Saytın ümumi statistikası:

Saytda məqalələrin sayı - 5,523
Saytda ismarıcların sayı - 0

Arxiv

  • 20Avq
    Sosial TƏRTƏRDƏ XALÇA İSTEHSALI MÜƏSSİSƏSİ TİKİLİR üçün şərhlər bağlıdır

    Tərtər rayonu günü-gündən abadlaşır, gözəlləşir və füsunkar bir məkana çevrilir. Yeni istehsal sahələri yaranır, obyektlər tikilir, yollar, küçələr asfaltlanır, yaşıllıqlar salınır. Tərtər son illərdə xeyli genişlənmiş, yeni yaşayış evləri və ictimai binalar inşa olunmuş, çoxmənzilli binalar təmir olunaraq müasir tələbləri uyğun hala salınmışdır.
    Məcburi köçkünlər üçün tikilib istifadəyə verilmiş 1170 ailəlik yeni qəsəbə Tərtərdə ayrıca bir şəhər təsirini bağışlayır.
    Bütün bunlarla yanaşı rayonumuzda əhalinin məşğulluğu üçün müxtəlif tədbirlər görülür.
    Nizami küçəsində yeni xalça istehsalı müəssisənin tikintisi davam etdirilir. Daha ətraflı »

    Teqlər:

  • 10Avq
    Sosial ƏLİLLƏRƏ VƏ ŞƏHİD AİLƏLƏRİNƏ NÖVBƏTİ DƏFƏ MƏNZİLƏR VƏ MİNİK AVTOMOBİLLƏRİ VERİLİB üçün şərhlər bağlıdır

     

     

     

    Azərbaycan Prezidenti İlham Əliyev müharibə əlillərinə və şəhid ailələrinə 35 mənzilin, 136 avtomobilin açarlarını təqdim etdi.
    Mərasimdə birinci vitse-prezident Mehriban xanım Əliyeva da iştirak edirdi.
    * * *
    Tərtər rayonunda da bu qəbildən olan insanlara daim böyük diqqət və qayğı göstərilir. Son 5 il-də rayonda Qarabağ müharibəsi əlilləri və şəhid ailələri üçün bir 6 mərtəbəli, 54 mənzilli yaşayış binası və 14 ədəd isə fərdi ev tikilib onların istifadəsinə verilmişdir.

    Teqlər:

  • 10Avq
    Sosial TƏRTƏR RAYONUNDA XALÇA İSTEHSALI EMALAT-XANASININ TİKİNTİSİ,TƏCHİZATI VƏ İNFRASTRUKTURUNUN YARADILMASI İLƏ BAĞLI TƏDBİRLƏR HAQQINDA AZƏRBAYCAN RESPUBLİKASI PREZİDENTİNİN SƏRƏNCAMI üçün şərhlər bağlıdır

    Azərbaycan Respublikası Konstitusiyasının 109-cu maddəsinin 32-ci bəndini rəhbər tutaraq qərara alıram:
    1. Tərtər rayonunda xalça istehsalı emalatxanasının tikintisi, avadanlıq və dəzgahlarla təchizatı və infrastrukturunun yaradılması məqsədilə Azərbaycan Respublikası Prezidentinin 2018-ci il 22 yanvar tarixli 3593 nömrəli Sərəncamı ilə təsdiq edilmiş “Azərbaycan Respublikasının 2018-ci il dövlət büdcəsində dövlət əsaslı vəsait qoyuluşu (investisiya xərcləri) üçün nəzərdə tutulan vəsaitin bölgüsü”nün 1.49.5-ci yarımbəndində göstərilmiş məbləğin 2,0 (iki) milyon manatı “Azərxalça” Açıq Səhmdar Cəmiyyətinə ayrılsın.
    2. Azərbaycan Respublikasının Nazirlər Kabineti bu Sərəncamdan irəli gələn məsələləri həll etsin.
    3. Azərbaycan Respublikasının Maliyyə Nazirliyi bu Sərəncamın 1-ci hissəsində göstərilən məbləğdə maliyyələşməni təmin etsin.
    İlham ƏLİYEV,
    Azərbaycan Respublikasının Prezidenti
    Bakı şəhəri, 25 iyul 2018-ci il.

