Tərtər rayonu günü-gündən abadlaşır, gözəlləşir və füsunkar bir məkana çevrilir. Yeni istehsal sahələri yaranır, obyektlər tikilir, yollar, küçələr asfaltlanır, yaşıllıqlar salınır. Tərtər son illərdə xeyli genişlənmiş, yeni yaşayış evləri və ictimai binalar inşa olunmuş, çoxmənzilli binalar təmir olunaraq müasir tələbləri uyğun hala salınmışdır.
Məcburi köçkünlər üçün tikilib istifadəyə verilmiş 1170 ailəlik yeni qəsəbə Tərtərdə ayrıca bir şəhər təsirini bağışlayır.
Bütün bunlarla yanaşı rayonumuzda əhalinin məşğulluğu üçün müxtəlif tədbirlər görülür.
Nizami küçəsində yeni xalça istehsalı müəssisənin tikintisi davam etdirilir.
Bu günlər müəssisənin iş icraçısı Füzuli İsmayılovla iş yerində görüşdük. Bildirdi ki, bina bir mərtəbəli olmaqla hündür kürsülüdür. Hazırda tikintidə müxtəlif peşələr üzrə 38 nəfər işçi çalışır.
Emalatxananın tikintisi “Azərxalça” ASC tərəfindən aparılır. İnşaatçılar cari ilin sonunadək tikintini başa çatdırmağı nəzərdə tutublar.
Burada 180 nəfər xalça toxuyan qadın işlə təmin olunacaq.
“Yeni Tərtər”