədim kilsələrdən birinin – şərqi pravoslavlığa aid olan Alban kilsəsinin vətənidir.
    Prezident İlham Əliyev bu barədə deyib: “Öz dininə hörmət başqa dinə hörmətdən başlayır”.
    Ölkəmizdə dövlət səviyyəsində həyata keçirilən bütün tədbirlər bir daha təsdiqləyir ki, burada müxtəlif dinlərin nümayəndələrinə qayğı və hörmətlə yanaşılır.

    “Yeni Tərtər”

    Müəllif: Redaktor, 11:19

    Teqlər:

İsmarıclar bağlıdır.