    Teqlər:

  • 10Avq
    Sosial TƏRTƏR RAYONUNDA 2108 YENİ İŞ YERLƏRİ AÇILMIŞDIR üçün şərhlər bağlıdır

    2018-ci ilin birinci yarısı ərzində Tərtər rayonda 2108 yeni iş yerləri açılmışdır ki, onun 211 daimi iş yerləridir. Daimi iş yerlərinin 29-u və ya 13,7 faizi yeni yaradılmış müəssisə və təşkilatlarda, 28-i və ya 13,3 faizi mövcud müəssisə və təşkilatlarda, 154-ü və ya 73 faizi fiziki şəxslər tərəfindən yaradılmışdır. Bundan başqa 2018-ci ilin 6 ayı ərzində 1897 mövsümi iş yerləri açılmışdır.
    2013-2017-ci illərdə və 2018-ci ilin 6 ayı ərzində rayonda 14155 yeni iş yerləri açılmışdır ki, onun da 4804-ü daimi iş yerləridir.
    Tərtər Rayon
    Statistika İdarəsi

    Teqlər:

  • 10Avq
    Sosial YENİ QANUNLARIMIZ üçün şərhlər bağlıdır

    İŞSİZLİKDƏN SIĞORTA

    Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin 30 iyun 2017-ci il tarixli sərəncamı ilə təsdiq olunmuş “İşsizlikdən sığorta haqqında” Qanun 1 yanvar 2018-ci il tarixdən qüvvədədir.
    Bu Qanun işsizlikdən sığortanın təşkilati, hüquqi və iqtisadi əsaslarını müəyyən edir, işsizlikdən sığortanın subyektləri arasındakı münasibətləri tənzimləyir. Qanun 26 maddədən ibarətdir. Dövlət orqanının və ya hüquqi şəxsin ləğv edilməsi və ya işçilərin, yaxud ştatların ixtisar edilməsi nəticəsində əmək münasibətlərinə xitam verilmiş şəxslərə şamil edilir. Lakin siyasi vəzifə tutan şəxslərə şamil edilmir.
    Daha ətraflı »

    Teqlər:

  • 20İyl
    Sosial Şəhərimizin gözəlliyi aktual məsələdir üçün şərhlər bağlıdır

    YENİLƏŞƏN TƏRTƏRİMİZLƏ ÜZ-ÜZƏ, GÖZ-GÖZƏYƏM

    Bu gün doğma şəhərim, hər daşı-divarı bir tarix danışan, qoynundakı sakinlərinə sədaqətlə qucaq açan, yaşı qədər sirli-sehirli, möcüzəli bir dünyası olan müstəqil məmləkətin gözəl guşələrindən biri–qürur yerimiz Tərtərimizlə üz-üzə, göz-gözəyəm. Gözlərim önündə fərqli, gündən-günə dəyişən, yeniləşən, abadlaşan, gözəlliyindən heyrətləndiyim bir şəhər canlanır. Gündüzləri cənnəti, gecələri ulduzlu göyün möcüzəli bir parçasını xatırladır. Sayrışan işıqlar ulduzlarla bəhcə girərək qaranlığın bağrını yarır, hər yanı nura qərq edir. Bu gözəlliklərdən göz doymur.
    Etiraf etməliyik ki, Tərtərin hərtərəfli inkişafı gözlərimiz önündə davam edir. Şəhərin girəcəyindəki əzəmətli Bayraq meydanı gözəlliyin ən böyük nümunəsidir. Şəhərlə kəndləri birləşdirən geniş asfalt yollar, hər iki tərəfdən sıralanmış ağaclar, bəzək kolları, gül-çiçəklər rayonumuza xüsusi yaraşıq verir. Daha ətraflı »

    Teqlər:

  • 18May
    Sosial 2018-ci İLİN YANVAR-MART AYLARINDA TƏRTƏR RAYONUNDA SƏNAYE, TİKİNTİ VƏ NƏQLİYYAT SAHƏLƏRİ ÜZRƏ GÖSTƏRİCİLƏR üçün şərhlər bağlıdır

    Sənaye
    2018-si ilin yanvar-mart aylarında sənaye sahəsində fəaliyyət göstərən təsərrüfat subyektləri tərəfindən istehsal olunmuş mal və xidmətlərin həcmi əvvəlki ilin müvafiq dövrü ilə müqayisədə 3,3 faiz artaraq 1 milyon 450,2 min manat təşkil etmişdir. Özəl bölmədə istehsalın həcmi sənaye məhsullarının ümumi həcminin 10 faizini təşkil etmişdir.
    2018-si ilin yanvar-mart aylarında əhaliyə göstərilən ödənişli xidmətlərin həcmi 2017-ci ilin birinci rübü ilə müqayisədə 6,3 faiz azalaraq 1 milyon 724,2 min manat təşkil etmişdir. Ödənişli xidmətlərin 1 milyon 674,8 min manatı və ya 97,1 faizi elektrik enerjisi, qaz və buxar istehsalı bölüşdürülməsi və təchizatı bölməsində, 49,4 min manatı və ya 2,9 faizi su təchizatı, tullantıların təmizlənməsi və emalı sahəsində olmuşdur.
    Tikinti
    2018-ci ilin yanvar-mart aylarında rayonda iqtisadi və sosial sahələrin inkişafı üçün bütün maliyyə mənbələrindən əsas kapitala 3 milyon 706,1 min manat yönəldilmişdir. Əsas kapitala yönəldilmiş investisiyaların 3 milyon 522,7 min manatı və ya 95 faizi tikinti-quraşdırma işlərinə yönəldilmişdir. Daha ətraflı »

