İŞSİZLİKDƏN SIĞORTA
Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin 30 iyun 2017-ci il tarixli sərəncamı ilə təsdiq olunmuş “İşsizlikdən sığorta haqqında” Qanun 1 yanvar 2018-ci il tarixdən qüvvədədir.
Bu Qanun işsizlikdən sığortanın təşkilati, hüquqi və iqtisadi əsaslarını müəyyən edir, işsizlikdən sığortanın subyektləri arasındakı münasibətləri tənzimləyir. Qanun 26 maddədən ibarətdir. Dövlət orqanının və ya hüquqi şəxsin ləğv edilməsi və ya işçilərin, yaxud ştatların ixtisar edilməsi nəticəsində əmək münasibətlərinə xitam verilmiş şəxslərə şamil edilir. Lakin siyasi vəzifə tutan şəxslərə şamil edilmir.
İşsizlikdən sığorta haqqının ödənişi və tənzimlənməsi həmin Qanunun 9-cu maddəsində öz əksini tapmışdır.
Sığorta ödənişi sığorta stajından asılı olaraq orta aylıq əmək haqqının məbləğinə aşağıdakı faiz dərəcələri tətbiq olunmaqla hesablanır: sığorta stajı 3 ildən 5 ilə qədər olduqda–50 faiz; 5 ildən 10 ilə qədər olduqda 55 faiz; 10 ildən yuxarı olduqda–60 faiz.
Bu Qanun əhalinin sosial müdafiəsi baxımından əhəmiyyətlidir.
Azər AĞAYEV,
Tərtər Rayon Məşğulluq Mərkəzinin direktoru