    Teqlər:

  • 18May
    Sosial SOSİAL SAHƏYƏ DÖVLƏT QAYĞISI üçün şərhlər bağlıdır

    Azərbaycan ikinçi dəfə müstəqillik qazandıqdan sonra ilk illərdə ölkədə hökm sürən özbaşınalıq, anarxiya mühiti, iqtisadiyyatın iflic vəziyyətinə düşməsi sosial sahənin tamamilə unudulmasına gətirib çıxarmışdır. Belə ki, maaşlar, pensiyalar çox aşağı səviyyədəydi, infrastruktur bərbad hala salınmışdı, təhsil, mədəniyyət sahələrində durğunluq vardı. Əlbəttə ki, sosial sahə ilə iqtisadiyyatın inkişafı bir-biri ilə əlaqəli məsələlərdir. O ölkələrdə ki, iqtisadiyyat zəifdir, sosial məsələlərin həllindən də danışmaq olmaz.
    Azərbaycanın inkişafında misilsiz xidmətləri olan, ölkəmizi dünyada tanıtdıran Ulu Öndər Heydər Əliyev ikinci dəfə Azərbaycanda hakimiyyətə gəldikdən sonra, iqtisadi və sosial inkişafın yollarını müəyyən etmiş, bu sahələrdə tarixi sərəncamlar imzalamışdır. Öz torpaqlarının sahiblərinə çevrilən kəndlilər beləliklə MDB məkanında ilk dəfə olaraq, kənddə yeni bazar münasibətinə qədəm qoydular. Bu islahatların vacibliyini qeyd edən Ümummilli Lider deyirdi: “Gərək kəndli torpağın sahibi olsun və bilsin ki, bütün bunlar onundur və istədiyi kimi istifadə edə bilər… İslahatlar xalqımızın ümumi rifahının qaldırılması üçün həyata keçirilməlidir.” Daha ətraflı »

    Teqlər:

  • 07Mar
    Sosial YENİ ŞƏHƏRCİYƏ KÖÇ BAŞLANDI üçün şərhlər bağlıdır

    Ölkə Prezidenti İlham Əliyevin sərəncamına əsasən Şıxarxda məcburi köçkünlər üçün inşa olunmuş 1170 ailəlik şəhərciyə köçürülməyə başlandı. Az vaxtda 600-dən çox ailə yeni mənzillərdə yerləşdirilib.
    Bunlar əsasən Tərtərin Hüsənli, Azadqaraqoyunlu, İsmayılbəyli kəndlərində və şəhərdə uşaq bağçalarında, klub və kitabxanalarda məskunlaşan məcburi köçkün ailələridir.
    Ağdam rayonundan məcburi köçkün düşmüş Məhyəddin Quliyev və oğlu Vüsal yeni qəsəbədə mənzil aldıqlarına görə ölkə Prezidentinə dərin minnətdarlıqlarını bildirdilər. Vüsal dedi ki, 1992-ci ildən indiyədək ailəmizin və bizim kimi digər ailələrin yaşayış şəraitləri yaxşı deyildi. Burada aldığımız mənzildə hər cür şərait vardır.
    Yaşlı qadın, Ağdam şəhər sakini Aidə Əliyeva da sevincini bizimlə bölüşdü. “Bayrağı uca olsun hökumətimizin” –dedi. “Mənə də 2-ci mərtəbədə 1 otaqlı ev veriblər. Tək qadınam, bəsimdir”. Daha ətraflı »

    Teqlər:

  • 07Mar
    Sosial 2017-Cİ İLDƏ TƏRTƏR RAYONUNDA ƏHALİNİN GƏLİRİ ARTIB üçün şərhlər bağlıdır

    2017-ci ildə Tərtər rayonunda əhalinin gəlirləri 219 milyon 984,3 min manat olmuşdur. Əhalinin gəlirləri 2016-cı ilə nisbətən 7 faiz artmışdır. Rayon əhalisinin hər nəfərinə düşən gəlirləri 2016-cı ilə nisbətən 6,3 faiz və ya 161,3 manat artaraq 2737 manat təşkil etmişdir.

    Tərtər Rayon Statistika İdarəsi

     

    Teqlər: